Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-764/2023 22.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 və maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi-müdiri Nümayəndə2 iştirakı ilə Ərizəçi X1 ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 vasitəsilə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 09 sentyabr 2013-cü ildə ildə Balakən rayonu Mahamalar kəndində ürək çatışmamazlığından vəfat etmiş X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Mahamalar kəndində anadan olmuşdur. X11, X2 olmuşlar. X11 16 fevral 2018-ci ildə vəfat etmişdir. X2 20 aprel 1958-ci ildə anadan olmuş, 09 sentyabr 2013-cü ildə Balakən rayonu Mahamalar kəndində ürəyin işemik xəstəliyi diaqnozu ilə vəfat etmişdir. Atasının ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə alınmışdır. Lakin 09 sentyabr 2013-cü ildə vəfat etmiş X1 ölümü ilə bağlı heç bir qeydiyyat aparılmamış, onun ölümü sənədləşdirilməmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə onlara mərhum X11na, mərhum X2na, qardaşı X19 və ona 0,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri X32 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların dövlət qeydiyyatından çıxarış almaq zərurəti yaranmışdır. Bununla bağlı onlar Balakən rayon Notariat Ofisində vərəsəlik işi açdırarkən mərhum X1 ölüm haqqında şəhadətnaməsi tələb olundu. X1 ölümü ilə bağlı heç bir qeydiyyat aparılmamış, ölümü sənədləşdirilmədiyindən o, Balakən regional ASAN Xidmət Mərkəzi Notariat Ofisinə anasının ölümü ilə bağlı sənədi təqdim edə bilməmişdir. O, bununla bağlı Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Balakən rayon Qeydiyyat Şöbəsinin imtina məktubundan görünür ki, Balakən rayon Qeydiyyat Şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən dediyinə görə xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin ona təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193, 194-cü maddələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən dediyinə görə xx.xx.2013-cü il tarixdə vəfat etmiş X1 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilir. Bundan sonra o, Balakən rayon X24 Hüquqi Şəxsinə ərizə ilə müraciət edərək xx.xx.2013-cü ildə vəfat etmiş X6 ölümü haqqında tibbi şəhadətnamə verilməsini xahiş etmişdir. Balakən rayon X24 Hüquqi Şəxsinin xx.xx.2023cü il tarixli 552 nömrəli məktubundan görünür ki, onun ərizəsinə cavab olaraq Balakən MRX-sı bildirir ki, mərhum X8 xx.xx.1958-ci ildə anadan olmuşdur, xx.xx.2013-cü ildə vəfat etmişdir. Lakin Balakən MRX-da ölümü barədə qeydiyyat yoxdur. Onun ölümündən 9 il 10 ay keçdiyini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş ölüm haqqında tibbi şəhadətnamə AZS106 üçün təlimata əsaslanaraq X6 ölüm haqqında tibbi şəhadətnamə yaza bilmirlər. Ərizəyə əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, Ərizəçi xx xxxx 1992-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuşdur. Bu barədə 05 may 1992-ci ildə Balakən rayon Mahamalar kənd icra nümayəndəliyində 48 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur, atası: X23, anası: X12r. Ərizəyə əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X23 və X9 nikahı haqqında 01 dekabr 1982-ci il tarixdə 32 №-li akt qeydi tərtib olunmuşdur, nikahın qeydə alındığı yer: Balakən rayonu Mahamalar kənd icra nümayəndəliyi. Nikaha R.M Abdullayevin xx.xx.2018-ci ildə ölməsi (ölüm xx.xx.2018-ci ildə 06 №-li akt qeydi ilə Balakən rayon Mahamalar kənd icra nümayəndəliyində qeydə alınmışdır) xitam verilmişdir. Ərizəyə əlavə edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, 20 aprel 1958-ci ildə anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyətiaktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsimüdiri Nümayəndə2 ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X22 ifadələrində Ərizəçi X1 09 sentyabr 2013-cü ildə Balakən rayonu Mahamalar kəndində öldüyünü və kənd qəbristanlığında dəfn olunduğunu göstərmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd XDS İK tərəfindən 01 dekabr 1982-ci il tarixdə verilmiş İİ-JQ seriyalı 466428 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X23 ilə X14 arasında nikah Balakən rayonu Mahamalar kənd sovetində 01 dekabr 1982-ci il tarixdə 32 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 aprel 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 936321 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 16 fevral 2018-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 05/69-285 nömrəli arayışdan görünür ki, 20 aprel 1958-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyətləri aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 05/69-284 nömrəli arayışdan görünür ki, X23 ilə X14 arasında nikah Balakən rayonu Mahamalar kənd sovetində 01 dekabr 1982-ci il tarixdə 32 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Abdullayeva soyadı verilmişdir. Qeyd: Nikaha R.Ərizəçi xx.xx.2018-ci ildə ölməsi (ölüm xx.xx.2018-ci ildə 06 №-li akt qeydi ilə Balakən rayon Mahamalar kənd icra nümayəndəliyində qeydə alınmış) ilə bağlı xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 05/69-283 nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxx 1992-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuşdur. Bu barədə 05 may 1992-ci il tarixdə Balakən rayon Mahamalar kənd icra nümayəndəliyində 48№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X11, anası X12r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X24 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 552 nömrəli məktubunda göstərilir ki, mərhum X10 xx.xx.1958-ci ildə anadan olmuş, xx.xx.2013-cü ildə vəfat etmişdir, lakin Balakən MRX-da ölüm barədə qeydiyyat yoxdur. Onun ölümündən 9 il 10 ay keçdiyini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş Ölüm haqqında tibbi şəhadətnamə AZS106 üçün təlimata əsaslanaraq X6 ölüm haqqında tibbi şəhadətnamə yaza bilmirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 8-16-5/8-A-15-488/2023 saylı məktubdan görünür ki, Balakən rayon Qeydiyyat Şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən dediyinə görə xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X5 şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193,194-cü maddələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8- ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən dediyinə görə xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X5 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-238 KOD-40108018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X15, X4, X16 və Ərizəçi ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.42 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 hazırki ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi X11 16 fevral 2018-ci ildə vəfat etmişdir. X2 20 aprel 1958-ci ildə anadan olmuş, 09 sentyabr 2013-cü ildə Balakən rayonu Mahamalar kəndində vəfat etmişdir. Ərizəçinin atasının ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə alınmışdır. Lakin ərizəçinin X1 ölümü qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X24 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli 552 nömrəli məktubu ilə mərhum X5 xx.xx.1958-ci ildə anadan olması, xx.xx.2013-cü ildə vəfat etməsi, lakin Balakən MRX-da ölümü barədə qeydiyyatın olmaması göstərilib, onun ölümündən 9 il 10 ay keçdiyi nəzərə alınaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş Ölüm haqqında tibbi şəhadətnamə AZS106 üçün təlimata əsaslanılaraq, X6 ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir.Ərizəçi anasına ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Balakən rayonu Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin o, Qeydiyyat Şöbəsinə anasının ölümünün qeydə alınması üçün lazımi sənədləri təqdim edə bilmədiyindən, ona X1 ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi anasının ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Ərizəçi tərəfindən anası X7 aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X34 "Balakən rayon Mərkəzi Xəstəxanasi" X33 müraciət edilmiş və Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X34 "Balakən rayon Mərkəzi Xəstəxanasi" X32 14 fevral 2023-cü il tarixli, PHŞ/6-27/2-76/2023 nömrəli məktubunda göstərilmişdir ki, X4 ölümü qeydə alınmamış və bu barədə şəhadətnamə verilməmişdir. Bununla da Ərizəçi tərəfindən ölmüş X2na aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin ölmüş anasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi X1 09 sentyabr 2013-cü ildə Balakən rayonu Mahamalar kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi X1 09 sentyabr 2013-cü ildə Balakən rayonu Mahamalar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-764/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-764/2023
22.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver