Məhkəmə qərarları › İş №e-2(019)-710/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-710/2024

02.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-710/2024 02.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızının və Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Məmmədova (Arkişiyeva) iradə Qəşəm qızının mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin hissəvi təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı Maraqlı şəxs1 və mediator Maraqlı şəxs2 maraqlı şəxs kimi göstərilməklə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1 ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 baxılması üçün hər ay 180 manat alimentin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini birgə nikahlarından xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 baxılması üçün hər ay 180 manat alimentin ona verilməsi hissəsində azaldaraq, Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay 180 (bir yüz səksən) AZN alimentin Maraqlı şəxs1 tərəfindən Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına tam kart vasitəsilə Kart № **********793112 nömrəsinə ödənilməsi hissəsində Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 arasında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizəçinin tələbinin azaldılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəçi Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə nikahlarını 04 dekabr 2012-ci il tarixdə Balakən rayon Hənifə kənd X6 Üzrə nümayəndəliyində 42 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.2013-cü ildə X5 adında bir uşağı olmuşdur. Evləndikləri ilk vaxtlarda Maraqlı şəxs1 ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Daha sonra aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermiş, münasibətləri pisləşmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-767/2023 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Eyni zamanda mediasiyada cavabdehlə birgə nikahlarından olan uşağın baxılması üçün hər ay 180 manat alimentin ona verilməsinə razılaşmışlar. Bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalamışlar. Maraqlı şəxs1 müəyyən müddət alimenti ödəmiş, lakin son iki ayda alimenti ödəməmiş, o, aliment istədiyindən barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə verilməsini demişdir. Maraqlı şəxs1 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Məhkəmə iclasında ərizəçi Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı azaldılmış tələb hissəsində ərizəsini müdafiə edrək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizəni qəbul edərək, son ayda xəstə olduğu üçün alimenti ödəyə bilmədiyini bildirərək, alimentlə bağlı onunla ərizəçi Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirmişdir. Maraqlı şəxs mediator Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan 14 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ 175296 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Maraqlı şəxs1 ilə Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızının birgə nikahından xx.xx.2013-cü il tarixdə X5 doğulmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2 (019)-767/2023 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 arasında 04 dekabr 2012-ci il tarixdə 42 nömrə ilə Balakən rayon Hənifə kənd İƏD üzrə nümayəndəliyində qeydə alınmış nikah pozulmuş, həmçinin Maraqlı şəxs1 100 manat dövlət rüsumunun alınıb Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına ödənilməsi qət edilmişdir. İşdə olan Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 arasında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023 nömrəli barışıq sazişindən görünür ki, tərəflər: Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı və Maraqlı şəxs1 Balakən rayon Qeydiyyat Şöbəsində AZ T N-049859 nikahın pozulmasına, birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş X2 himayəsinin ana Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına verilməsinə, aliment tələbi ilə bağlı birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş X2 baxılması üçün nəzərdə tutulan aliment məbləğinin hər ay 180 AZN olmaqla həmin məbləğin tam kart vasitəsilə Kart № **********793112 nömrəsinə ödəniş qaydasında Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına ödənilməsinə, atayla ünsiyyətlə bağlı birgə nikahdan xx.xx.2013-cü il doğumlu X2 atayla ünsiyyət saxlamasına şənbə günü saat 11.00-dan 17.00-dək təmin olunmasına razılaşmışlar. İş materiallarından həmçinin görünür ki, ərizəçi Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı 200 manat mediasiya xərci ödəmiş, bunun 100 manatı nikahın pozulması haqqında işə baxılarkən Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2 (019)-767/2023 nömrəli qətnaməsi ilə Maraqlı şəxs1 alınıb Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına ödənilməsi qət edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı və Maraqlı şəxs1 oğl nikahları 04 dekabr 2012-ci il tarixdə Balakən rayon Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 42 nömrə ilə qeydə alınmaqla evlənmişlər. Onların birgə nikahından xx.xx.2013-cü il tarixdə X5 adında bir uşağı doğulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2 (019)-767/2023 nömrəli qətnaməsi ilə Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 arasında 04 dekabr 2012-ci il tarixdə 42 nömrə ilə Balakən rayon Hənifə kənd İƏD üzrə nümayəndəliyində qeydə alınmış nikah pozulmuşdur. Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 arasında mediasiyada xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023 nömrəli barışıq sazişi bağlanmış və həmin sazişə əsasən tərəflər: Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı və Maraqlı şəxs1 Balakən rayon Qeydiyyat Şöbəsində AZ T N-049859 nikahın pozulmasına, birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş X2 himayəsinin ana Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına verilməsinə, aliment tələbi ilə bağlı birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş X2 baxılması üçün nəzərdə tutulan aliment məbləğinin hər ay 180 AZN olmaqla həmin məbləğin tam kart vasitəsilə Kart № **********793112 nömrəsinə ödəniş qaydasında Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına ödənilməsinə, atayla ünsiyyətlə bağlı birgə nikahdan xx.xx.2013-cü il doğumlu X2 atayla ünsiyyət saxlamasına şənbə günü saat 11.00-dan 17.00-dək təmin olunmasına razılaşmışlar. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş X5 anası Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızının himayəsindədir. Aralarında barışıq sazişinin bağlanmasına baxmayaraq, Maraqlı şəxs1 barışıq sazişinin alimentin ödənilməsi hissəsinə dair şərtlərini icra etmir, xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün ərizəçi Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına xx.xx.2023-cü il tarixli barışıq sazişində nəzərdə tutulmuş alimenti ödəmir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı 200 manat mediasiya xərci ödəmiş, bunun 100 manatı nikahın pozulması haqqında işə baxılarkən Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2 (019)-767/2023 nömrəli qətnaməsi ilə Maraqlı şəxs1 alınıb Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Maraqlı şəxs1 ilə Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızının birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay 180 AZN alimentin Maraqlı şəxs1 tərəfindən Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızının xeyrinə tam kart vasitəsilə Kart №-**********793112 kart nömrəsinə ödəniş qaydasında ödənilməsi hissəsində Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 arasında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023 nömrəli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək hesab edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmadığından ərizə təmin edilməli, Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay 180 (bir yüz səksən) AZN alimentin Maraqlı şəxs1 tərəfindən Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına tam kart vasitəsilə Kart № **********793112 nömrəsinə ödənilməsi hissəsində Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 arasında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023 nömrəli barışıq sazişi təsdiq edilməli və Maraqlı şəxs1 100 manat mediasiya xərci alınaraq Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay 180 (bir yüz səksən) AZN alimentin Maraqlı şəxs1 tərəfindən Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına tam kart vasitəsilə Kart № **********793112 nömrəsinə ödənilməsi hissəsində Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ilə Maraqlı şəxs1 arasında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023 nömrəli barışıq sazişi təsdiq edilsin; Maraqlı şəxs1 100 manat mediasiya xərci alınaraq Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar