Məhkəmə qərarları › İş №e-2(019)-448/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-448/2025

17.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-448/2025 17.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2024-MŞŞ\Ş1-2024-2008 saylı barışıq sazişinin alimentə aid hissədə, xx.xx.2016-cü il doğumlu X7 və xx.xx.2018-ci il doğumlu X2 üçün nəzərdə tutulan aliment məbləğinin, yəni hər ay hər uşaq üçün 190 AZN məbləğin Maraqlı şəxs1 alınıb Ərizəçi ödənilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki,o, Maraqlı şəxs1 ilə nikahlarını 29 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası Balakən rayon Qeydiyyat Şöbəsində 268 sayla rəsmiləşdirməklə evlənmişdir. Maraqlı şəxs1 ilə evliliklərindən xx.xx.2016-cü il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X6 adında iki uşaqları olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi və ailə məişət problemləri səbəbindən 2024-cü ildən ayrılmışlar. Maraqlı şəxs1 ilə nikahın pozulması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmişdir. Maraqlı şəxs1 aralrında bağlanmış nikahın pozulmasına, uşaqların onun himayəsində qalmasına və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 190 manat alimentin ödənilməsinə razılaşdıqlarına görə onunla aralarında barışıq sazişi bağlanmış, mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edilmişdir. Mediasiya prosesində tərəflər Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş Barışıq sazişində göstərilmişdir ki, tərəflər mediasiya sessiyasında iştirak etdilər. Sazişin nəticələri:

1. Nikahın pozulması-tərəflər Ərizəçi ilə Maraqlı şəxs1 Azərbaycan Respublikası Balakən rayon Qeydiyyat Şöbəsində 29 oktyabr 2015-ci ildə qeydiyyata alınmış AZ-İİ N 062012 nikahın pozulmasına hər iki tərəf razılaşdılar. 2. Uşaqların himayəsi-tərəflər Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahından dünyaya gələn xx.xx.2016-cü il doğumlu X7 və xx.xx.2018-ci il doğumlu X3 himayəsinin ana Ərizəçi verilməsinə tərəflər razılaşdılar. 3. Aliment tələbi-Tərəflər Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahdan dünyaya gələn xx.xx.2016cü il doğumlu X7 və xx.xx.2018-ci il doğumlu X3 yaşayışı üçün nəzərdə tutulan aliment məbləği hər ay hər bir uşaq üçün 190 AZN (yüz doxsan) manat olmasına tərəf Maraqlı şəxs1, Ərizəçi nəğdsiz qaydada (kart vasitəsi ilə) verilməsinə hər iki tərəf razılaşdılar. Lakin, kart hesabını açmağına və qarşı tərəfə göndərməyinə baxmayaraq Maraqlı şəxs1 barışıq sazişinin şərtlərini tam olaraq pozur və xx.xx.2016-cü il doğumlu X7 və xx.xx.2018ci il doğumlu X1 üçün nəzərdə tutulan aliment məbləğinin, yəni hər ay hər uşaq üçün 190 AZN məbləğin ona ödənilməsini təmin etməmişdir. Maraqlı şəxs1 barışıq sazişi bağlandığı vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Maraqlı şəxs1 ilə aralarında bağlanmış nikahın pozulması məqsədi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-209/2025 nömrəli qətnaməsi ilə Maraqlı şəxs1 ilə Balakən rayon Qeydiyyat Şöbəsinin 268 sayla rəsmiləşdirilmiş nikah pozulmuşdur. Həmin qətnaməni ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizəyə etiraz etməyərək izahatında göstərdi ki, Ərizəçi ilə 29 oktyabr 2015-ci ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2016-cı ildə X7 və xx.xx.2018-ci ildə X6 adında iki uşaqları doğulmuşdurlar.Uşaqlar ərizəçinin himayəsində yaşayırlar. Ərizəçi ilə aralarında olan nikah pozulmuşdur. xx.xx.2024-cü il tarixdə onlar Balakən rayon Mediasiya Şurasında razılığa gələrək Barışıq sazişi bağlamışlar. Həmin Barışıq sazişinə əsasən o, birgə nikahlarından xx.xx.2016-cı ildə anadlan olimuş X7 və xx.xx.2018-ci ildə anadan olmuş X1 üçün hər ay hər uşağa görə 190 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmişdir. Alimentin ödənməsində gecikmələr bununla bağlı olmuşdur.Alimenti ödəyəcəkdir.Ərizənin təmin edilməsinə etiraz etmir. Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxs- Maraqlı şəxs3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 062012 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ilə X8 arasında 29 oktyabr 2015-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-cü ilin oktyabr ayının 29 günündə 268 nömrə ilə qeyd edilmiş,nikah bağlanandan sonra arvada İsmayılova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 iyun 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 790273 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə doğulmuş, atası Maraqlı şəxs1, anası isə Ərizəçi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 noyabr 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 202333 nömrəli doğum haqqında ş şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə doğulmuş, atası Maraqlı şəxs1, anası isə Ərizəçi göstərilmişdir. İşdə olan və məhkəmə iclasının tədqotq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-209/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 arasında 29 oktyabr 2015-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 268 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞŞ/Ş1/2024-2008 nömrəli barışıq sazişində göstərilmişdir ki, Tərəflər mediasiya sessiyasında iştirak etdilər. Sazişin nəticələri:

1. Nikahın pozulması-tərəflər Ərizəçi ilə Maraqlı şəxs1 Azərbaycan Respublikası Balakən rayon Qeydiyyat Şöbəsində 29 oktyabr 2015-ci ildə qeydiyyata alınmış AZ-İİ N 062012 nikahın pozulmasına hər iki tərəf razılaşdılar.

2. Uşaqların himayəsi-tərəflər Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahından dünyaya gələn xx.xx.2016-cü il doğumlu X7 və xx.xx.2018-ci il doğumlu X3 himayəsinin ana Ərizəçi verilməsinə tərəflər razılaşdılar.

3. Aliment tələbi-Tərəflər Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il doğumlu X7 və xx.xx.2018-ci il doğumlu X3 yaşayışı üçün nəzərdə tutulan aliment məbləği hər ay hər bir uşaq üçün 190 (yüz doxsan) manat olmasına tərəf Maraqlı şəxs1, Ərizəçi nağdsiz qaydada (kart vasitəsi ilə) verilməsinə hər iki tərəf razılaşdılar. Məhkəmə Ərizəçi və Maraqlı şəxs1 izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs1 nikahlarını 29 oktyabr 2015-ci il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 268 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər.Tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə X7 və xx.xx.2018-ci il tarixdə X6 adında iki uşaqları doğulmuşdurlar. Nikahın pozulması, uşaqların himayəsi və aliment tələbi ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, tərəflər arasında mediasiya sessiyası keçirilmiş, tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış, tərəflər nikahın pozulmasına, birgə nikahdan xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 himayəsinin ana Ərizəçi verilməsinə və xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yaşayışı üçün cavabdeh Maraqlı şəxs1 hər ay hər bir uşaq üçün 190 AZN (yüz əlli manat) aliment məbləğinin tutularaq ana Ərizəçi verilməsi razılığına gəlmişlər. Maraqlı şəxs1 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, yəni müəyyən olunmuş alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişinin bağlanmasını, barışıq sazişinin qanuna uyğun olmaqla tərəflərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, xx.xx.2024-cü il tarixli,MŞŞ/Ş1-2024-2008 nömrəli barışıq sazişi, ərizəçi X5 ilə Maraqlı şəxs1 birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunmalı, alimentin tutulması,barışıq sazişinin bağlandığı vaxtdan-06 noyabr 2024-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, xx.xx.2024-cü il tarixli, MŞŞ/Ş1- 2024-2008 nömrəli barışıq sazişi Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahlarından xx.xx.2016cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq edilsin. Alimentin tutulması, barışıq sazişinin bağlandığı vaxtdan-06 noyabr 2024-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar