Məhkəmə qərarları › İş №e-2(019)-593/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-593/2024

20.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-593/2024 20.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Maraqlı şəxs1 və mediator Maraqlı şəxs2 maraqlı şəxs kimi göstərilməklə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1 ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahlarından 18 iyun 2011-ci il tarixdə doğulmuş qızı X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş oğlu X5 baxılması üçün hər ay iki uşaq üçün 300 manat alimentin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəni xx.xx.2022-ci il tarixdən başlyaraq birgə nikahlarından 18 iyun 2011-ci il tarixdə doğulmuş qızı X3 və 10 aprel 2019-cu il tarixdə doğulmuş oğlu X5 baxılması üçün hər ay iki uşaq üçün 300 manat alimentin ona verilməsi tələbi hissəsində azaldaraq yalnız Maraqlı şəxs1 ilə Ərizəçi birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 AZN olmaqla hər ay cəmi 300 AZN alimentin Maraqlı şəxs1 tərəfindən Ərizəçi xeyrinə hər ayın 1-dən 10-dək Kapital Bank kart nömrəsi **********098132 olan karta nəğdsiz olaraq ödənilməsi hissəsində Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2906 nömrəli barışıq sazişinin təsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizəçinin tələbinin azaldılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi cavabdeh Maraqlı şəxs1 Firudun oğlu ilə 2010-cu ilin oktyabr ayının 30-da el adə ilə evlənmiş, nikahlarını 16 iyun 2011-ci il tarixdə Balakən Qeydiyyat Şöbəsində128 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 18 iyun 2011-ci il tarixdə qızı X6 və xx.xx.2019-cü il tarixdə oğlu X8 dünyaya gəlmişlər. Evləndikləri ilk vaxtlardan cavabdehlə ailə münasibəti normal olmudır. Aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Belə ki, Emil onun və ailə üzvlərinin adına kredit və digər borclar götürərək onları borclandırmışdır. Bu son vaxtlar ailə münasibətlərinə təsir etmişdir. Onunla əsassız mübahisələr etmiş, ailədaxili münaqişələri yaranmış, ona həmişə maddiyata görə davranışlar etmişdir. Hal-hazırda Maraqlı şəxs1 ilə ayrı yaşayırlar, ailə münasibətləri formal xarakter daşıyır. Birlikdə bir ailə kimi yaşamaları qeyri-mümkündür. Nikahın pozulması üçün ayrı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Uşaqların himayəsi, atayla ünsiyyət və aliment tələbi ilə bağlı mediatora müraciət etmişlər. Mediasiya prosesində Maraqlı şəxs1 Firudun oğlu iştirak etmiş,nikahın pozulmasına, birgə nikahdan olan uşaqların onun himayəsində qalmasına və hər uşaq üçün 150 manat -cəmi 300 manat alimentin ona ödənilməsinə razılaşmışdır. O, cavabdehin hər həftənin şənbə günü saat 10:00-dan 15:00-dək birgə nikahdan olan uşaqlarla görüşməsinə razılaşmışdır. Bu barədə müvafiq protokol və barışıq sazişi bağlamışlar. Tam mediasiya prosesinin aparılması üçün 150 manat mediasiya rüsumu ödəmişdir. Maraqlı şəxs1 müəyyən müddət alimenti ödəmiş, lakin son iki ayda alimenti ödəməmiş, alimenti istədikdə, ödəməyəcəyini bildirmişdir. Maraqlı şəxs1 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi azaldılmış tələb hissəsində ərizəsini müdafiə edrək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və mediator Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan AZ-İİ 717763 №-li və AZ-İV 277462 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahından 18 iyul 2011-ci il tarixdə X6 və 10 aprel 2019-cu il tarixdə X8 doğulmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2 (019)-174/2024 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 arasında 16 iyun 2011-ci il tarixdə 128 nömrə ilə Balakən rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuş, cavabdeh Maraqlı şəxs1 100 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir. İşdə olan Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli 2906 nömrəli barışıq sazişindən görünür ki, tərəflər:Ərizəçi və Maraqlı şəxs1 Balakən rayon Qeydiyyat Şöbəsində 16 iyun 2011-ci ildə qeydə alınmış nikahın pozulmasına, birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 himayəsinin ana Ərizəçi verilməsinə, aliment tələbi ilə bağlı birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 yaşayışı üçün nəzərdə tutulmuş aliment məbləğinin hər ay hər uşaq üçün 150 AZN, toplam 300 AZN-in hər ayın 1-dən 10-dək Kapital bank kart nömrəsi **********098132 qeyd olunmuş karta nəğdsiz olaraq ödənilməsinə, atayla ünsiyyətlə bağlı birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 atayla ünsiyyət hüququnun təmin olunmasına hər həftə şənbə günü saat 10.00-dan 15.00-dək görüşünün təmin olunmasına razılaşmışlar. İşdə olan xx.xx.2023-cü il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, tərəflər arasında mediasiya prosesinə xitam verimliş, Ərizəçi İMS üçün 50 manat və TMS üçün 150 manat cəmi 200 manat mediasiya xərci ödəmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə 2010-cu ilin oktyabr ayının 30-da evlənmiş, onların nikahı 16 iyun 2011-ci il tarixdə Balakən Qeydiyyat Şöbəsində128 nömrə ilə qeydə alınmışdır. Ərizəçi və Maraqlı şəxs1 birgə nikahından 18 iyun 2011-ci il tarixdə X6 və 10 aprel 2019-cü il tarixdə X8 adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2 (019)-174/2024 nömrəli qətnaməsi ilə iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 arasında 16 iyun 2011-ci il tarixdə 128 nömrə ilə Balakən rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiyada xx.xx.2023-cü il tarixli 2906 nömrəli barışıq sazişi bağlanmış, həmin barışıq sazişi ilə tərəflər:Ərizəçi və Maraqlı şəxs1 Balakən rayon Qeydiyyat Şöbəsində 16 iyun 2011-ci ildə qeydə alınmış nikahın pozulmasına, birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 himayəsinin ana Ərizəçi verilməsinə, aliment tələbi ilə bağlı birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 yaşayışı üçün nəzərdə tutulmuş aliment məbləğinin hər ay hər uşaq üçün 150 AZN, toplam 300 AZN-in hər ayın 1-dən 10-dək Kapital bank kart nömrəsi **********098132 qeyd olunmuş karta nəğdsiz olaraq ödənilməsinə, atayla ünsiyyətlə bağlı birgə nikahdan xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 atayla ünsiyyət hüququnun təmin olunmasına hər həftə şənbə günü saat 10.00-dan 15.00-dək görüşünün təmin olunmasına razılaşmışlar. Birgə nikahdan 18 iyun 2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cü il tarixdə doğulmuş X8 ərizəçi X2 himayəsindədir. Aralarında barışıq sazişinin bağlanmasına baxmayaraq Maraqlı şəxs1 barışıq sazişinin alimentin ödənilməsi hissəsinə dair şərtlərini icra etmir, xx.xx.2011-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün Ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişində nəzərdə tutulmuş alimenti ödəmir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Maraqlı şəxs1 ilə Ərizəçi birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 AZN olmaqla hər ay cəmi 300 AZN alimentin Maraqlı şəxs1 tərəfindən Ərizəçi xeyrinə hər ayın 1-dən 10-dək Kapital Bank kart nömrəsi **********098132 olan karta nəğdsiz olaraq ödənilməsi hissəsində Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli 2906 nömrəli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmadığından ərizə təmin edilməli, Maraqlı şəxs1 ilə Ərizəçi birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 AZN olmaqla hər ay cəmi 300 AZN alimentin Maraqlı şəxs1 tərəfindən Ərizəçi xeyrinə hər ayın 1-dən 10-dək Kapital Bank kart nömrəsi **********098132 olan karta nəğdsiz olaraq ödənilməsi hissəsində Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli 2906 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Həmçinin ərizə təmin edildiyi üçün Maraqlı şəxs1 100 manat dövlət rüsumu alınaraq Ərizəçi ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Maraqlı şəxs1 ilə Ərizəçi birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 AZN olmaqla hər ay cəmi 300 AZN alimentin Maraqlı şəxs1 tərəfindən Ərizəçi xeyrinə hər ayın 1-dən 10-dək Kapital Bank kart nömrəsi **********098132 olan karta nəğdsiz olaraq ödənilməsi hissəsində Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli 2906 nömrəli barışıq sazişi təsdiq edilsin; Maraqlı şəxs1 100 manat dövlət rüsumu alınaraq Ərizəçi ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar