Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-670/2024 14.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi Rəşidova (Umudova) Məhbubə Mehman qızının iştirakı ilə, Ərizəçi Rəşidova (Umudova) Məhbubə Mehman qızının mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin hissəvi təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Rəşidova (Umudova) X6 Həbib İlqar oğlu və mediator X4 maraqlı şəxs kimi göstərilməklə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, *6.0*.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Rəşidova (Umudova) Məhbubə Mehman qızı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs* arasında mediasiya prosesi zamanı *6.0*.2023-cü il tarixdə bağlanmış baraşıqı sazişinin Maraqlı şəxs* hər ay *50 azn alimentin ödənilməsi, qızıl-zinət əşyalarının dəyəri olan *500 azn-nin ona ödənilməsi və cehiz əşyalarından * ədəd ütü və * ədəd taxt adyalının ona qaytarılması hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizəçinin tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi Rəşidova (Umudova) Məhbubə Mehman qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Tülü kənd sakini Maraqlı şəxs* ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları 20 sentyabr 20*9-cu il tarixində Balakən rayon Qeydiyyat Şöbəsində *73 nömrə ilə qeydə alınmış və nikahın bağlanması haqqında AZ-T 033077 saylı şəhadətnamə verilmişdir. Birgə nikahlarından *5.07.202*-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdehlə yaşadığı müddətdə aralarında heç bir ailə mübahisəsi baş verməmişdir. Onlar ailə qurduqdan sonra ailədə heç bir problemləri olmamışdır. Sonradan vaxt keçdikcə evdə sözlərinin düz gəlməməsinin şahidi olmuşdur. Ailəsinin dağılmaması üçün çox çalışsa da, heç bir faydası olmamışdır. Çətin xasiyyətli olduğundan o, onun ailəsində yaşamaq çətinləşdiyindən azyaşlı qızını da götürüb öz atası evinə qayıtmalı olmuşdur. Onların birlikdə yaşaya bilməmələrinin əsas səbəbi keçmiş həyat yoldaşının xasiyyəti olmuşdur. Bununla bağlı o, Balakən ASAN xidmət mərkəzində fəaliyyət göstərən Mediasiya Şurasında cavabdehə qarşı nikahın pozulması, aliment və əmlak tələbi ilə bağlı müraciət etmişdir. Mediasiya Şurasında iştirak edən cavabdeh qoyduğu tələblərlə razılaşmış və *6.0*.2023-cü il tarixində Barışıq Sazişi bağlandıqdan sonra *6.0*.2023-cü il tarixində mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edildiyi və o, 50 manat rüsum ödəmişdir. Lakin buna baxmayaraq cavabdeh indiyə qədər götürdüyü öhdəliyi yerinə yetirmir və yetirmək niyyətində də deyil. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ərizəçi Rəşidova (Umudova) Məhbubə Mehman qızı dəqiqləşdirilmiş tələb hissəsində ərizəsini müdafiə edrək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs* və mediator X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) *85.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən *2 avqust 202*-ci il tarixldə verilmiş AZ-T 033077 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs* ilə X7 arasında nikah 20.09.20*9-cu il tarixdə *73 nömrə ilə qeydə alınmış və nikah bağlandıqdan sonra arvada Rəşidova soyadı verilmişdir. İşdə olan AZ-İV 6*66*3 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs* ilə X2 birgə nikahından *5.07.202*-ci il tarixdə X8 doğulmuşdur. İşdə olan X7 ilə Maraqlı şəxs* arasında mediasiya prosesi zamanı bağlanmış *6.0*.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər tam barışıq sazişi bağlayaraq mediasiya sessiyası zamanı nikahın pozulmasına hər iki tərəfə razılaşmış, uşağın himayəsinin anaya verilməsinə hər iki tərəf razılaşmış, aliment məbləğində tərəflər razılaşaraq ata Maraqlı şəxs* hər ay *50 azn ödəyəcəyinə razılaşmış, uşaqla ünsiyyətə razılaşaraq hər həftənin şənbə günü saat *2.00-dan *5.00-dək olmağına qərar vermiş, ana uşaqla ünsiyyətə yalnız və yalnız özünün uşağın yanında olmaqla ünsiyyətin həyata keçirilməsinə razılaşmış, qızı-zinət əşyalarının dəyəri olan *500 azn ödəməyə tərəf Maraqlı şəxs* razılaşmış, cehiz əşyalarından olan * ədəd ütü və * ədəd taxt adyalının Ərizəçi qaytarılmasına razılaşmışlar. İşdə olan *6.0*.2023-cü il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan və ümumən iş materiallarından görünür ki, tərəflər arasında mediasiya prosesinə xitam verimliş, Rəşidova (Umudova) Məhbubə Mehman qızı tərəfindən 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi Rəşidova (Umudova) Məhbubə Mehman qızı ilə Maraqlı şəxs* nikahı 20 sentyabr 20*9-cu il tarixində Balakən rayon Qeydiyyat Şöbəsində *73 nömrə ilə qeydə alınmış və bu barədə nikahın bağlanması haqqında AZ-T 033077 saylı şəhadətnamə verilmişdir. Rəşidova (Umudova) Məhbubə Mehman qızı ilə Maraqlı şəxs* birgə nikahından *5.07.202*-ci il tarixdə X8 anadan olmuşdur. X7 ilə Maraqlı şəxs* arasında mediasiya prosesi zamanı *6.0*.2023-cü il tarixli barışıq sazişi bağlanmış və tərəflər tam barışıq sazişi bağlayaraq mediasiya sessiyası zamanı nikahın pozulmasına hər iki tərəf razılaşmış, uşağın himayəsinin anaya verilməsinə hər iki tərəf razılaşmış, aliment məbləğində tərəflər razılaşaraq ata Maraqlı şəxs* hər ay *50 azn alimenti Rəşidova (Umudova) Məhbubə Mehman qızına ödəyəcəyinə razılaşmış, uşaqla ünsiyyətə razılaşaraq hər həftənin şənbə günü saat *2.00-dan *5.00-dək olmağına qərar verilmiş, ana uşaqla ünsiyyətə yalnız və yalnız özünün uşağın yanında olmaqla ünsiyyətin həyata keçirilməsinə razılaşmış, qızı-zinət əşyalarının dəyəri olan *500 azn-i Rəşidova (Umudova) Məhbubə Mehman qızına ödəməyə tərəf Maraqlı şəxs* razılaşmış, cehiz əşyalarından olan * ədəd ütü və * ədəd taxt adyalının Maraqlı şəxs* tərəfindən Ərizəçi qaytarılmasına razılaşmışlar. Birgə nikahdan *5.07.202*-ci il tarixdə doğulmuş X8 ərizəçi Rəşidova (Umudova) Məhbubə Mehman qızının himayəsindədir. Aralarında barışıq sazişinin bağlanmasına baxmayaraq Maraqlı şəxs* *6.0*.2023-cü il tarixli barışıq sazişinin Maraqlı şəxs* hər ay *50 azn alimentin Rəşidova (Umudova) Məhbubə Mehman qızına ödənilməsi, qızıl-zinət əşyalarının dəyəri olan *500 azn-nin (Umudova) Məhbubə Mehman qızına ödənilməsi və cehiz əşyalarından * ədəd ütü və * ədəd taxt adyalının (Umudova) Məhbubə Mehman qızına qaytarılması hissəsinə dair şərtlərini icra etmir, *5.07.202*-ci il tarixdə doğulmuş X* üçün ərizəçi (Umudova) Məhbubə Mehman qızına *6.0*.2023-cü il tarixli barışıq sazişində nəzərdə tutulmuş alimenti ödəmir, qızıl-zinət əşyalarının dəyəri olan *500 azn-i (Umudova) Məhbubə Mehman qızına ödəmir və cehiz əşyalarından * ədəd ütü və * ədəd taxt adyalını (Umudova) Məhbubə Mehman qızına qaytarmır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin ərizəçi *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, *5.07.202*-ci il tarixdə doğulmuş X* üçün Maraqlı şəxs* tərəfindən hər ay *50 azn alimentin Rəşidova (Umudova) Məhbubə Mehman qızına ödənilməsi, qızıl-zinət əşyalarının dəyəri olan *500 azn-nin (Umudova) Məhbubə Mehman qızına ödənilməsi və cehiz əşyalarından * ədəd ütü və * ədəd taxt adyalının (Umudova) Məhbubə Mehman qızına qaytarılması hissəsində Rəşidova (Umudova) Məhbubə Mehman qızı ilə Maraqlı şəxs* arasında mediasiya prosesi zamanı bağlanmış *6.0*.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.*-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.*.*. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.*.2. tərəflər haqqında məlumat; 33.*.3. mübahisənin predmeti; 33.*.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.*.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.*.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.*.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.*-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən *0 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.*.*7-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.*-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin *9*.2-*-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.*-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra *0 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.*-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.*.*. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.*.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə *00 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.*-*-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmadığından ərizə təmin edilməli, *5.07.202*-ci il tarixdə doğulmuş X* üçün Maraqlı şəxs* tərəfindən hər ay *50 azn alimentin Rəşidova (Umudova) Məhbubə Mehman qızına ödənilməsi, qızıl-zinət əşyalarının dəyəri olan *500 azn pulun Rəşidova (Umudova) Məhbubə Mehman qızına ödənilməsi və cehiz əşyalarından * ədəd ütü və * ədəd taxt adyalının Rəşidova (Umudova) Məhbubə Mehman qızına qaytarılması hissəsində Rəşidova (Umudova) Məhbubə Mehman qızı ilə Maraqlı şəxs* arasında mediasiya prosesi zamanı bağlanmış *6.0*.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Həmçinin ərizə təmin edildiyi üçün Maraqlı şəxs* *00 manat dövlət rüsumu alınaraq Rəşidova (Umudova) Məhbubə Mehman qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. *5.07.202*-ci il tarixdə doğulmuş X* üçün Maraqlı şəxs* tərəfindən hər ay *50 azn alimentin Rəşidova (Umudova) Məhbubə Mehman qızına ödənilməsi, qızıl-zinət əşyalarının dəyəri olan *500 azn pulun Rəşidova (Umudova) Məhbubə Mehman qızına ödənilməsi və cehiz əşyalarından * ədəd ütü və * ədəd taxt adyalının Rəşidova (Umudova) Məhbubə Mehman qızına qaytarılması hissəsində Rəşidova (Umudova) Məhbubə Mehman qızı ilə Maraqlı şəxs* arasında mediasiya prosesi zamanı bağlanmış *6.0*.2023cü il tarixli barışıq sazişi təsdiq edilsin; Maraqlı şəxs* *00 manat dövlət rüsumu alınaraq Rəşidova (Umudova) Məhbubə Mehman qızına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-670/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-670/2024
14.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver