Məhkəmə qərarları › İş №e-2(019)-587/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-587/2024

08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-587/2024 08.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə* iştirakı ilə, Ərizəçi atasının ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, atası-07.07.*967-ci il tarixdə doğulmuş X5 09.04.20*5-ci il tarixdə Balakən rayonunun Qullar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*992-ci il tarixdə Balakən rayonu Qullar kəndində doğulmuşdur və həmin kənddə yaşayır. Onun atası 07.07.*967-ci il tarixdə doğulmuş Balakən rayonu Qullar kənd sakini X*3, anası isə 23.06.*970-ci il tarixdə doğulmuş Balakən rayonu Qullar kənd sakini X3r. Onun atası X*3 09.04.20*5-ci il tarixdə, anası X6 isə 20.09.*998-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onlardan müəyyən əmlak miras qalmışdır. Həmin miras əmlaka dair vərəsəliyin açılması ilə bağlı notariat kontoruna müraciət etmək istəyir. Lakin onun atası İlqar Motuxovun ölüm şəhadətnaməsi olmadığından bu hərəkəti edə bilmir. Atası İlqar 09.04.20*5-ci il tarixdə Balakən rayonu Qullar kəndində vəfat etmiş və Qullar kənd qəbristanlığında dəfn edilmişdir. Lakin atası vəfat etdikdən sonra onun adına ölüm şəhadətnaməsi alınmamışdır. Atasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxs*nə müraciət etmiş, Qeydiyyat Şöbəsinə atasının ölümünün qeydə alınması üçün lazımi sənədləri təqdim edə bilmədiyindən ona atasının ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamə verilməsindən imtina edilmişdir. Atasının ölüm faktını təsdiq edən şəhadətnaməni başqa orqanlardan almaq mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyən edilir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə* ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Maraqlı şəxs* məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki ilə Maraqlı şəxs* nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X8 ifadələrində X5 Ərizəçi atası olduğunu, X5 09.04.20*5-ci il tarixdə Balakən rayonunun Qullar kəndində xəstəlikdən öldüyünü və Balakən rayonu Qullar kənd qəbristanlığında dəfn olunduğunu, onların İlqar Motuxovun hüzn məclisində iştirak etdiyini bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs* tərəfindən 26 aprel 2024-cü il tarixdə verilmiş 05/69-*52 nömrəli arayışdan görünür ki, xx xxxx *992-ci ildə Balakən rayonu Qullar kəndində X* doğulmuş X9 atası X*3 hesab edilmişdir. Bu barədə 22 oktyabr *992-ci il tarixdə Balakəni rayonu Qullar kənd icra nümayəndəliyində 09 № ilə atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Atalıq müəyyən edildikdən sonra vətəndaşın soyadı Motuxov, adı Təbriz, atasının adı İlqar oğlu olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs* tərəfindən 26 aprel 2024-cü il tarixdə verilmiş 05/69-*5* nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxx *992-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuşdur. Bu barədə 22 oktyabr *992-ci il tarixdə Balakən rayon Qullar kənd icra nümayəndəliyində *28 № ilə doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası:X*3, anası: X*0. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs* tərəfindən 26 aprel 2024-cü il tarixdə verilmiş 05/69-*53 nömrəli arayışdan görünür ki, 07.07.*967-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndlaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd icra nümayəndəliyi tərəfindən *6 aprel 2024-cü il tarixdə verilmiş AZ-İİ 350554 nömrəli ölüm haqqında şəhadətnamədən gjörünür ki, X7 20.09.*998-ci il tarixdə ürək damar çatızmazlığından vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs* tərəfindən Balakən rayonu Qullar kəndində yaşayan Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-*6-628-M- *5-359/2024 nömrəli məktubda göstərilmişdir ki, Maraqlı şəxs*nə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən dediyinə görə 09.04.20*5-ci il tarixdə vəfat etmiş atası X5 şöbələrində ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin ona təqdim edilməsi mümküni deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93,*94-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumati verən şəxsin seçdiy, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, Konsulluq idarəsi, və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən 09.04.20*5-ci il tarixdə vəfat etmiş atası X5 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 320 nömrəli arayışdan görünür ki, mərhum X*3 həqiqətən 09.04.20*5-ci il tarixində vəfat etmiş və Qullar kənd qəbirstanlığında (Nastakallar) dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş «Balakən rayon Mərkəzi Xəstəxanası» X*9 * may 2024-cü il tarixli, *8-*-27/2-292/2024 nömrəli məktubunda göstərilmişdir ki, Balakən rayonu Qullar sakini olmuş X5 09.04.20*5-ci il tarixdə ölümü «Balakən rayon Mərkəzi Xəstəxanası» X20 qeydə alınmamışdır. Onun ölümündən 9 il keçdiyini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin *00 saylı əmri ilə təsdiq edilmiş «Ölüm haqqında Tibbi şəhadətnamə (AZS*06) üçün təlimat»a əsaslanaraq X** ölüm haqqında tibbi şəhadətnamə yaza bilmirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-736 KOD 40*070*8 olan Torpağa Mülkiyyət Hüququna X24 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel *998-ci il tarixli 05 saylı qərarı ilə X5, X2 və X9 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qullar kəndində 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün *00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.*992-ci il tarixdə Balakən rayonu Qullar kəndində doğulmuşdur və həmin kənddə yaşayır. Ərizəçinin atası 07.07.*967-ci il tarixdə doğulmuş Balakən rayonu Qullar kənd sakini X*3, anası isə 23.06.*970-ci il tarixdə doğulmuş Balakən rayonu Qullar kənd sakini X3r. Ərizəçinin atası X*3 09.04.20*5-ci il tarixdə, anası X6 isə 20.09.*998-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onlardan müəyyən əmlak miras qalmışdır. Ərizəçi həmin miras əmlaka dair vərəsəliyin açılması ilə bağlı notariat kontoruna müraciət etmək istəyir. Lakin ərizəçinin atası İlqar Motuxovun ölüm şəhadətnaməsi olmadığından bu hərəkəti edə bilmir. Ərizəçinin atası 09.04.20*5-ci il tarixdə Balakən rayonu Qullar kəndində vəfat etmiş və Qullar kənd qəbristanlığında dəfn edilmişdir. Lakin ərizəçinin atası vəfat etdikdən sonra onun adına ölüm şəhadətnaməsi alınmamışdır. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxs*nə müraciət etmiş, Qeydiyyat Şöbəsinə atasının ölümünün qeydə alınması üçün lazımi sənədləri təqdim edə bilmədiyindən ona atasının ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi həmçinin Balakən rayon X*2 Hüquqi Şəxsindən atasının ölümü barədə şəhadətnamə ala bilməmişdir. Ərizəçi atasının ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə mərhum atasından qalmış mirasa vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və hazırki ərizə ilə bağlı *00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, ərizəçinin atası X5 ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Nümayəndəsi-vəkili vasitəsilə ərizəçi tərəfindən atası X** aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X26 "Balakən rayon Mərkəzi Xəstəxanasi" X22 müraciət edilmiş, lakin Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X26 "Balakən rayon Mərkəzi Xəstəxanasi" X25 tərəfindən ərizəçinin mərhum atasına ölüm şəhadətnaməsi verilməmişdir. Bununla da Ərizəçi tərəfindən ölmüş atası X** aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin atasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi atası- 07.07.*967-ci il tarixdə doğulmuş X5 09.04.20*5-ci il tarixdə Balakən rayonunun Qullar kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi atası- 07.07.*967-ci il tarixdə doğulmuş X5 09.04.20*5-ci il tarixdə Balakən rayonunun Qullar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar