Məhkəmə qərarları › İş №e-2(019)-748/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-748/2022

06.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-748/2022 06.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi,Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 29 oktyabr 1993-cü ildə vəfat etmiş mərhum qızı X3 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. Həyat yoldaşı X4 1964-cü ildə anadan olmuş , qızı X10 1981-ci ildə anadan olmuş, qızı X11 1997-ci ildə anadan olmuşdur. Mərhum qızı X12 28 iyul 1993cü ildə anadan olmuş və 3 aydan sonra 29 oktyabr 1993-cü ildə vəfat etmişdir. X3 doğumu ilə əlaqədar XVİİ-YQ №388390 nömrəli şəhadətnamə verilmişdir. Balakən rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə JN-1410 kod 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir və 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini satmaq qərarına gəlmişlər. X27 mərhum qızı X3 adı qeyd olunmuşdur. Vərəsəlik işinin açılması üçün Balakən Notariat Ofisinə müraciət etmişdir.Balakən Rayon Notariat Ofisindən mərhum qızının adına ölüm şəhadətnaməsinin alınmasını tələb etmişdir. Buna görə də o, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 16 iyun 2022-ci il tarixli 05/76- 752/115 nömrəli məktubunda göstərilmişdir ki, “Maraqlı şəxsnə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə xx.xx.1993-cü il tarixdə vəfat etmiş qızınız X3 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə ( ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyiniz təqdirdə qızınız X3 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamə sizə təqdim edilərək müraciətiniz təmin olunacaqdır”.Odur ki, mərhum qızı X3 ölümünün Maraqlı şəxsndə qeydə alınaraq ölüm şəhadətnaməsinin verilməsi üçün ölümün qeydə alınması faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi üç qızı olmuşdur. Onun 28 iyul 1993-cü ildə anadan olmuş qızı Leyla 29 oktyabr 1993-cü ildə ölmüş və kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşının bacanağıdır. Ərizəinin üç övladı olmuş, onlardan 28 iyul 1993-cü ildə anadan olmuş qızı Leyla 29 oktyabr 1993-cü ildə ölmüş və kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd soveti tərəfindən 03 sentyabr 1993-cü il tarixdə verilmiş XVİİ-JQ seriyalı 388390 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 28 iyul 1993-cü ildə anadan olmuş, atası X15, anası X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05/76-452/2015 nömrəli məktubda göstərilmişdir ki, “Maraqlı şəxsnə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə xx.xx.1993-cü il tarixdə vəfat etmiş qızınız X3 şöbəmizdə ölümünün qeyd alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyiniz təqdirdə qızınız X3 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamə sizə təqdim edilərək müraciətiniz təmin olunacaqdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1410,KOD 40107018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 0.84 nömrəli qərarı ilə X6, X1, X7, X8 və X9 Balakən rayonu Qullar kəndi ərazisindən 0.84 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 16 iyun 2022-ci il tarixli 05/69/473 nömrəli arayışda göstərilmişdir ki, X14 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmadı.Arxiv məlumatları Maraqlı şəxsin xx.xx.1993-xx.xx.2022-ci illərə dair ölüm akt qeydləri üzrə yoxlanılmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 28 iyul 1993-cü ildə anadan olmuş qızı -X12 29 oktyabr 1993-cü il tarixdə ölmüşdür. Bəhramova Leylanın ölümü Qeydiyyat orqanında qeydə alınmamışdır. Ərizəçi İlham Bəhramov Balakən rayon Aqrar islahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə ona və ailə üzvlərinə JN-1410 kod 40107018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş 0.84 ha kənd təsərrüfatı təyinatlı Torpaq sahəsini satmaq istəyir, bununla əlaqədar ərizəçi X26 Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, qızı Leylanın ölümü haqqında təsdiqedici sənəd olmadığından mirası qəbul edə bilməmişdir. Bundan sonra ərizəçi qızının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah edilmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi qızı -28 iyul 1993-cü ildə anadan olmuş X3 29 oktyabr 1993-cü il tarixdə Balakən rayonu Qullar kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi qızı -28 iyul 1993-cü ildə anadan olmuş X3 29 oktyabr 1993-cü il tarixdə Balakən rayonu Qullar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar