Məhkəmə qərarları › İş №e-2(019)-642/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-642/2024

19.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-642/2024 19.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi vəzifəsini müvəqqəti icra edən X*3 iştirakı ilə, Ərizəçi mərhum anası X5 ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X5 04.07.*998-ci ildə Balakən rayonu Mahamalari kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X8 04.07.*998-ci il tarixdə qeydiyyatda olduğu və yaşadığı Balakən rayonu Mahamalar kəndində vəfat etmiş və Mahamalar kənd ərazisində yerləşən Paraşovlar qəbristanlığında dəfn olunmuşdur. xx.xx.2024-cü ildə qardaşı oğlu X2 regional «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinə anasından qalan mirası qəbul etmək üçün müraciət etmişdir. Oradan lazımi sənədlərin yığılması tövsiyə olunmuşdur. Sənədlərin siyahasında ölüm haqqında şəhadətnamə də yer almışdır. Maraqlı şəxsnə müraciət etdikdə məlum olmuşdur ki, 04.07.*998-ci il tarixdə vəfat etmiş anasına ölüm haqqında şəhadətnamə götürməmişlər. Qeydiyyat şöbəsinin təqdim etdiyi arayışdan görünür ki, vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. 3*6-5*8 H-*5.350/24- *İ məktubunda göstərilir ki, 04.07.*998-ci il tarixdə vəfat etmiş anası X5 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Maraqlı şəxs rəisi vəzifəsini müvəqqəti icra edən X4 rayon Qeydiyyat Şöbəsində ərizəçinin mərhum anası X5 ölümü haqqında akt qeydinin olmadığını və ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində Ərizəçi anası X5 04.07.*998-ci ildə Balakən rayonu Mahamalari kəndində öz evində xəstəlikdən öldüyünü və Balakən rayonu Mahamalar kəndində yerləşən Paraşovlar qəbristanlığında dəfn olunduğunu, onun Cahan Caniyevanın hüzn məclisində iştirak etdiyini bildirmişdir. İş materiallarında olan Balakən rayon VVAQ şöbəsi tərəfindən *6 iyun *989-cu il tarixdə verilmiş XİV 428646 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8t 0* iyul *934-cü il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuşdur. İş materiallarında olan Balakən rayon Mahamalar k/s tərəfindən 27 oktyabr *977-ci il tarixdə verilmiş İV-JQ 473*45 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X*4 xx.xx.*960-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş, atası qrafasında X*2, anası qrafasında X8 qeyd olunmuşdur. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti başçısının Mahamalar kənd İƏD üzrə nümayəndəsinin 04 aprel 2024-cü il tarixli 380 №-li arayışından görünür ki, Ərizəçi Balakən rayonu Mahamalar kənd sakinidir. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti başçısının Mahamalar kənd İƏD üzrə nümayəndəsinin 04 aprel 2024-cü il tarixli 38* №-li arayışından görünür ki, X8 həqiqətən Balakən rayonu Mahamalar kənd sakini olmuş, 04 iyul *998-ci il tarixində vəfat etmiş və Mahamalar kənd ərazisində yerləşən Paraşovlar qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 24 aprel 2024-cü il tarixdə verilmiş 05/69-*47 nömrəli arayışdan görünür ki, *935-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndlaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Maraqlı şəxsnə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən dediyinə görə 04.07.*998-ci il tarixdə vəfat etmiş anası X5 ölümünün şöbələrində qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümküni deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93,*94-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumati verən şəxsin seçdiy, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, Konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən 04.07.*998-ci il tarixdə vəfat etmiş anası X5 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilir. İş materiallarında olan «Balakən rayon Mərkəzi Xəstəxanası» X24 Ərizəçi ünvanlanmış *0 iyun 2024-cü il tarixli, *8-*-27/2-H-255-42-*85/2024 nömrəli məktubunda göstərilmişdir ki, onun Balakən Rayon Mərkəzi Xəstəxanasına ünvanlanan ərizəsinə cavab olaraq bildirilir ki, Balakən Rayon Mərkəzi Xəstəxanasında *934-cü il təvəllüdlü Mahamalar kənd sakini X5 ölümü barədə məlumat qeydə alınmamışdır. İş materiallarında olan JN-**63A KOD 40*080*8 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının *998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə X5 və X6 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.*7 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan JN-*753 KOD 40*080*8 saylı Torpağa Mülkiyyət Hüququna X26 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının *998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə X5 və X6 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün *00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi anası X8 04.07.*998-ci il tarixdə qeydiyyatda olduğu və yaşadığı Balakən rayonu Mahamalar kəndində xəstəlikdən vəfat etmiş və Mahamalar kənd ərazisində yerləşən Paraşovlar qəbristanlığında dəfn olunmuşdur. Lakin ərizəçinin anası X8 04.07.*998-ci il tarixdə vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. X* ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Ərizəçinin mərhum anası X3 Balakən rayonu Mahamalar kəndində yerləşən həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Hazırda ərizəçinin mərhum anası X5 ölməsi barədə rəsmi sənədlər olmadığından notariat orqanında miras əmlaka vərəsəlik işi açılması və miras əmlakın rəsmiləşdirilməsi mümkün deyildir. Ərizəçi mərhum anası X7 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə 04.07.*998-ci il tarixdə ölmüş X5 ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda ərizəçi tərəfindən 04.07.*998-ci il tarixdə ölmüş anası X5 ölümünün qeyd edilib-edilməməsi və ölüm haqqında müvafiq şəhadətnamənin verilməsinin mümkün olub-olmaması ilə bağlı «Balakən rayon Mərkəzi Xəstəxanası» X25 rəsmi müraciət olunmuş, «Balakən rayon Mərkəzi Xəstəxanası» X28 tərəfindən *0 iyul 2004-cü il tarixli məktubda X5 ölümü haqqında məlumatın qeydə alınmaması göstərilməklə mərhuma aid ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi mərhum anası X5 birinci növbəli vərəsəsidir. Ərizəçi mərhum anasının ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə mərhum anası X3 qalmış mirasa dair vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və hazırki ərizə ilə bağlı *00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **34.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **45-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **46-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **5*.*-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin **59.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*.Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, ərizəçinin anası X5 ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Ərizəçi tərəfindən anası X7 aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X29 "Balakən rayon Mərkəzi Xəstəxanasi" X25 müraciət edilmiş, lakin Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X29 "Balakən rayon Mərkəzi Xəstəxanasi" X28 tərəfindən ərizəçinin mərhum anasına aid ölüm şəhadətnaməsi verilməmişdir. Bununla da Ərizəçi tərəfindən ölmüş anası X7 aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin anasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi anası X5 04.07.*998-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi anası X5 04.07.*998-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar