Məhkəmə qərarları › İş №e-2(019)-484/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-484/2023

31.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-484/2023 31.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X3 katibliyi, Ərizəçi,onun və digər ərizəçi X6 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi və X6 ölüm faktının qeydə alınmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi və X12 ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum qardaşları X7 Balakən rayon Tülü kəndində ölüm faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi və X6 nümayəndəsi və vəkili Nümayəndə dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum X7 Balakən rayonu Tülü kəndində 04 iyun 2012-ci ildə ürəyin işemik xəstəliyindən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Ərizəçilər Ərizəçi və X12 ərizələrini onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Tülü kəndində anadan olmuşlar. X2, anaları X5 olmuşlar. Mərhum qardaşları X13 onların doğma qardaşı olmuşdur. Qardaşları Elixan 04 iyun 2012-ci ildə vəfat etmişdir. Lakin qardaşı X7 ölməsi ilə əlaqədar heç bir sənədləşdirmə aparılmamışdır.Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə onların mərhum anaları X4 və mərhum qardaşları X9 0,35 ha kənd təsərrüfatı məhsulların istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi ayrılmışdır. Hal-hazırda həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri” X16 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların Dövlət Qeydiyyatından çıxarışın alınması zərurəti yaranmışdır. Bununla bağlı vərəsəlik işinin açılması üçün Balakən Rayon “ASAN Xidmət” Mərkəzi Notariat Ofisinə müraciət etmişlər. Orada mərhum qardaşları X7 ölüm aktını tələb etmişlər. Onlar Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət edərək xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdirlər.Balakən Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 9-16-518- 166/2023 nömrəli məktubunda göstərilmişdir ki, “Balakən Rayon Qeydiyyat Şöbəsinə xx.xx.2012-ci il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibbi müəssisənin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir”. Bü səbəbdən onlar mərhum qardaşları X7 ölüm faktının qeydə alınması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi və X6 nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Cavad qızı ifadəsində göstərdi ki, ərizəçilər Ərizəçi və X10 tanıyır, Gülafət baldızı, Bayram isə qaynıdır. Ərizəçilərin qardaşı X13 04 iyun 2012-ci ildə Balakən rayonu Tülü kəndində ürək xəstəliyindən ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ərizəçilər Ərizəçi və X10 tanıyır, onun əmisi uşaqlarıdır. Ərizəçilərin qardaşı X13 04 iyun 2012-ci ildə Balakən rayonu Tülü kəndində ürək xəstəliyindən ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən vəkil-Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli 9-16-518-166/2023 nömrəli məktubda göstərilmişdir: “Balakən rayon Qeydiyyat Şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə xx.xx.2012-ci ildə vəfat etmiş X7 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X7 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müracəit etməyiniz tövsiyyə edilir.” İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 sentyabr 2022-ci il tarixdə verilmiş 05/69-774 nömrəli arayışdan görünür ki, 09 noyabr 1966-cı ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 sentyabr 2022-ci il tarixdə verilmiş 05/69-773 nömrəli arayışdan görünür ki, X13 09 noyabr 1966-cı ildə Balakən rayonunun Tülü kəndində anadan olmuşdur. Bu barədə 29 noyabr 1966-cı il tarixdə Balakən rayonunun Tülü kənd icra nümayəndəliyində 10 №li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 avqust 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 253948 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2000-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Tülü kənd icra nümayəndəliyi tərəfindən 25 avqust 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 253949 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 22 fevral 1986-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-690 KOD40114018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə X4 və X9 Balakən rayonu Tülü kəndi ərazisindən 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Talalar kənd ərazi nümayəndəliyi tərəfindən 25 avqust 2022-ci il tarixli AZ-T seriyalı 211602 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1963-cü ildə doğulmuş, ata qrafası boş saxlanılmış, anası X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”Publik Hüquqi şəxs Balakən rayon X8 Hüquq şəxs tərəfindən Balakən rayon Qeydiyyat Şöbəsinə ünvanlanmış 02 fevral 2023-cü il tarixli RHŞ-6-27/2- 55/2023 nömrəli məktubda göstərilmişdir ki,“Sizin xx.xx.2023 tarixli 0576-14/09 saylı məktubunuza cavab olaraq Balakən MRX RHŞ-sı bildirir ki, Balakən MRK-nın arxivində Tülü kənd sakini X7 ölümü haqqında 2012-ci ildən 2019-cu ilə qədər olan kitablarda qeydiyyata alınmayıb. Məhkəmə, məhkəmə iclasına gəlmiş ərizəçini, onun və digər ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki,məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçilər Ərizəçi və X1 rayonunun Tülü kəndində anadan olmuşlar. Ərizəçilərin anası X5 20 avqust 2022-ci ildə tarixdə, qardaşları X13 isə 04 iyun 2012-ci ildə ölmüşlər. Ərizəçilərin qardaşı öldükdən sonra onun ölümü müvafiq dövlət orqanında qeydə alınmamışdır. Ərizəçilər Ərizəçi və Bayram Əzimov qardaşından miras qalmış əmlakı qəbul etmək üçün Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmiş, qardaşının ölümü haqqında təsdiqedici sənəd olmadığından mirası qəbul edə bilməmişdirlər. Bundan sonra ərizəçilər qardaşları Elixanın ölümünün qeydə alınması ilə bağlı Balakən Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçilərə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli,ərizəçilər Ərizəçi və X6 qardaşı- X7 04 iyun 2012-ci il tarixdə Balakən rayonunun Tülü kəndində ürəyin işemik xəstəliyindən ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi və X6 qardaşı-X7 04 iyun 2012-ci il tarixdə Balakən rayonunun Tülü kəndində ürəyin işemik xəstəliyindən ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar