Məhkəmə qərarları › İş №e-2(019)-763/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-763/2024

04.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-763/2024 04.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçı X1,onun vəkili Vəkil2, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə inşa etdikləri fərdi yaşayış evinin və əlavə tikililərin ümumi dəyəri 145.000 ( bir yüz qırx beş min) manatın yarısı- 72.500 (yetmiş iki min beş yüz) manatın, dəyəri 30.000 (otuz min) manat olan ** SR *** dövlət nişanlı Toyota- Prado minik avtomobilinin dəyərinin yarısı- 15.000 (on beş min) manat pulun, Avro təmirli altı açığın dəyəri 25.000 (iyirmi beş min) manatın yarısı - 12.500 (on iki min beş yüz) manat ümumilikdə 100.000 (bir yüz min) manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 məhkəməyə ərizə verərək Cavabdeh ilə barışdığını göstərərək, iddia tələbinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə ərizə verərək iş üzrə iddiaçı Salman Kasumovi məhkəməyə müraciət edərək , iddianın baxılmamış saxlanmasını istəməsini göstərərək, iddiaçının baxılmamış saxlama barədə ərizəsinin təmin olunaraq,iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, iddiaçı X1 və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə işin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsi barədə ərizələrini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanmalı,iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır.Ödənilmiş 390 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı X2 qaytarılmalıdır. İddiaçı X2 izah olunmalıdır ki, yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı X1 Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 390 manat dövlət rüsumu xərci dövlət büdcəsindən iddiaçı X2 qaytarılsın. İddiaçı X2 izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar