Məhkəmə qərarları › İş №e-2(019)-50/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-50/2023

20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-50/2023 20.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4 (dörd) ədəd qoyun və ya onun dəyəri olan 920 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 4 ədəd qoyunun dəyəri olan 920 manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 4 ədəd qoyunun dəyəri olan 880 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılaraq Cavabdeh 4 ədəd qoyunun dəyəri olan 880 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir və məhkəmə bu tələb daxilində işə baxır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, ailə ilə birlikdə Balakən rayonunun Gərəkli kəndində yaşayır. Təsərrüfatında xırda buynuzlu heyvan saxlamaqla dolanır. Cavabdeh Çaxiyev X3 rayonu Şərif kənd sakinidir, ferması var. Təxminən 2021-ci ilin dekabır ayın 10-15 tarixində Cavabdeh çoban işçisi ona zəng edərək, Cavabdeh fermasında 3 nəfər işçi lazım olduğunu bildirdi. O, 2021-ci ilin dekabr ayının həmin tarixlərində Rasul ilə görüşmüşdür. Cavabdeh ilə aralarındakı danışığa əsasən, onun 70 baş qoyunlarını, Rasulun qoyunları ilə birlikdə cavabdeh Rasulun fermasında saxlamaqla onun örüş sahələrində otarmaqla baxmalı və Rasul əvəzində onu siqaret, yemək və qalmağa yerlə təmin etməliydi. O, səhəri günü işə başlamışdır. Cavabdehin örüş sahəsi kiçik olduğundan camaatın ərazilərinin yanından sürüb zastavaya yaxın ərazidəki meşəlik-kolluqda otarırdı. Qoyun sürüsünü həmin əraziyə sürmək tək nəfər üçün çətin olur. Belə ki, camaatın torpaq sahələrinə keçən qoyunlar olur, torpaq sahələrinin sahibləri tərəfindən narazılıqlar olurdu. Qoyun sürüsünü həmin əraziyə sürmək üçün kömək lazım olduğundan hər dəfə camaatın narazılıqları barədə cavabdehə bildirirsə də, cavabdeh buna məhəl qoymamışdır. xx.xx.2022-ci il tarixdə zastavaya yaxın ərazidə olan kolluqdan axşam saat 5:30 radələrində binaya (fermaya) qayıdan zaman həmişə gəldikləri yoldan yol üstü olan kanaldan keçirirməklə qoyun sürüsünün dalınca gəlirdi. Qoyunlara çatanda gördü ki, 20-30 baş qoyun kanalın o biri tərəfində, 60-70 baş qoyun isə kanalın içində üst-üstə düşüb bir-birini əzirlər, digər qoyunlar da kanalın bu tərəfində qalıblar. O, dərhal kanala düşüb kanalın içindən qoyunları bir-bir çıxarmağa başladı. Təkbaşına olduğu üçün bu çox çətin oldu, lakin bacardığı qədər çıxartdı. Qoyunların içində olan zəifləri - 5 qoyun həmin kanalda əzilib ölmüşdü. Onları da çıxarıb kanalın kənarına qoydu və gördü ki, biri onun qoyunudur, 4-ü isə Cavabdeh. Bu hadisədən sonra Cavabdeha zəng vurmaqla bildirdi ki, belə bir hadisə olub. Cavabdeh isə uzaqda olduğundan gələ bilmədiyini bildirdi. Qoyun sürüsünü fermanın binasına sürmüş və Cavabdeh binada olmasını görmüşdür. Cavabdeha olanlar barədə danışmış, Rasul da gedib ölən qoyunlarını gətirməyini demişdir. Cavabdeh həmçinin ona diri qoyun lazım olduğunu söyləmişdir. Səhəri gün Rasul ona 4 qoyun ödəməli olduğunu bildirmişdir. O, buna qəti razılaşmamışdır. Belə ki, heç bir yerdə ölən qoyuna çoban cavabdeh deyildir. O, cavabdehə dəfələrlə qoyun sürüsünü sürmək üçün kömək lazım olduğunu bildirmişdi. Cavabdehin qoyunları ilə birlikdə onun da 1 qoyunu ölmüşdür. O, sabahdan gedəcəyini demiş və səhəri gün yorğan-döşəyini aparmaq üçün taksi çağırmışdır. Həmin ərəfədə qoyunlarını seçib ayrı saxlamışdır ki, evə sürsün və taksi sürücüsü yolu tanımadığına görə onun qarşılamağa çıxmışdır. Taksi sürücüsü ilə birlikdə binaya qayıtmış, qoyunlarını saymış və görmüşdür ki, sürünün içində 4 boğaz qoyun yoxdur. Cavabdeha dərhal zəng vurmaqla 4 qoyununun olmadığını bildirdi. Cavabdeh isə ölən 4 qoyununun əvəzində onun icazəsi olmadan onun sahibi olduğu 4 qoyunu götürdüyünü və qaytarmayacağını demişdir. Cavabdehə bildirdi ki, onun əmlakını onun şəxsi razılığı olmadan və ya məhkəmə qərarı olmadan özbaşına götürə bilməz. Cavabdeh buna məhəl qoymadı və hansısa rəsmi organın qərarı və ya razılığının onu maraqlandırmadığını bildirdi. xx.xx.2022-ci il Balakən Rayon Polis Şöbəsinə (bundan sonra Balakən RPŞ) müraciət etmişdir. Polis şöbəsi tərəfindən onların hər ikisinin izahatları alınmış və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh ondan götürdüyü 4 qoyun olmuşdur. Bu qoyunlardan 1 ədəd 1 yaşında 50 kq çəkidə boğaz qoyun, 1 ədəd 2 yaşında 50 kq çəkidə boğaz qoyun, 2 ədəd isə hərəsi 50 kq çəkidə boğaz qoyun olmuşlar. Cavabdeh isə onun əmlakını qaytarmaq istəmir və onun mülkiyyət hüququnu pozur. Ona görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, Balakən rayonu Şərif kəndində yaşayır. Qoyunçuluqla məşğul olur, fermerdir. Balakən rayonu Şərif kəndində ferması yerləşir. 250 baş qoyun-quzusu vardır. 2021-ci ilin dekabr ayının ortaları çobanı Məhəmməd ona dedi ki, bir nəfər həmkəndlisi var, onun fermasında işləmək istəyir. Müəyyən müddət sonra İddiaçı adlı şəxs onun fermasına gəldi. Elnura dedi ki, örüş sahəsinə fermaya baxsın, bəyənsə, onunla işləməyə gələr. O da Elnuru ferma və otlaq sahələri ilə tanış etdi. Tanış etdikdən sonra Elnur onunla işləməyə razılığı bildirmişdir. Aralarında danışmış, Elnur şahidlərin yanında qoyunlar dağa qalxana qədər onun fermasında işləyəcəyinə söz vermişdir. Elnurla bir qoyun itkisinə görə ondan heç nə tələb etməyəcəyi, bir baş qoyundan artıq ölüm-itim olduğu təqdirdə, o zaman dəymiş ziyanın çoban tərəfindən ödənilməli olmasına dair razılığa gəlmişlər. Həmçinin Elnurun yeməyi, içməyi, qalmağa yerinin onluq olmasına dair Elnurla razılaşmışlar. Eyni zamanda Elnur ona 70 baş qoyununun olduğunu və həmin qoyunları onun sahəsində otaracağını bildirmişdir. Elnura həmin qoyunların da arpası, otu, xəşili və iynə-dərmanının onluq olduğunu söyləmişdir. Bir müddət sonra Elnur ona zəng vuraraq, 3 baş qoyunun ölməsini demişdir. Həmin gün axşam o, binəyə gələrək 5 baş qoyunun olmadığını müəyyən etmişdir. Elnurdan nəyə görə 3 baş qoyunun olmadığını ona dediyini, ancaq 5 baş qoyunun öldüyünü soruşmuş, Elnur da cavabında 5 baş qoyunun öldüyünü, 3 baş qoyunun öldüyünü ona səhv dediyini bildirmişdir. Daha sonra o, Elnurdan nəyə görə ölən qoyunların şəklini çəkmədiyini soruşmuş, Elnur da cavabında başının qarışıq olmasını, bu səbəbdən çəkmədiyini söyləmişdir. Bu vəziyyətdə həmin ölən qoyunlardan ikisini Elnura bağışlamış, lakin Elnurdan iki baş qoyunu geriyə istəmişdir. O, bunu təklif etdikdə Elnur ona heç nə deməmiş, 2 gündən sonra Elnur ölən qoyunların ziyanını nəyə görə ödəməli olduğunu, onun nə xeyrinin olduğunu bildirmişdir. Onda o, Elnura qoyunların ikisinin maddi ziyanını ödəməsini, ikisinin isə ziyanını ödəməməsini təklif etmişdir. Elnur ona əgər belədirsə onda 70 baş qoyununu seçib getməsini demişdir. O da cavabında onunla müqaviləsini pozduğunu, kişi kimi sözünə əməl etmədiyini, getdiyi təqdirdə onu məcburi saxlaya bilməyəcəyini, 4 baş qoyununu qoyub getməsini, 4 baş qoyunu özünün seçib qoyub getməsini bildirmişdir. Elnur qoyunları seçməyəcəyini bildirdi. Bundan o, Elnurun 70 baş qoyununun içindən 4 baş qoyun seçib öz sürüsünə qatmışdır. Elnura da istənilən bir adamı gətirib qoyundan başı çıxanın gəlib səhv iş görməsini ona deməsini söyləmişdir. Onun Elnurun qoyunlarından seçdiyi qoyunlar qısır qoyunlar olmuşdur. Elnurla onlar şərik olmuş, Elnur onun çobanı olmamışdır. Əslində Elnurun razılığı əsasında 4 ədəd qoyunu Elnurdan götürmüşdür. Bunu şahidləri də təsdiq edə bilərlər. Elnur ona konkret maddi ziyan vurmuş, o da bu maddi ziyanın əvəzində Elnurdan onun razılığı ilə 4 baş qoyun götürmüşdür. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İddiaçı öz həmkəndlisi kimi tanıyır. Cavabdeh Zairbeq oğlunu yaxşı tanıyır. Belə ki, Cavabdeh fermasında işləyir. 2021-ci ilin oktyabr ayında İddiaçı ona zəng edərək, qoyunlarının olduğunu, baxmaq üçün imkanının olmadığını, Rasula ona köməklik etməsini deməsini bildirmişdir. O da bu barədə Cavabdeh demişdir. Bundan sonra Elnur və Rasul öz aralarında razılaşmışlar. Belə ki, İddiaçı özünün 70 baş qoyununu Cavabdeh qoyunlarına qataraq örüşə aparıb otarmışdır. Bunun üçün Cavabdeh və İddiaçı heç bir pul və məvacib haqqında razılaşmamışlar. Onlar şərik olublar. Rasulla Elnurun razılığına əsasən Elnur 70 baş qoyunlarını Rasulun qoyunları ilə birlikdə Rasulun fermasında saxlamaqla onun örüş sahələrində otarmaqla baxmağı və Rasul isə Elnuru siqaret, yemək və qalmaq üçün yerlə təmin etməyi öhdəsinə götürmüşdür. O da ara-sıra Elnura köməklik etmişdir. 2022-ci ilin fevral ayının sonları, mart ayının əvvəllərində Rasulun 4 baş qoyununun və Elnurun 1 baş qoyununun kanala düşüb öldüyünü eşitmişdir. Həmin qoyunların öldüyünü gözü ilə görməmişdir. Ölən 5 qoyunun hamısı ana qoyun idi. Həmin gün Elnur 3 qoyunun öldüyünü bildirmiş, lakin axşam baxqıqda 5 anasız quzunun mələşdyini görmüşdür. Bundan sonra Elnur Rasulun 4 baş, özünün isə 1 baş qoyununun kanala düşərək öldüyünü bildirmişdir. Rasul Elnura ölən qoyunlarının ikisini ona bağışladığını, lakin iki baş qoyunu geriyə istədiyini söyləmişdir. Elnur sabahı 70 baş qoyunlarını seçib gedəcəyini Rasula bildirmişdir. Rasul qoyunları geri istədiyi zaman Elnur bir baş qoyunu özü tutmuş, 3 baş qoyunu da tutması üçün göstərmişdir. Elnur bu qoyunları öz əli ilə vermişdir. Həmin vaxt onlardan başqa Şahid1 adlı şəxs də olmuşdur. 2022-ci ilin avqust ayında Elnur ona zəng edərək, Rasulun üzünə durduğu təqdirdə bir qoyun kəsərək ona qonaqlıq verəcəyini bildirdi. O da öz növbəsində bu təklifə qətiyyən etiraz etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, həmin vaxt o, Cavabdeh fermasında tez-tez olmuşdur. Belə ki, Cavabdehlə dostdurlar. Elnur 3 qoyunun öldüyünü bildirmişdir. Lakin axşam baxanda görmüşlər ki, 5 anasız quzu mələyir. Bundan sonra İddiaçı Rasulun 4 baş qoyununun, özünün isə 1 baş qoyununun kanala düşərək öldüyünü demişdir. Rasul Elnura ölən qoyunların ikisini ona bağışladığını, ikisini isə geri istədiyini bildirmişdir. Səhəri gün İddiaçı öz 70 baş qoyununu seçib gedəcəyini Rasula bildirmişdir. Rasul qoyunları geri istədiyi zaman Elnur 1 baş qoyunu öz tutmuş, digər 3 baş qoyunu isə tutulmaq üçün göstərmişdir. Elnur bu qoyunları öz əli ilə vermişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 708 nömrəli arayışından görünür ki, Balakən rayonu mal bazarında 03 aprel 2022-ci il tarixində bir ədəd qoyunun qiyməti təxminən 210-230 manat olmuşdur. İşə əlavə olunan Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 rayonu Gərəkli kənd sakini İddiaçı xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-yə ünvanladığı ərizəsinə dair xx.xx.2022-ci il tarixli arayışında göstərilir ki, Balakən rayonu Gərəkli kənd sakini İddiaçı xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə çoban işlədiyi Balakən rayon Şərif kənd sakini Rəsul Çaxiyev onun icazəsi olmadan 4 baş qoyununu götürüb öz qoyun sürüsünə qatmışdır. Araşdırma zamanı izahatı alınmış İddiaçı öz izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yanında çoban işlədiyi Rəsul Çaxiyev onun icazəsi olmadan 4 baş qoyununu öz sürüsünə qatmışdır. Araşdırma zamanı izahatı alınmış X4 öz izahatında bildirmişdir ki, o, qoyunları İddiaçı özünün iştirakı ilə ölmüş olan 4 baş qoyununun yerinə Elnurun 4 baş qoyununu öz sürüsünə qatmışdır. Beləliklə, aparılmış araşdırma zamanı toplanmış materialda heç bir cinayət və inzibati xəta tərkibi aşkar olunmamışdır. Buna görə də Balakən rayon Gərəkli kənd sakini İddiaçı rəsmi məktub ünvanlanaraq, ərizəsində göstərdiyi xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması ona izah olunmuşdur. İşə əlavə olunan Balakən RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanov tərəfindən Balakən rayonu Gərəkli kənd sakini İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 109-6306M- 3224 nömrəli məktubda göstərilir ki, xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-yə ünvanladığı ərizəyə cavab olaraq bidirilir ki, ərizəsi tərəflərindən araşdırılmışdır. Ərizədə göstərdiyi xüsusatlar məhkəmə səlahiyyətinə aid olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İşə əlavə olunan X1 Balakən RPŞ-yə verdiyi izahatda göstərilir ki, o, Balakən rayonu Şərif kəndində yaşayır. Qoyunçuluqla məşğul olur, fermerdir. Balakən rayon Şərif kəndində ferması yerləşir. 250 baş qoyun-quzusu vardır. 2021-ci ilin dekabr ayının ortaları çobanı Məhəmməd ona dedi ki, bir nəfər həmkəndlisi var, onun fermasında işləmək istəyir. Müəyyən müddət sonra Elnur adlı şəxs onun fermasına gəldi, ona dedi ki, örüş sahəsinə, fermaya baxsın, bəyənsə onunla işləməyə gələr. O da onu ferma və otlaq sahələri ilə tanış etdi. Tanış etdikdən sonra Elnur ona dedi ki, işləməyə razıdır. Aralarında danışdılar ki, şahidlərin iştirakı ilə Elnur ona söz verdi ki, qoyunlar dağa qalxana qədər onun fermasında işləyəcəkdir. Elnurla razılığa gəldilər ki, 1 itkiyə görə o, ondan heç nə tələb etməyəcək. Ancaq 1 baş qoyundan artıq ölüm-itim olsa, o zaman dəymiş ziyan çoban tərəfindən ödənilməlidir. Elnur onun bu şərti ilə razılaşdı. Elnurla razılığa gəldilər ki, onun yeməyi, içməyi, qalmağa yeri onluqdur. Eyni zamanda Elnur ona bildirdi ki, 70 baş qoyunu var, həmin qoyunları onun sahəsində otaracaqdır, həmin qoyunların da arpası, otu, xəşili, iynədərmanı hər biri onluqdur. Bir müddət sonra Elnur ona zəng vuraraq, 3 baş qoyunun ölməsini bildirdi. Həmin gün axşam o, binəyə gələrək 5 baş qoyunun olmadığını müəyyən etdi. O, ondan soruşduqda ki, 3 baş qoyunun olmadığını ona dediyini, o isə cavabında 5 baş qoyunun öldüyünü, ona səhv dediyini bildirdi. Daha sonra o, ona dedikdə nəyə görə ölən qoyunların şəklini çəkmədin. O, cavabında başının qarışıq olmasını, bu səbəbdən çəkmədiyini bildirdi. O, bu zaman necə ona inanacağını bildirdi. Bu vəziyyətdə həmin ölən qoyunlardan ikisini ona bağışladığını, lakin iki baş qoyunu geriyə istədiyini bildirdi. O, bunu təklif etdikdə Elnur ona heç nə demədi. 2 gündən sonra Elnur ona dedi ki, o, ölən qoyunların ziyanını nəyə görə ödəməlidir? Onun nə xeyri oldu ki? O da ona bildirdi ki, o, ancaq belə edə bilər ki, 2-sinin dəymiş maddi ziyanını ödəsin. Elnur ona dedi ki, əgər belədirsə o, öz 70 baş qoyununu seçib gedir. O, ona onunla müqaviləsini pozduğunu, kişi kimi sözünə əməl etmədiyini bildirdi. Əgər gedirsə onu məcburi saxlaya bilmədiyini, 4 baş qoyununu qoy get, 4 baş qoyunu özün seç qoy get dedi. Elnur qoyunları seçməyəcəyini bildirdi. Bundan sonra o, Elnurun 70 baş qoyununun içindən 4 baş qoyun seçib öz sürüsünə qatdı. Elnura da dedi ki, istənilən bir adamı gətir qoyundan başı çıxan gəlsin ona desin ki, səhv iş görmüsən. Onun seçdiyi qoyunlar qısır qoyunlardır. Elnurla onlar şərik olmuşlar, o, onun çobanı olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 9/8419 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən xırdabuynuzlu heyvanların qərardadda göstərilən tarixlərə olan 2022-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1650,00 manat, hazırki dövrə 1950,00 manat müəyyən olunur. Həmin xırdabuynuzlu heyvanların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 1) 1 yaşında 50 kq çəkidə boğaz qoyun 1 baş, hazırki dövrə olan qiyməti 350 manat, 2022-ci ilin mart ayına olan qiyməti 300 manat; 2) 2 yaşında 50 kq çəkidə boğaz qoyun 1 baş, hazırki dövrə olan qiyməti 350 manat, 2022-ci ilin mart ayına olan qiyməti 300 manat; 3) 50 kq çəkidə boğaz qoyun 2 baş, hazırki dövrə olan qiyməti 350 manat, 2022-ci ilin mart ayına olan qiyməti 300 manat; 4) 1 yaşında 50 kq çəkidə qoyun 1 baş, hazırki dövrə olan qiyməti 300 manat, 2022-ci ilin mart ayına olan qiyməti 250 manat; 5) 2 yaşında 50 kq çəkidə qoyun 1 baş, hazırki dövrə olan qiyməti 300 manat, 2022-ci ilin mart ayına olan qiyməti 250 manat; 6) 50 kq çəkidə qoyun 2 baş, hazırki dövrə olan qiyməti 300 manat, 2022-ci ilin mart ayına olan qiyməti 250 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 29 dekabr 2022-ci il tarixli, 9/8419 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, 2021-ci ilin dekabr ayında tərəflər arasında əldə olunmuş razılıq əsasında İddiaçı öz 70 baş qoyununu Cavabdeh qoyunlarına qatmaqla ümumi qoyunları cavabdehin örüş sahələrində otarmış, cavabdeh isə bunun müqabilində iddiaçını qalmaq üçün yer, siqaret və yeməklə təmin etmişdir. 2022-ci ilin fevral ayında qoyun sürüsü örüş yerinin bir sahəsindən digər sahəsinə keçərkən qoyunların bir hissəsi kanala düşmüş və nəticədə İddiaçı Rafiq oğluna məxsus bir qoyun və Cavabdeh məxsus dörd qoyun kanalda ölmüşlər. Cavabdeh ona məxsus ölən 4 qoyunun ikisini İddiaçı bağışladığını qeyd edərək, digər 2 qoyunu tələb etmiş, lakin İddiaçı həmin qoyunların ölümünə görə məsuliyyət daşımadığını bildirərək, bundan imtina etmiş və 70 qoyununu da götürüb gedəcəyini söyləmişdir. Nəticədə 01 mart 2022-ci il tarixdə Cavabdeh İddiaçı razılığı olmadan ölən 4 baş qoyunun əvəzində iddiaçıya məxsus 4 baş boğaz ana qoyunu seçərək götürmüş və öz qoyun sürüsünə qatmışdır. İddiaçının həmin 4 baş qoyunu geri qaytarması tələbinə baxmayaraq cavabdeh həmin qoyunları və ya onların dəyərini İddiaçı qaytarmamışdır. «Sultan” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 708 nömrəli arayışı ilə Balakən rayonu mal bazarında 03 aprel 2022-ci il tarixində bir ədəd qoyunun qiymətinin təxminən 210-230 manat arası olması qeyd edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 9/8419 saylı rəyi ilə isə mübahisəli hüquq münasibətlərinin yarandığı 2022-ci ilin mart ayına 1 ədəd 1 yaşında 50 kq çəkidə boğaz qoyunun qiymətinin 300 manat, 1 ədəd 2 yaşında 50 kq çəkidə boğaz qoyunun qiymətinin 300 manat və 2 ədəd 50 kq çəkidə boğaz qoyunun qiymətinin 300 manat olması göstərilmişdir. Göründüyü kimi həmin qoyunların məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 9/8419 saylı rəyində qeyd olunan qiyməti «Sultan” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 708 nömrəli arayışında olan qiymətdən daha yüksəkdir. Faktiki olaraq İddiaçı tələb etdiyi 4 qoyunun «Sultan” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 708 nömrəli arayışındə göstərilən orta qiymətini, yəni hər bir qoyunun qiyməti 220 manat olmaqla 4 qoyun üçün 880 manat tələb edir ki, bu da ağlabatan və ədalətlidir. Belə ki, iddiaçı dəyərini tələb etdiyi həmin 4 ədəd qoyunun boğaz olduğunu bildirdiyi halda, cavabdeh həmin qoyunların boğaz olmadığını bildirmişdir. «Sultan” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 708 nömrəli arayışı ilə də Balakən rayonu mal bazarında bir ədəd qoyunun 210-230 manat arası orta qiymətinin 220 manat olması göstərilmiş, bu zaman qiyməti qeyd edilən qoyunun boğaz və ya qısır olması qeyd edilməmişdir. İddiaçı Rafiq oğlu da məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 9/8419 saylı rəyi əsasında daha yüksək məbləğdə ziyan deyil, məhz «Sultan” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 708 nömrəli arayışına istinad etməklə qoyunun biri üçün həmin arayışda göstərilən orta dəyər-220 manat olmaqla, 4 ədəd qoyun üçün 880 manat həcmində ziyan tələb edir. Ona görə də məhkəmə bu iddia tələbini işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli tələb hesab edir. Məhkəmə işin faktoloji hallarına uyğun belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı Rafiq oğlunun 4 ədəd qoyununu onun razılığı olmadan ondan götürməklə İddiaçı həmin qoyunlara mülkiyyət hüquqlarını pozmuş və iddiaçının hesabına heç bir qanuni əsas və müqavilə əsası olmadan 880 manat məbləğində əsassız varlanmışdır. Ona görə də ədalət prinsipi tələb edir ki, həmin 4 ədəd qoyunun dəyərini təşkil edən 880 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bu xüsusda məhkəmə Cavabdeh həmin qoyunların İddiaçı tərəfindən razılıq əsasında onun verilməsi barədə iddia tələbinə etirazına hüquqi qiymət verərək, hesab edir ki, həmin etiraz əsassızdır və iddia tələbinə etirazın əsaslandırıldığı halın mövcudluğu kimi qəbul oluna bilməz. Belə ki, sözügedən qoyunların iddiaçının razılığı əsasında cavabdehə verilməsi Cavabdeh Balakən RPŞ-yə verdiyi izahatı ilə tam təkzib olunur. Belə ki, həmin izahatında Cavabdeh bu vəziyyətdə həmin ölən qoyunlardan ikisini ona bağışladığını, lakin iki baş qoyunu geriyə istədiyini, bunu təklif etdikdə Elnurun ona heç nə demədiyini, 2 gündən sonra Elnurun ondan ölən qoyunların ziyanını nəyə görə ödəməli olmasını, onun nə xeyrinin nə olmasını soruşduğunu, onun ancaq 2-sinin dəymiş maddi ziyanı ödəməli olmasını edə biləcəyini bildirdiyini, Elnurun ona əgər belədirsə onun özünün 70 baş qoyununu seçib gedəcyini dediyini, ona onunla müqaviləsini pozduğunu, kişi kimi sözünə əməl etmədiyini bildirdiyini, əgər gedirsə onu məcburi saxlaya bilmədiyini, 4 baş qoyununu qoyub gedə biləcəyini, 4 baş qoyunu özünün seçib qoyub getməsini dediyini, Elnurun qoyunları seçməyəcəyini bildirdiyini, bundan sonra onun Elnurun 70 baş qoyununun içindən 4 baş qoyun seçib öz sürünə qatdığını göstərmişdir. Bu izahatdan açıq-aydın görünür ki, Elnur özünə məxsus həmin 4 baş qoyunu seçməmiş və razılıq əsasında Cavabdeh verməmiş, əksinə Cavabdeh İddiaçı razılığı olmadan onun 4 baş qoyunu seçib öz sürüsünə qatmışdır. Cavabdeh bu halı məhkəmədə verdiyi izahatında da dolayısı ilə təsdiq etmişdir. Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X7 rayonu Gərəkli kənd sakini İddiaçı xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-yə ünvanladığı ərizəsinə dair xx.xx.2022-ci il tarixli arayışında da araşdırma zamanı izahatı alınmış X1 öz izahatında onun qoyunları İddiaçı özünün iştirakı ilə ölmüş olan 4 baş qoyununun yerinə Elnurun 4 baş qoyununu öz sürüsünə qatdığını qeyd etdiyini bildirmişdir. Cavabdeh İddiaçı razılığı və icazəsi olmadan onun 4 baş qoyununu seçib öz sürüsünə qatması, bununla da İddiaçı maddi ziyan vurması və onun hesabına əsassız varlanması İddiaçı izahatı ilə də təsdiq olunur. Məhkəmə eyni zamanda cavabdehin şahidləri qismində məhkəmədə dindirilmiş Şahid2 və Şahid1 ifadələrini də cavabdehin iddia tələbinə etirazını əsaslandırdığı halları təsdiq edən mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, həmin şahidlər Rasulun Elnura ölən qoyunların ikisini ona bağışladığını, lakin 2 baş qoyunu geriyə istədiyini söylədiyini, Elnurun da sabahı 70 baş qoyunlarını seçib gedəcəyini Rasula bildirdiyini, həmçinin Rasulun qoyunları geri istədiyi zaman Elnurun bir baş qoyunu özü tutmasını, 3 baş qoyunu da tutması üçün göstərməsini, Elnurun bu qoyunları öz əli ilə verməsini göstərməklə ziddiyyətli ifadələr vermişlər. Belə ki, əgər Rasulun iki qoyunu Elnura bağışladığı, 2 baş qoyunu isə Elnurdan istədiyi halda Elnurun 4 baş qoyunu Rasula verməsi ağlabatan və inandırıcı görünmür. X10 4 qoyunu seçib ona verməsi təklifi ilə razılaşıb, öz əli ilə 4 qoyunu Rasula verdiyi halda, yəni tərəflər arasında razılıq olduğu halda bundan sonra Elnurun öz 70 baş qoyununu seçib getməsi yenə də ağlabatan və inandırıcı görünmür və iş materialları ilə təsdiq olunmur. Belə ki, qeyd edildiyi kimi Cavabdeh İddiaçı 4 ədəd qoyununu Elnurun razılığı olmadan 4 baş ölən qoyunların əvəzinə götürüb öz sürüsünə qatması Cavabdeh polis şöbəsində verdiyi izahatı, Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Qiya Musayevin xx.xx.2022-ci il tarixli arayışı və İddiaçı izahatı ilə tam təsdiq olunur. Bundan başqa, Çaxiyev X3 RPŞ-də verdiyi izahatında İddiaçı qoyunlarını öz sürüsünə qatdığı zaman Şahid2 və Şahid1 01 mart 2022-ci il tarixdə fermada olmasını və bunun şahidi olmalarını bildirməmiş, onların dindirilməsi barədə təhqiqatçıya vəsatət verməmiş və həmin şəxslər polisdə dindirilməmişlər. Digər tərəfdən iş materiallarından görünür ki, Şahid2 Cavabdeh fermasında çoban işləyir, Şahid1 məhkəmədə verdiyi izahata görə o, Cavabdehlə dostdur və Rasulun fermasında tez-tez olur. Bu xüsusatlar fonunda Şahid2 və Şahid1 01 mart 2022-ci il tarixdə hadisə yerində olması və onların ifadələrinin həqiqəti əks etdirməsi böyük şübhə doğurur, onların ifadələrində göstərdiyi hallar iş materialları ilə təsdiqini tapmır. Ona görə də məhkəmə həmin şahidlərin ifadələrini iddia tələbinə etirazın əsaslandırdığı halları təsdiq edən mötəbər sübutlar kimi qəbul etmir. İş üzrə Cavabdeh tərəfindən də 4 baş qoyunun İddiaçı razılığı ilə ona vurulmuş ziyanın əvəzi olaraq İddiaçı tərəfindən ona verilməsini və həmin qoyunların qısır olmasını, onun İddiaçı 880 manat məbləğində maddi ziyan vurmamasını və onun hesabına həmin məbləğdə əsassız varlanmamasını, yəni iddia tələbinə etirazın əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Habuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə cavabdehin üzərinə düşür. İş materiallarından görünür ki, Cavabdeh 4 baş qoyunu İddiaçı onun razılığı olmadan alan zaman cavabdehin hərəkətlərində Mülki Məcəllənin 562-ci maddəsində nəzərdə tutulmuş ləngitmək hüququnun həyata keçirilməsi, Mülki Məcəllənin 563-cü maddəsində nəzərdə tutulmuş zəruri müdafiə, Mülki Məcəllənin 564-cü maddəsində nəzərdə tutulmuş sonr zərurət və Mülki Məcəllənin 565-ci maddəsində nəzərdə tutulmuş özünəyardım halları olmamışdır. Belə ki, Cavabdeh İddiaçı oğlna qarşı Mülki Məcəlləyə və ya müqaviləyə görə hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi olmamış, hadisə vaxtı cavabdehin özünə və ya digər şəxslərə qarşı hüquqazidd real həmlənin dəf olunması üçün zərurət olmamış, işdə cavabdehin iddiaçının yaratdığı təhlükə vəziyyətində başqa vasitələrlə qarşısını ala bilməyən real təhlükənin qarşısını almaq üçün qarşısı alınmış təhlükəyə nisbətən daha az ziyan vurulması halı olmamış, həmçinin özünəyardımın qanunda nəzərdə tutulmuş şərtləri mövcud olmamsışdır. Eyni zamanda məhkəmə iş materiallarına əsasən qeyd edir ki, tərəflər arasında bağlanmış hər hansı müqaviləyə (podrat müqaviləsi və sair) və ya öhdəliklərin əmələ gəlməsinin gigər əsaslarına uyğun olaraq İddiaçı Cavabdeh ziyan vurduğu təqdirdə cavabdeh iddiaçıdan həmin ziyanı qanunda nəzərdə tutulmuş qaydada, o cümlədən məhkəmə qaydasında tələb edə bilərdi. Cavabdeh isə qanunda nəzərdə tutulmuş hüquqdan qanunda nəzərdə tutulmuş qaydada və şərtlər daxilində istifadə etmək əvəzinə hüquqdan sui-istifadə etmişdir ki, bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2-ci maddəsinə əsasən hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: 560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X2 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İsan Hüquqları Üzrə Avropa Məhkəməsi (Avropa Məhkəməsi) əmlakdan istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə Marks Belçikaya qarşı işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almışdır. Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40 və 41-ci bəndlərində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxil qanunvericilikdə formal təsnifatdan asılı deyil:əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət» in təşkil olunması üçnü kifayət qədər əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilomiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılırki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh İddiaçı daşınar əşyalar üzərində mülkiyyət hüquqlarına müdaxilə etməklə 880 manat dəyərində onun hesabına əsassız varlanmış və iddiaçıya həmin məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də həmin 880 manat pul cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını və şahidlərin ifadələrini dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4 ədəd qoyunun dəyəri olan 880 manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Həmçinin iddia təmin edildiyi üçün Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəmsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin; Cavabdeh 4 ədəd qoyunun dəyəri olan 880 manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar