Məhkəmə qərarları › İş №e-2(019)-495/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-495/2023

12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-495/2023 12.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X1 31 may 2014-cü ildə Balakən rayonu Tülü kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, o, xx xxxxxx 1990-cı ildə Balakən rayonunun Tülü kəndində anadan olmuşdur. X2, anası isə X4r. X2 31 may 2014-cü ildə ölmüşdür. Onun ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. X1 Balakən rayonu Tülü kəndində yerləşən torpaq sahəsi ondan miras qalmışdır. Hazırda miras əmlaka vərəsəlik işi açılsa da, X1 ölməsi barədə rəsmi sənədlər olmadığından notariat orqanlarında miras əmlakı rəsmiləşdirmək mümkün deyildir. O, X2na ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə 31 may 2014-cü ildə ölmüş X5 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda 31 may 2014-cü ildə ölmüş X1 ölümü ilə bağlı Balakən Rayon Mərkəzi X11 Şəxsinə rəsmi müraciət etsə də, müəssisənin xx.xx.2023-cü il tarixli PHŞ-6- 27/2-77/2023 nömrəli məktubuna əsasən Balakən Rayon Mərkəzi Xəstəxanasının arxivində X7 aid ölüm haqqında tibbi şəhadətnamənin olmadığı müəyyən edilmişdir. Buna görə X5 ölməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğludur. Ərizəçi atası X13 31 may 2014-cü ildə Balakən rayonu Tülü kəndində ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ərizəçi X10 onun qohumudur. Elşənin atası X13 31 may 2014-cü il tarixdə Balakən rayonu Tülü kəndində ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən 30 mart 2023-cü il tarixdə verilmiş 05/69-168 nömrəli arayışdan görünür ki, 01 sentyabr 1956-cı ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 31 mart 2023-cü il tarixli 3-16-5/13-15-350/2023 nömrəli məktubda göstərilmişdir ki, “Balakən Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizənizə əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş atanız X6 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdlə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının Səhtiyyə Nazirliyi tərəfindən isə EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş atanız X6 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 28 dekabr 2022-ci il tarixdə verilmiş 1200 nömrəli arayışdan görünür ki,Ərizəçi həqiqətən Tülü kənd sakinidir. Mərhum atası X13 xx.xx.2014cü ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Tülü kənd soveti tərəfindən 02 mart 1990-cı il tarixdə verilmiş XV-JQ seriyalı 280256 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə anadan olmuş, atası X13, anası X8 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd soveti tərəfindən 30 avqust 1979-cu il tarixdə verilmiş İİ-JQ seriyalı 271074 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X9 arasında 30 avqust 1979-cu ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Bayramova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Balakən Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən Balakən rayon vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış 14 fevral 2023-cü il tarixli RHŞ-6-27/2-77/2023 nömrəli məktubda göstərilmişdir ki,”Sizin xx.xx.2023-cü il tarixli 6/2023 saylı məktubunuza cavab olaraq Balakən MRX RHŞ-si bildirir ki, Tülü kənd sakini X6 ölüm haqqında şəhadətnaməsi xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilə qədər ölüm aktı kitabında qeydə alınmayıb”. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxxxx 1990-cı ildə Balakən rayonunun Tülü kəndində anadan olmuşdur. Ərizəçinin atası X13 31 may 2014-cü il tarixdə ölmüşdür. Atası öldükdən sonra onun ölümü müvafiq dövlət orqanında qeydə alınmamışdır. Ərizəçi atasından miras qalmış əmlakı qəbul etmək üçün X18 Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, atasının ölümü haqqında təsdiqedici sənəd olmadığından mirası qəbul edə bilməmişdir. Bundan sonra ərizəçi atasının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi atası-X6 31 may 2014-cü il tarixdə Balakən rayonunun Tülü kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi atası-X6 31 may 2014-cü il tarixdə Balakən rayonunun Tülü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar