Məhkəmə qərarları › İş №e-2(019)-757/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-757/2022

29.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-757/2022 29.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı əmlak tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin ona pul vermədiklərini etiraf edici ifadələrini sübut kimi nəzərə alaraq Cavabdeh maddi zərərin əvəzi olaraq 1500 manat və 18 manat dövlət rüsumu xərcinin, X2 maddi zərərin əvəzi olaraq 1500 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat və 21,6 manat dövlət rüsumunun, ümumilikdə 3339,6 manatdan ödədiyi pulun geri qaytarılması, ödəməli olduğu pulun dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsinə baxaraq hesab edirəm ki, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh maddi zərərin əvəzi olaraq 1500 manat və 18 manat dövlət rüsumu xərcinin, X2 maddi zərərin əvəzi olaraq 1500 manat, mənəvi zərərin əvəzi olaraq 300 manatın və 21,6 manat dövlət rüsumunun, ümumilikdə 3339,6 manat ödədiyi pulun geri qaytarılması, ödəməli olduğu pulun dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-251/2021 nömrəli, 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, İddiaçı maddi zərərin əvəzi olaraq 1500 manat və dövlət rüsumu xərcinin 18 manatının alınıb Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmçinin Balakən Rayon Məhkəməsinin 2(019)-134/2021 nömrəli, 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı vurulmuş maddi ziyanın əvəzi olaraq 1500 manatın və mənəvi zərərin əvəzi olaraq 300 manatın, 21.6 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 153.2 və 153.2.2-ci maddələrinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni zamanda ,Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri göstərilir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ödədiyi 3339,6 manat pulun geri qaytarılması, ödəməli olduğu pulun dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Göründüyü kimi, İddiaçı iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa da riayət edilməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1, 152.1.1 və 152.1.6-1 -ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı əmlak tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. 56 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı əmlak tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. 56 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar