Məhkəmə qərarları › İş №e-2(019)-421/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-421/2024

02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-421/2024 02.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi Maraqlı şəxs3 və Maraqlı şəxs* nümayəndəsi-müdiri Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs3, ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, *6.08.*966-cı ildə anadan olmuş bacısı Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının 23 dekabr 20*7-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Sarıbulaq kəndində anadan olmuşdur. X8, anası X*0, qardaşları X20, X2*, bacıları X**, X*2 və Qarayeva (Ağayeva) Səmayə Yənvər qızı olmuşlar. X8 07.*0.20*0-cu ildə, anası X*0 02.0*.20*5-ci il tarixdə vəfat etmişlər. X8 və X* vəfatından sonra ölüm haqqında şəhadətnamə almışdır. X* 02.0*.20*5-ci il tarixdə vəfatından sonra Balakən rayon Sarıbulaq kənd icra nümayəndəliyi tərəfindən vərəsələr haqqında arayış verilmişdir. Arayışda adları qeyd olunmuş X22, X**, X2* və Qarayeva (Ağayeva) Səmayə Yənvər qızı vəfat etmişdir. Lakin Qarayeva (Ağayeva) Səmayə Yənvər qızına aid ölüm haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin reyestr nömrəsi 40*0*3004872 olan torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən mülkiyyətlərində 0.2*27 ha olan həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X29 *8 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatından çıxarış almaq zərurəti yaranmışdır. Bununla bağlı onlar Balakəni rayon Notariat Ofisində vərəsəlik işi açdırarkən mərhum bacısı Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölümü haqqında şəhadətnamə almaq tələb olundu. Bacısı Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölümü ilə bağlı heç bir qeydiyyat aparılmamış, ölümü sənədləşdirilmədiyindən Balakən regional ASAN xidmət mərkəzi notariat ofisinə Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölümü ilə bağlı sənəd təqdim edilməmişdir. O, bununla bağlı Maraqlı şəxs*nə müraciət etmişdir. Maraqlı şəxs* 22.02.20*4-cü il tarixli arayışından görünür ki, *6.08.*966cı il tarixdə anadan olmuş və 23.*2.20*7-ci il tarixdə vəfat etmiş bacısı Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalar aparılmış və ölümü haqqında akt qeydi aşkar olunmamışdır. 2*.02.2024-cü il tarixdə Balakən rayon Mərkəzi Xəstəxanasına *6.08.*966-cı il tarixdə anadan olmuş və 23.*2.20*7-ci il tarixdə vəfat etmiş Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Balakən rayon X*5 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, *6.08.*966-cı il tarixdə anadan olmuş Sarıbulaq kənd sakini Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölümü barədə məlumat Balakən RMX-da qeydə alınmamışdır. Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölümünü şahidlər Balakən rayonu Sarıbulaq kənd sakinləri X*8 və X2 təsdiq edə bilərlər. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs* tərəfindən 27 noyabr 20*3-cü il tarixdə verilmiş AZ-İ 8950*8 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs3 ilə X*3in nikahı 22 noyabr 20*3-cü il tarixdə 3*5 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Qarayeva soyadı verilmişdir. Məhkəmə Maraqlı şəxs3 Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının birinci növbəli vərəsəsi olmaqla yaxın qohumu olmasını və Ərizəçi əsl olmayan ərizəçinin əsl olan ərizəçi ilə əvəz edilməsinə dair yazılı razılığını nəzərə alaraq Ərizəçi əsl ərizəçi Maraqlı şəxs3 ilə əvəz etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.*-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə iclasında ərizəçi Maraqlı şəxs3 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, həmçinin onun Ağayeva (Qarayeva) Səmayə Yənvər qızı ilə nikahının 22 noyabr 20*3-cü il tarixdə 3*5 nömrə ilə qeyd edildiyini, birgə nikahdan onların uşaqlarının olmadığını və nikahlarının pozulmadığını bildirərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Maraqlı şəxs* nümayəndəsi-müdiri Nümayəndə ərizəni qəbul edərək, Maraqlı şəxs*ndə Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölüm qeydinin müəyyən edilmədiyini və Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının 23 dekakbr 20*7-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində vəfat etməsi faktının müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ərizəçi, X*8 və X2 ifadələrində Maraqlı şəxs3 ilə Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının nikahda olduqlarını, Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının 23 dekabr 20*7-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində evdə insult xəstəliyindən öldüyünü və Sarıbulaq kənd qəbristanlığında dəfn olunduğu bildirmişlər. İş materiallarına əlavə olunmuş 28.**.2005-ci il tarixdə verilmiş AZE seriyalı 044646*3 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X*6 *6.08.*966-cı il tarixdə Balakən rayonu Sarıbulaq kəndində doğulmuş və yaşayış yeri Balakən rayonu Sarıbulaq kəndi olmuşdur. İş materiallarına əlavə olunmuş 07.09.20*6-cı il tarixdə verilmiş AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Maraqlı şəxs3 xx.xx.*966-cı il tarixdə Balakən rayonu Sarıbulaq kəndində doğulmuşdur və yaşayış yeri Balakən rayonu Sarıbulaq kəndidir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin *6 fevral 2024-cü il tarixli 4* nömrəli arayışından görünür ki, Sarıbulaq kənd sakini olmuş X*6 (X*4) 23 dekabr 20*7-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 448698 nömrəli və AZ-İ 683629 nömrəli ölüm haqqında şəhadətnamələrdən görünür ki, X23 03.*2.20*0-cu il tarixdə, X*0 isə 02 yanvar 20*5-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 30 avqust *986-cı il tarixdə verilmiş AZ **42250 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X*6 *6.08.*966-cı il tarixdə Balakən rayonu Sarıbulaq kəndində doğulmuşdur. İş materiallarında olan RX seriyalı 02650*7 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.2*27 ha yaşayış məntəqəsinin torpaqları təyinatlı torpaq sahəsinə X*7, X3, X7 və X4 ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır. İş materiallarında olan Maraqlı şəxs* xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının barəsində ölüm haqqında akt qeydinin aşkar edilməməsi bardə arayış göndərilmişldir. İş materiallarında olan Maraqlı şəxs* tərəfindən 22 fevral 2024-cü il tarixdə verilmiş 05/69-62 nömrəli arayışdan görünür ki, *6.08.*966-cı ildə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuş Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs* tərəfindən Balakən rayonu Sarıbulaq kəndində yaşayan Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-*6-5/8-A-*5-*9/2024 nömrəli məktubda göstərilmişdir ki, Maraqlı şəxs*nə 07.03..2024-cü il tarixdə daxil olmuş müraciətinə əsasən 23.*2.20*7-ci il tarixdə vəfat etmiş bacısı X7 şöbələrində ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin ona təqdim edilməsi mümküni deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93,*94-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumati verən şəxsin seçdiy, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, Konsulluq idarəsi, və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən 23.*2.20*7-ci il tarixdə vəfat etmiş X5 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilir. İş materiallarında olan «Balakən rayon Mərkəzi Xəstəxanası» X29 23 fevral 2024-cü il tarixli, *8-*-27/2-A-43-xx-xx/2024 nömrəli məktubunda göstərilmişdir ki, Balakən MRX-da *6.08.*966-cı ildə anadan olmuş Sarıbulaq kənd sakini X7 ölümü barədə məlumat qeydə alınmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün *00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını, maraqlı şəxsin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ağayeva (Qarayeva) Səmayə Yənvər qızı *6 avqust *966-cı il tarixdə Balakən rayonu Sarıbulaq kəndində doğulmuş və 22 noyabr 20*3-cü il tarixdə 3*5 nömrə ilə nikahları qeyd edilməklə Maraqlı şəxs3 ilə nikaha girmişdir. Ağayeva (Qarayeva) Səmayə Yənvər qızı 23 dekabr 20*7-ci il tarixdə Balakən rayoun Sarıulaq kəndində evdə insult xəstəliyindən vəfat etmiş və Balakən rayonu Sarıbulaqi kənd qəbristanlığında dəfn edilmişdir. Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.2*27 ha yaşayış məntəqsinin torpaqları təyinatlı torpaq sahəsinə X*7, X3, X7 və X4 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ağayeva (Qarayeva) Səmayə Yənvər qızı vəfat etdikdən sonra ondan müəyyən əmlak miras qalmışdır. Lakin Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının adına ölüm şəhadətnaməsi alınmamışdır. Ağayeva (Qarayeva) Səmayə Yənvər qızınını ölümü qeydə alınmadığından və ona aid ölüm haqqında şəhadətnamə verilmədiyindən həmin miras əmlaka dair vərəsəliyin açılması ilə bağlı notariat kontoru tərəfindən sənəd verilmir. Ağayeva (Qarayeva) Səmayə Yənvər qızına aid ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxs*nə müraciət edilmiş, Qeydiyyat Şöbəsinə onun ölümünün qeydə alınması üçün lazımi sənədlər, ölüm şəhadətnaməsi təqdim edilməyindən Ağayeva (Qarayeva) Səmayə Yənvər qızınını 23.*2.20*7-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində ölməsinin qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi həmçinin Balakən rayon X*5 X*9 (Qarayeva) Səmayə Yənvər qızının ölümü barədə şəhadətnamə ala bilməmişdir. Ərizəçi, Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə Ağayeva (Qarayeva) Səmayə Yənvər qızından qalmış mirasa vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və hazırki ərizə ilə bağlı *00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycaycan Respublikası Mülki Məcəlləsinin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:**59.*.*-birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər, valideynləri (övladlığa götürənlər)…; **59.2-İkinci növbədə-ölənin bacıları və qardaşları… Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Ərizəçi tərəfindən Ağayeva (Qarayeva) Səmayə Yənvər qızına aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X40 "Balakən rayon Mərkəzi Xəstəxanasi" X3* müraciət edilmiş, lakin Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X40 "Balakən rayon Mərkəzi Xəstəxanasi" X38 tərəfindən Ağayeva (Qarayeva) Səmayə Yənvər qızına aid ölüm şəhadətnaməsi verilməmişdir. Bununla da ərizəçi tərəfindən Ağayeva (Qarayeva) Səmayə Yənvər qızına aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, *6.08.*966-cı ildə anadan olmuş Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının 23 dekabr 20*7-ci il tarixdə Balakən rayonunun Sarıbulaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. *6.08.*966-cı ildə anadan olmuş Ağayeva (Qarayeva) Səmayə Yənvər qızının 23 dekabr 20*7-ci il tarixdə Balakən rayonunun Sarıbulaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar