Məhkəmə qərarları › İş №e-2(019)-490/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-490/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-490/2023 01.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi atası Yüzbaşiyev Molla Abdulməcid oğlunun ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, atası Yüzbaşiyev Molla Abdulməcid oğlunun 21 iyun 1998-ci ildə Balakən rayonu Qazma kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1971-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, adına 07 iyun 1971-ci ildə AZB seriyalı 066974 nömrəli doğum haqqında şəhadətnamə tərtib edilmişdir. Atası Yüzbaşiyev Molla Abdulməcid oğlu, anası isə Yüzbaşiyeva Rəziyyət Əhma qızı olmuşdur. Atası Yüzbaşiyev Molla Abdulməcid oğlu 21 iyun 1998-ci ildə vəfat etmiş, kənd qəbirstanlığında dəfn olunaraq ailə üzvləri tərəfindən ona baş daşı qoyulmuşdur. Atası vəfat etdikdən sonra onun ölümü müvafiq təşkilatda qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Mərhum atasından ümumi birgə mülkiyyət hüququ əsasında Balakən rayonu Qazma kəndində yerləşən 0,25 ha həyətyanı və 1,33 ha pay torpaq sahəsi miras qalmışdır. Vərəsəlik işinin açılması üçün ona atasının ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi vacibdir. Ölüm şəhadətnaməsinin alınması ilə bağlı Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şöbəyə atasının ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən ölüm haqqında həkim arayışını təqdim edə bilmədiyindən ona ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu barədə Balakən rayon Qeydiyyat Şöbəsinin arayışı ərizəyə əlavə edilmişdir. Mərhum atası Yüzbaşiyev Molla Abdulməcid oğlunun 21 iyuq 1998-ci ildə vəfat etməsiini təsdiq edən şahidlər vardır. Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından məhkəməyə müracəit etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, həmçinin Ərizəçi atası Yüzbaşiyev Molla Abdulməcid oğlunun 21 iyun 1998-ci ildə Balakən rayonu Qazma kəndində ölməsi ilə bağlı həkim sənədinin alınması üçün Balakən rayon Mərkəzi xəstəxanası X6 müraciət etdiklərini, lakin Balakən rayon Mərkəzi xəstəxanası X8 tərəfindən ərizəçinin mərhum atası Molla Yüzbaşiyevin ölümü qeydə alınmadığından ölümü təsdiq edən tibbi şəhadətnamə tərtib edilmədiyinin onlara bildirldiyini qeyd edərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin ərizəyə hər hansı etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə, məhkəmə iclaslarına gəlməməsinin səbəblərini üzrsüz hesab edərək, hazırki işə maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, Yüzbaşiyev Seymur Ziyavəddin oğlu və Yüzbaşiyev Mahir Abdulla oğlu ifadələrində Yüzbaşiyev Molla Abdulməcid oğlunun Ərizəçi atası olduğunu, Yüzbaşiyev Molla Abdulməcid oğlunun 21 iyun 1998-ci ildə Balakən rayonu Qazma kəndində öz əcəli ilə öldüyünü və Qazma kənd qəbirstanlığında dəfn olunduğunu, Yüzbaşiyev Molla Abdulməcid oğlunun ölümünün qeydiyyat şöbəsində qeydə alınmadığını, xəstəxanada ölümlə bağlı həkim şəhadətnaməsinin verilmədiyini, Yüzbaşiyev Molla Abdulməcid oğlunun adında torpaq sahələrinin olduğunu bildirmişlər. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qazma kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 335 №-li arayışından görünür ki, Yüzbaşiyev X2 sakinidir. Atası Yüzbaşiyev Molla Abdulməcid oğlu 1938-ci ildə Qazma kəndində anadan olub, xx.xx.1998-ci ildə vəfat edib. İş materiallarında olan 07 iyun 1971-ci il tarixdə verilmiş AZB 066974 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxx 1971-ci ildə doğulmuş, atası qrafasında Yüzbaşiyev Molla Abdulməcid oğlu, anası qrafasında isə Yüzbaşiyeva Rəziyyət Əhma qızı yazılmışdır. İş materiallarında olan JN-037A KOD 40103018 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi Yüzbaşiyev Molla Abdulməcid oğlunun, Yüzbaşiyeva Rəziyyət Əhma qızının, Yüzbaşiyev Arif Molla oğlunun, Ərizəçi və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-0037 KOD 40103018 nömrəli Torpağa Mülkiyyət Hüququna X7 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 08 may tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 1,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yüzbaşiyev Molla Abdulməcid oğlunun, Yüzbaşiyeva Rəziyyət Əhma qızının, Yüzbaşiyev Arif Molla oğlunun, Ərizəçi və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi ğtərəfindən verilmiş 18 mart 2023-cü il tarixli 155 №-li arayışdan görünür ki, Yüzbaşiyev Molla Abdulməcid oğlu barəsində Balakən rayon Qeydiyyat Şöbəsində ölümü haqqında akt qeydi aşkar olunmadı. Arixiv məlumatları Balakən rayon Qeydiyyat Şöbəsinin xx.xx.1998-xx.xx.2023-cü illərə dair ölüm aktı qeydləri üzrə yoxlanılmışdır. İş materiallarındda olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Balakən rayon Qeydiyyat Şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən dediyinə görə xx.xx.1998ci il tarixdə vəfat etmiş atası Yüzbaşiyev Molla Abdulməcid oğlunun şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.1998-ci il tarixdə vəfat etmiş atası Yüzbaşiyev Molla Abdulməcid oğlunun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxx 1971-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, adına 07 iyun 1971-ci ildə AZB seriyalı 066974 nömrəli doğum haqqında şəhadətnamə tərtib edilmiş, atası Yüzbaşiyev Molla Abdulməcid oğlu, anası isə Yüzbaşiyeva Rəziyyət Əhma qızı olmuşdur. Ərizəçinin atası Yüzbaşiyev Molla Abdulməcid oğlu 21 iyun 1998-ci ildə Balakən rayonu Qazma kəndində vəfat etmiş, kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçinin atası vəfat etdikdən sonra onun ölümü qeydiyyat orqanında qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib ediliməmişdir. Ərizəçinin mərhum atası Yüzbaşiyev Molla Abdulməcid oğlundan ümumi birgə mülkiyyət hüququ əsasında Balakən rayonu Qazma kəndində yerləşən 0,25 ha həyətyanı və 1,33 ha pay torpaq sahəsindən torpaq payı miras qalmışdır. Ərizəçi atasından qalmış mirasa vərəsəlik işinin açılması üçün atasına ölüm şəhadətnaməsinin alınması ilə bağlı Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsində atasının ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən ölüm haqqında həkim şəhadətnaməsini təqdim edə bilmədiyindən atasının ölümünün qeyd edilməsindən və ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçi tərəfindən atası ilə bağlı ölüm haqqında şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X6 müraciət olunmuş, lakin həmin orqan tərəfindən belə bir şəhadətnamənin tərtib olunmaması bildirilmişdir. Ərizəçi mərhum atasının ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə ölmüş atası Yüzbaşiyev Molla Abdulməcid oğlundan qalmış mirasla bağlı vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, mərhum Yüzbaşiyev Molla Abdulməcid oğlunun ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Ərizəçi tərəfindən mərhum atası Yüzbaşiyev Molla Abdulməcid oğluna aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X6 müraciət edilmiş və Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X10 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X8 tərəfindən ərizəçiyə mərhum atasının ölümü haqqında şəhadətnamə olmadığından bu şəhadətnamə verilməmiş, bununla da ərizəçi tərəfindən ölmüş atasına aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin ölmüş atasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçi Yüzbaşiyev Arif Molla oğlunun atası Yüzbaşiyev Molla Abdulməcid oğlunun 21 iyun 1998-ci ildə Balakən rayonu Qazma kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Yüzbaşiyev Arif Molla oğlunun atası Yüzbaşiyev Molla Abdulməcid oğlunun 21 iyun 1998-ci ildə Balakən rayonu Qazma kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar