Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-583/2024 15.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, ərizəçi Nürəddinova (Qasımova) Leyla Vüqar qızının və Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə nikahlarını 2017-ci ilin oktyabr ayında rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahlarından uşaqları olmamışdır. X2 pozulmuşdur. Evləndiyi ilk vaxtlarda Maraqlı şəxs1 ilə münasibətləri yaxşı olmuşdur. Lakin sonralar uzun müddət övladları olmadığına görə aralarında mübahisələr yaranmışdır. 2023-cü ilin noyabr ayının 26-da o, Maraqlı şəxs1 ilə birgə yaşadıqları evdən çıxaraq valideynlərinin yanına gəlmişdir. Nikahın pozulması və qızıl tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində cavabdeh 4000 manatlıq qızılı ona almağa razılaşmışdır. Bu barədə barışıq sazişi bağlamışlar. Lakin cavabdeh həmin barışıq sazişini aprel ayının 25-dək icra edəcəyini bildirməsinə baxmayaraq hələ də icra etməmişdir. Onunla əlaqə saxladığında icra etməyəcəyini bildirmişdir Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs1 izahatında göstərdi ki, o, 2017-ci ildə rəsmi nikah bağlamaqla Ərizəçi ilə evlənmişdir. Aralarında baş vermiş narazılıqla əlaqədar ondan ayrılmışdır. Onlar ayrılarkən iddiaçı nikahın pozulması və qızıl tələbi ilə bağlı Mediasiya müraciət etmişdir. Aralarında olan nikah pozulmuşdur. Mediasiya prosesində o, 4000 manat məbləğində qızılı alıb iddiaçıya verməsi razılığına gəlmiş və bu barədə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin o, barışıq sazişini icra edə bilmir. Barışıq sazişində göstərilən 4000 manat pulu iddiasıya hissə-hissə,hər ay 70- 100 manat olmaqla ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxs- Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 461178 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ilə X5 arasındakı nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin aprel ayının 04 günündə 07 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Barışıq Sazişindən göstərilir ki; Tərəflər Mediasiya sessiyasında iştirak etdilər, sazişin nəticələri: 1.nikahın pozulması-tərəflər Maraqlı şəxs1 və X5 aralarında bağlanılmış Azərbaycan Respublikası Balakən rayonu Kortala kənd icra nümayəndəliyi 29 fevral 2024-cü il AZ- TN063426 qeydə alınmış nikahın pozulmasına hər iki tərəf razılaşdılar. 2.Qızıl tələbi-Tərəflər Maraqlı şəxs1 və X5 , toy zamanı X3 məxsus alınmış 4000 azn (dörd min manat) dəyərində olan qızılları Maraqlı şəxs1 X3 qaytarmağa razılaşdı. Razılaşmanın şərtləri: -Tərəf Maraqlı şəxs1 4000 azn (dörd min manat) dəyərində X4 istədikləri qızıl mağazasına apararaq 4000 azn (dörd min manat) dəyərində qızıl alacaq. -Razılaşmanın müddətini tərəflər 25 aprel 2024-cü il tarixədək icra edəcəklər. -Tərəflər sazişi icra etmədikdə tərəf X5 məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə Ərizəçi və Maraqlı şəxs1 izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi Nürəddinova (Qasımova)Leyla Vüqar qızı Maraqlı şəxs1 ilə nikahlarını 2017-ci ilin oktyabr ayında rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından uşaqları olmamışdır. Nikahın pozulması və qızıl tələbi ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs1 ilə 4000 manat dəyərində qızıl əşyalarının alınıb 25 aprel 2024-cü il tarixədək Ərizəçi verilməsi ilə bağlı razılığa gəlmişlər və bu barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, qızıl əşyalarını qaytarmağıdından ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs1 və X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edildiyindən Ərizəçi ödədiyi 100 manat dövlət rüsumu xərci Maraqlı şəxs1 tutulub Ərizəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq olunsun. 100 manat dövlət rüsumu xərci Maraqlı şəxs1 tutulub Ərizəçi ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-583/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-583/2024
15.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver