Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-559/2024 06.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ərizəçi Mehdiyeva (Niyazova) Gülər Məmməd qızı ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023-00894 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə ərizə verərək ərizəçi Mehdiyeva (Niyazova) Gülər Məmməd qızı ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023-00894 saylı barışıq sazişinin aliment tələbinə və cehiz əşyalarının qaytarılması tələbinə dair hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs2 ilə xx.xx.2021-ci il tarixdə nikahlarını Balakən rayon “Asan Xidmət” Mərkəzində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2020-ci ildə Ayxan adlı oğlu doğulmuşdur. Maraqlı şəxs2 ilə bir müddət mehriban yaşasalar da, daha sonra aralarında olan münasibətlər pozulmağa başlamış, xasiyyətləri uyğun gəlmədiyindən, fikir ayrılıqları olduğundan ayrılmışlar. Maraqlı şəxs2 ilə nikahın pozulması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmişdir. Maraqlı şəxs2 ilə aralarında barışıq sazişi bağlanmışdır. Belə ki, onlar nikahın pozulmasına, uşaqların onun himayəsində saxlanmasına, hər ay 160 manat alimentin ödənilməsinə, şənbə və bazar günləri uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə, cehiz əşyalarının qaytarılmasına razılaşmışlar. Buna görə də tərəflər arasında barışıq sazişi tərtib edilmişdir.xx.xx.2023-cü il tarixli Barışıq Sazişində göstərilmişdir ki; 1.Tərəflər Mediasiya sessiyası zamanı tam Mediasiya sessiyasına keçərək mübahisə predmeti üzrə bu şərtlərlə razılaşdılar ki; 2.nikahın pozulması-X7 və Maraqlı şəxs2 nikahın pozulmasına hər iki tərəf razılaşdı. 3.uşağın himayəsi-Birgə nikahdan dünyaya gələn övladın himayəsinin anası X4 verilməsinə hər iki tərəf razılaşdı. 4.aliment tələbi-hər iki tərəflər X7 və Maraqlı şəxs2 aliment tələbində razılaşaraq hər ay 160 azn aliment ödəməyə Maraqlı şəxs2 razılaşdı. 5.Atayla ünsiyyət-Atayla ünsiyyət həftənin şənbə və bazar günü saat 10:00-dan 17:00- dək olmağına hər iki tərəf razılaşdı.(saat hər iki günə aiddir). 5.Cehiz tələbi-cehiz əşyalarının qaytarılmasında birinci tərəf ikinci tərəf mediasiya sessiyasında razılaşdılar ki, hər iki tərəf cehiz tələbi mübahisədə heç bir narazılıq etməyəcəkdir və cehizin qaytarılmasına etiraz etmirlər. Lakin, Maraqlı şəxs2 barışıq sazişinin şərtlərini tam olaraq pozur və xx.xx.2020-ci il təvəllüdlü X8 üçün nəzərdə tutulan aliment məbləğinin, yəni hər ay 160 AZN məbləğin Ərizəçi ödənilməsini, cehiz əşyalarının qaytarılmasını təmin etməkdən imtina etdiyini bildirmişdir. Maraqlı şəxs2 barışıq sazişi bağlandığı vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər- Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslər- Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü ul tarixli e-2(019)-651/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı X7 ilə cavabdeh Maraqlı şəxs2 arasında bağlanmış,xx.xx.2021-ci il tarixdə Balakən “Asan Xidmət” X5 264 nömrə ilə qeydə alınmış nikahın pozulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X3 dövlət rüsumu olaraq ödədiyi 50 manat məhkəmə xərcinin cavabdeh Maraqlı şəxs2 alınıb iddiaçı X4 verilməsi, tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən iddiaçı X2 20 (iyirmi) manat dövlət rüsumunun alınması, cavabdeh Maraqlı şəxs2 həmin dövlət rüsumunu ödəməkdən azad edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 avqust 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 492911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə anadan olmuş, atası Maraqlı şəxs2, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 455484 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə X7 arasındakı nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 12 ayının 05 günündə 103 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki; 1.Tərəflər Mediasiya sessiyası zamanı tam Mediasiya sessiyasına keçərək mübahisə predmeti üzrə bu şərtlərlə razılaşdılar ki; 2.nikahın pozulması-X7 və Maraqlı şəxs2 nikahın pozulmasına hər iki tərəf razılaşdı. 3.uşağın himayəsi-Birgə nikahdan dünyaya gələn övladın himayəsinin anası X4 verilməsinə hər iki tərəf razılaşdı. 4.aliment tələbi-hər iki tərəflər X7 və Maraqlı şəxs2 aliment tələbində razılaşaraq hər ay 160 azn aliment ödəməyə Maraqlı şəxs2 razılaşdı. 5.Atayla ünsiyyət-Atayla ünsiyyət həftənin şənbə və bazar günü saat 10:00-dan 17:00dək olmağına hər iki tərəf razılaşdı .(saat hər iki günə aiddir). 5.Cehiz tələbi-cehiz əşyalarının qaytarılmasında birinci tərəf ikinci tərəf mediasiya sessiyasında razılaşdılar ki, hər iki tərəf cehiz tələbi mübahisədə heç bir narazılıq etməyəcəkdir və cehizin qaytarılmasına etiraz etmirlər. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs2 ilə nikahlarını xx.xx.2021-ci ildə Balakən rayon “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsində 264 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə X8 adında bir uşaqları olmuşdur. Nikahın pozulması ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs2 ilə hər ay 160 manat sabit pul məbləğində aliment ödənilməsi və cehiz əşyalarının qaytarılması ilə bağlı razılığa gəlmişlər və bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs2 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X7 ilə Maraqlı şəxs2 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli barışıq sazişi, ərizəçi X7 ilə Maraqlı şəxs2 birgə nikahından xx.xx.2020-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs2 hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment tutularaq X9 ödənilməsinə və cehiz əşyalarının qaytarılmasına aid hissədə təsdiq olunmalı, alimentin tutulması ,barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi X7 ilə Maraqlı şəxs2 arasında bağlanmış, xx.xx.2023-cü il tarixli barışıq sazişi, ərizəçi X7 ilə Maraqlı şəxs2 birgə nikahından xx.xx.2020-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs2 hər ay 160 (bir yüz altmış) manat məbləğində aliment tutularaq X4 ödənilməsinə və cehiz əşyalarının qaytarılmasına aid hissədə təsdiq olunsun. Alimentin tutulması, barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-559/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-559/2024
06.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver