Məhkəmə qərarları › İş №e-2(019)-711/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-711/2024

04.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-711/2024 04.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi vəzifəsini icra edən Nümayəndə iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 0* may *95*-ci il tarixdə Balakən rayonu, Tülü kəndində anadan olmuş X3 *0 dekabr 2020-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*955-ci il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuşdur. 0* may *95*-ci il tarixdə Balakən rayonu, Tülü kəndində anadan olmuş X5 onun qardaşıdır. Murad Sabirov *0 dekabr 2020-ci il tarixdə ünvan 1 ünvanında ölmüşdür.O, Balakən şəhər qəbiristanlığında dəfn olunmuşdur. Qardaşı Muradın ölümü qeydiyyat Şöbəsində qeydə alınmamışdır. Qardaşı Muradın ölüm haqqında şəhadətnaməsinin olmaması onların sənədləşmə işlərində problemlər yaradır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi vəzifəsini icra edən Nümayəndə məhkəmə iclasında göstərdi ki, X3 ölümü barədə tibbi şəhadətnamə olmadığından onun ölümünün Maraqlı şəxsndə qeydiyyata alınması mümkün olmamışdır, Qanuni qərar qəbul edilməsini xahiş etdi. Ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edirəm ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından görünür ki, Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 0* may *95*-ci il tarixdə Balakən rayonu, Tülü kəndində anadan olmuş X3 *0 dekabr 2020-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X* ölümünün ərizəçiyə hansı məqsədlə lazım olduğu qeyd edilməmiş, bu barədə heç bir sənəd ərizəyə əlavə edilməmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması müddətində ərizəçi bu nöqsanı aradan qaldırmamışdır. O, məhkəməyə əlavə ərizə göndərərək göstərmişdir ki, qardaşı oğlu X2 Federasiyası ilə Ukrayna dövləti arasında gedən müharibədə şəhid olmuşdur. O, həmin müharibədə şəhid olduğundan ona Rusiya Federasiyası tərəfindən kompensasiya ödənilməlidir. Bünun üçün isə dövlət tərəfindən tələb edilən sənədlərdən biri də qardaşı Muradın ölüm haqqında şəhadətnaməsidir. Buna görə də X3 ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Lakin ərizəçi bu faktları təsdiq edən heç bir sübutu ərizəyə əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 3*3-cü maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.6-cı bəndində göstərilmişdir məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.*2-ci maddəsinin tələbinə görə ərizə bu Məcəllənin *49-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin *50.*.2-ci və ya *50.*.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, Ərizəçi ərizəsində X3 ölüm faktının elan edilməsinin ona hansı məqsədlə lazım olduğunun qeyd edilməməsini, bu barədə sübutların ərizəyə əlavə edilməməsini, işin məhkəmədə baxılmağa hazırlanması müddətində ərizəçinin təqdim etdiyi ərizədəki faktları- qardaşı oğlu X4 Rusiya Federasiyası ilə Ukrayna Respublikası arasında gedən müharibədə şəhid olması,o, həmin müharibədə şəhid olduğundan ona Rusiya Federasiyası tərəfindən kompensasiya ödənilməsi üçün atası Muradın ölüm haqqında şəhadətnaməsinin tələb olunması və s. ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməməsini , ölən şəxsin anası sağ olduğundan ödəniləcək kompensasiyanın ərizəçiyə heç bir aidiyyətinin olmamasını (mərhum Timurun anası sağ olduğundan kompensasiya ödənilərsə həmin pulu o alacaqdır), mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Ərizəçi izah olunmalıdır ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **4.* və **4.*.5-ci maddələrinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanmalı, Ərizəçi tərəfindən ödənilmiş *00 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Ərizəçi izah olunmalıdır ki,iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlansın; Ərizəçi tərəfindən ödənilmiş *00 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizəçi izah olunur ki,iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar