Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-423/2025 01.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayon Tülü kənd sakini Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə qeyri-rəsmi nikahla evlənmişdir.Birgə yaşayışlarından xx.xx.2021-ci il tarixdə X6 adlı oğlan övladı doğulmuşdur. O,iş üzrə cavabdeh Maraqlı şəxs qarşı aliment tələbinə dair Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. İş məhkəməyə göndərilməmişdən əvvəl alimentlə bağlı Balakən rayon “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən Mediasiya sessiyasında iştirak edərkən birgə ailə münasibətlərində yaşayarkən anadan olmuş uşağın saxlanması üçün cavabdeh tərəfindən alimentin ödənilməsi üçün barışıq sazişi bağlanmış və birgə ailə münasibətlərində olan azyaşlı uşağı X6 üçün hər ay sabit pul məbləğində alimentin ödənilməsi barədə razılığa gəlinmişdir. Məhkəmə aliment tələbi ilə bağlı 2(019)-1008/2021 saylı xx.xx.2021-ci il tarixli işə baxarkən hakim işin baxılmamış saxlanılması barədə qərardad qəbul etmiş, lakin onların Mediasiya sessiyasında aliment ödənilməsi üçün barışıq sazişi bağlanmasına baxmayaraq, cavabdeh aliment ödəməkdən imtina etməkdədir. O,aliment ödənilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə müraciət edəndə ona həmin idarədən bildirmişlər ki,əgər alimentin ödənilməsi üçün tərəflər arasında Mediasiya prosesində barışıq sazişi bağlanıbsa digər tərəfdə alimenti ödəməkdən imtina edirsə o zaman təkrar məhkəməyə ərizə verərək barışıq sazişinin məhkəmə qaydasında təsdiq edildikdən və icraya yönəldildikdən sonra alimentin ödənilməsi təmin ediləcəkdir. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizəyə etiraz etməyərək izahatında göstərdi ki,Ərizəçi ilə xx.xx.2019-cu ildə qeyri-rəsmi nikahla evlənmişdir. Birgə yaşayışlarından xx.xx.2021-ci ildə X6 adında bir uşaqları doğulmuşdur.Uşaq ərizəçinin himayəsində yaşayır. Uzun müddətdir ki, ərizəçi ilə ayrı yaşayırlar. xx.xx.2021-ci il tarixdə onlar Balakən rayon Mediasiya Şurasında alimentin ödənməsi ilə bağlı razılığa gələrək Barışıq sazişi bağlamışlar. Həmin Barışıq sazişinə əsasən o, birgə yaşayışlarından xx.xx.2021-ci ildə anadan olmuş X1 üçün hər ay 150 manat aliment ödəməyi öhdəsinə götürmüşdür.O, bir il hər ay 100 manat aliment ödəmişdir. lakin sonradan Esmira uşağı ona göstərməmiş və bildirmişdir ki, uşağı göstərməyəcək, aliment də istəmir. qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon “ASAN Xidmət” X7 tərəfindən 08 may 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 561440 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə doğulmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçi göstərilmişdir. İşdə olan və məhkəmə iclasının tədqiq edilmiş Balakən Regional “ASAN Xidmət” Mərkəzində qeydiyyat Şöbəsi tərəfindən 08 may 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 403097 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs 29 yanvar 2021-ci ildə vətəndaş Ərizəçi doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2021-ci ilin may ayının 08 günündə 48 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə verilmiş barışıq sazişində göstərilmişdir ki, tərəflər alimentin məbləğinin müəyyən edilməsində razılaşdılar. Cavabdeh Maraqlı şəxs hər ay 150 (yüz əlli) AZN ödəyəcəyini məhkəmədə təsdiqləyəcək. Məhkəmə Ərizəçi və Maraqlı şəxs izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə qeyri-rəsmi nikahla evlənmişlər.Tərəflərin birgə yaşayışından xx.xx.2021-ci il tarixdə X6 adında bir uşaqları doğulmuşdur.Aliment tələbi ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, mediasiya sessiyası keçirilmiş, tərəflər arasında xx.xx.2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. Cavabdeh Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yaşayışı üçün hər ay 150 AZN (yüz əlli manat ) aliment məbləğinin tutularaq ana Ərizəçi verilməsi razılığına gəlmişlər. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, yəni müəyyən olunmuş alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflər arasında xx.xx.2021-ci il tarixli barışıq sazişinin bağlanmasını, barışıq sazişinin qanuna uyğun olmaqla tərəflərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X2 ilə Maraqlı şəxs arasında bağlanmış, onların birgə yaşayışından 29 yanvar 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə dair xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq olunmalı, alimentin tutulması, barışıq sazişinin bağlandığı vaxtdan-31 avqust 2021-ci il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi X2 ilə Maraqlı şəxs arasında bağlanmış, onların birgə yaşayışından 29 yanvar 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə dair xx.xx.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması, barışıq sazişinin bağlandığı vaxtdan-31 avqust 2021-ci il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-423/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-423/2025
01.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver