Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-707/2023 14.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə icla katibi X1 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış hər uşağa 220 manat,cəmi 440 manat alimentin müəyyən edilməsi barədə barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Maraqlı şəxs1 ilə xx.xx.2015-ci il tarixdə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 195 sayla rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2016-cı ildə X6, xx.xx.2023-cü il tarixdə isə X7 adında iki uşaqları olmuşdur. O, Maraqlı şəxs1 ilə evləndikdən sonra qaynatasına məxsus evdə yaşamışlar. Aralarında tez-tez qısqanclıq zəminində mübahisələri olmuşdur. Artıq Maraqlı şəxs1 hərəkətlərinə dözə bilmədiyi üçün uşaqları da özü ilə aparıb valideynlərinin evinə gəlmişdir. Aralarında olan nikah pozulmamışdır. Uşaqların hər ikisi onun himayəsində qalmışdır. Aliment məbləğinin müəyyən olunması ilə bağlı mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs1 ilə aliment məbləğinin təyin olunması ilə bağlı razılığa gəlmişlər və bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs1 hər ay, hər uşaq üçün 220 manat, cəmi 440 manat aliment ödəməli idi. Lakin, Maraqlı şəxs1 barışıq sazişinin şərtlərini tam olaraq pozur və heç bir manat aliment ödəməyəcəyini bildirmişdir. Uşaqların maddi tələbatlarının ödənilməsinə, kifayət qədər vəsait tələb olunmasına baxmayaraq Maraqlı şəxs1 uşaqlarla maraqlanmır. O işləyir və rəsmi əmək haqqı alır, alimenti ödəmək imkanı olduğu halda ödəməkdən imtina edir. Uşaqlar 7 yaş və 4 aylıqdır, hər ikisinin kifayət qədər xərcləri vardır. Onun hər hansı rəsmi və ya qeyri-rəsmi iş yeri, gəliri yoxdur. Maraqlı şəxs1 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş lakin məhkəməyə teleqrama göndərərək iş yükünün çoxluğu səbəbindən məhkəmədə iştirak edə bilməyəcəyini göstərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 sentyabr 2015-ci il tarixdə verilmiş AZ-İİ 027379 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ilə X3 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış, bu barədə 195 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 mart 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 845825 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 yanvar 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 878397 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 dekabr 2016-cı ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli MŞŞ/MT08/2023-01576 nömrəli protokoldan görünür ki, Ərizəçi və Maraqlı şəxs1 iştirakı ilə aliment və ata ilə ünsiyyət təyin olunması mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya prosesi həyata keçirilmiş, mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs1 alimentin məbləğinin müəyyən olunmasına razılaşmışlar, birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il doğumlu X6 və X7 uşaqların hər ikisinin yaşayışı üçün nəzərdə tutulan aliment məbləğini hər ay hər uşaq üçün 220 azn (iki yüz iyirmi) manat aliment ödəməyə razılaşmışdır.Atayla ünsiyyət-Birgə nikahdan dünyaya gələn xx.xx.2016 doğumlu X6 və X7 uşaqların hər ikisinin atayla ünsiyyətinə şənbə və bazar günləri saat 10:00-dan 19:00-dək olmağına tərəflər Ərizəçi və Maraqlı şəxs1 razılaşdılar. Vaxt intervalı hər iki gün üçün nəzərdə tutulub. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə xx.xx.2015-ci ildə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 195 sayla rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə X6 və xx.xx.2023-cü ildə X7 adında iki uşaqları olmuşdur. Aliment məbləğinin müəyyən olunması ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs1 ilə aliment məbləğinin təyin olunması ilə bağlı razılığa gəlmişlər və bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2023-cü il tarixdən başlayaraq (ödənişlər nəzərə alınmaqla) hesablanmaqla xx.xx.2016-cı ildə doğulmuş X2 və xx.xx.2003-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün 220 manat-cəmi 440 manat məbləğində aliment tutularaq Ərizəçi verilməlidir.Qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin bağlandığı gündən-xx.xx.2023-cü il tarixdən başlayaraq (ödənişlər nəzərə alınmaqla ) hesablanmaqla xx.xx.2016-cı ildə doğulmuş X2 və xx.xx.2003-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün 220 manat-cəmi 440 manat məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-707/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-707/2023
14.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver