Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-597/2024 23.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçinın, onun nümayəndəsi-vəkili Nümayəndə və Maraqlı şəxs rəisi vəzifəsini icra edən X*5 iştirakı ilə, Ərizəçinın mərhum əri X9 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi nümayəndəsi-vəkili vasitəsilə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, əri X9 xx.xx.2005-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 27.02.*963-cü il tarixdə Balakən rayonunun Qullar kəndində anadan olmuşdur. *2.07.*960-cı ildə anadan olmuş X*3 onun həyat yoldaşı olmuşdur. X*3 ilə nikahlarını *0.*0.*982-ci ildə 48 nömrə ilə Balakən rayon Qullar kənd İnzibati Ərazi Dairəsində rəsmiləşdirmişlər. X*3 xx.xx.2005-ci il tarixdə Balakən rayonu Qullar kəndində vəfat etmiş və Balakən rayonu Qullar kənd qəbristanlığında dəfn edilmişdir. Lakin əri X*3 vəfat etdikdən sonra onun adına ölüm şəhadətnaməsi alınmamışdır. X9 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Mərhum əri X6 Balakən rayonu Qullar kəndində yerləşən torpaq sahəsi miras qalmışdır. X2 ölməsi barədə rəsmi sənədlər olmadığından notariat orqanında miras əmlaka vərəsəlik işi açılması və miras əmlakın rəsmiləşdirilməsi mümkün deyildir. Mərhum əri X*0 ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət edilmiş, lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə xx.xx.2005-ci ildə ölmüş X9 ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda xx.xx.2005-ci il tarixdə ölmüş X9 ölümünün qeyd edilib-edilməməsi və qeydə alınmasının mümkün olub-olmaması ilə bağlı «Balakən rayon Mərkəzi Xəstəxanası» X25 rəsmi müraciət etmişdir. «Balakən rayon Mərkəzi Xəstəxanası» X28 *3.02.2004-cü il tarixli məktubunda göstərmişdir ki, Balakən Rayon X8 Qullar kənd sakini olmuş X9 ölümü barəsində məlumat qeydə alınmamışdır. Buna görə də X9 ölməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək istəyir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Maraqlı şəxs rəisi vəzifəsini icra edən X5 rayon Qeydiyyat Şöbəsində mərhum X9 ölümü haqqında akt qeydinin olmadığını və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*6 və X** Ərizəçinın əri X9 xx.xx.2005-ci il tarixdə Balakən rayonu Qullar kəndində evində infarktdan vəfat etdiyini və Balakən rayonu Qullar kənd qəbristanlığında dəfn olunduğunu, onların Asif Bəhrəmovun hüzn məclisində iştirak etdiyini bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 42*997 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X*3 ilə X7 arasında nikah *982-ci ilin *0 ayının *0 günündə 48 nömrə ilə qeyd edilmiş, nikahdan sonra arvada Bəhrəmova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 20 fevral 2024-cü il tarixdə verilmiş 05/69-60 nömrəli arayışdan görünür ki, *2.07.*960-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndlaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd icra nümayəndəliyi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli *0* nömrəli arayışda göstərilir ki, mərhum X*3 həqiqətən Qullar kəndində xx.xx.2005-ci il tarixdə dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd icra nümayəndəliyi tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli 260 nömrəli arayışda göstərilir ki, mərhum X9 aşağıda qeyd edilmiş ailəsi vardır:həyat yoldaşı X4, oğlu Bəhrəmov Asim və oğlu Bəhrəmov Elçin. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-*6-5/8-P-*5-*32/2024 nömrəli məktubda göstərilmişdir ki, Maraqlı şəxsnə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəyə əsasən dediyinə görə xx.xx.2005-ci il tarixdə vəfat etmiş X9 şöbələrində ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümküni deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93,*94-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumati verən şəxsin seçdiy, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, Konsulluq idarəsi, və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.2005ci il tarixdə vəfat etmiş X9 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş «Balakən rayon Mərkəzi Xəstəxanası» X22 *3 fevral 2024-cü il tarixli, *8-*-27/2-99/2024 nömrəli məktubunda göstərilmişdir ki, Balakən Rayon Mərkəzi X8 Qullar kənd sakini X9 ölümü barəsində məlumat qeydə alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş MYİ 06*4390 №-li Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Ərizəçina *7.09.2023-cü il tarixdən *7.09.2024-cü il tarixədək etibarlı olan Balakən rayonu Gərəkli kəndində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün *00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsi-vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 27.02.*963-cü il tarixdə Balakən rayonunun Qullar kəndində anadan olmuşdur. *2.07.*960-cı ildə anadan olmuş X*3 ərizəçinin həyat yoldaşı olmuşdur. Ərizəçi ilə X9 nikahı *0.*0.*982-ci il tarixdə 48 nömrə ilə Balakən rayon Qullar kənd icra nümayəndəliyində qeydə alınmışdır. X*3 xx.xx.2005-ci il tarixdə Balakən rayon Qullar kəndində evdə xəstəlikdən vəfat etmiş və Balakən rayonu Qullar kənd qəbristanlığında dəfn edilmişdir. Lakin ərizəçinin əri X*3 vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. X* ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Ərizəçinin mərhum əri X6 Balakən rayonu Qullar kəndində yerləşən torpaq sahəsi miras qalmışdır. Hazırda ərizəçinin mərhum əri X9 ölməsi barədə rəsmi sənədlər olmadığından notariat orqanında miras əmlaka vərəsəlik işi açılması və miras əmlakın rəsmiləşdirilməsi mümkün deyildir. X3 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət edilmiş, lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə xx.xx.2005-ci ildə ölmüş X9 ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda xx.xx.2005-ci il tarixdə ölmüş X9 ölümünün qeyd edilib-edilməməsi və ölüm haqqında müvafiq şəhadətnamənin verilməsinin mümkün olub-olmaması ilə bağlı «Balakən rayon Mərkəzi Xəstəxanası» X25 rəsmi müraciət olunmuş, «Balakən rayon Mərkəzi Xəstəxanası» X29 tərəfindən *3.02.2004-cü il tarixli məktubda X9 ölümü haqqında məlumatın qeydə alınmaması göstərilməklə mərhuma ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi mərhum əri X9 birinci növbəli vərəsəsidir. Ərizəçi mərhum ərinin ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə mərhum əri X6 qalmış mirasa dair vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və hazırki ərizə ilə bağlı *00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:**59.*.*.Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası MPM-nin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 439.*-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 439.2-ci maddəsinə əsasən xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 440.*-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Azərbaycan Respublikası MPM-nin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.*. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;…443.0.**. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri. Azərbaycan Respublikası MPM-nin 444.0-cı maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: 444.0.*. daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə… Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, ərizəçinin əri X9 ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Ərizəçi tərəfindən əri X*0 aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X30 "Balakən rayon Mərkəzi Xəstəxanasi" X25 müraciət edilmiş, lakin Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X30 "Balakən rayon Mərkəzi Xəstəxanasi" X29 tərəfindən ərizəçinin mərhum ərinə ölüm şəhadətnaməsi verilməmişdir. Bununla da Ərizəçi tərəfindən ölmüş əri X*0 aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin ərinin ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçinın əri X9 xx.xx.2005-ci il tarixdə Balakən rayonu Qullar kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçinın əri X9 xx.xx.2005-ci il tarixdə Balakən rayonu Qullar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-597/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-597/2024
23.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver