Məhkəmə qərarları › İş №e-2(019)-78/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-78/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-78/2024 22.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ċavabdeh Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ċavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X6 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN (bir min beş yüz manat), X3 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN (bir min beş yüz manat), “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilən 2200 AZN (iki min iki yüz manat) sığorta ödənişi məbləğinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73 AZN (yetmiş üç manat) dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Vaz 2101” markalı, 08 BB780 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X10, X8 az ağır dərəcəli xəsarət almış və “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2200 AZN (iki min iki yüz manat) zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq X6 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN (bir min beş yüz manat), X3 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN (bir min beş yüz manat) və “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2200 AZN (iki min iki yüz manat) sığorta ödənişi həyata keçirmişdir. Balakən Rayon Məhkəməsinin 1(019)-53/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmişdir. Cavabdeh hadisə zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti ASC zərərçəkənə zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2 maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində Sığortaçıya keçmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, keçiriləcək məhkəmə iclaslarında icraatlarında olan işlərin çoxluğu və uzaq məsafə ilə bağlı üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini bildirərək mülki iş üzrə keçiriləcək bütün hazırlıq və baxış iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPMnin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyi üçün hazırki işə Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinin tələbləri tətbiq edilə bilməz. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatda göstərilir ki, VAZ-2101 markalı 62BL968 dövlət qeydiyyat nişanlı avtomobilə 2200 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 110332 nömrəli sığorta aktından görünür ki, sığortalı avtomobilin YNH-si zamanı X10 az ağır xəsarət almışdır. Sığorta məbləği 5000 AZN olduğundan X2 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 AZN (bir min beş yüz manat) təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 7126 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 110332 saylı sıgorta aktına əsasən sığortalı X9 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi məbləği köçürmə yolu ilə ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 110334 nömrəli sığorta aktından görünür ki, sığortalı avtomobilin YNH-si zamanı X8 az ağır xəsarət almışdır. Sığorta məbləği 5000 AZN olduğundan X1 vurulan zərərə görə sığorta ödənişinin məbləği 1500 AZN (bir min beş yüz manat) təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 7125 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 110334 saylı sıgorta aktına əsasən sığortalı X5 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi məbləği köçürmə yolu ilə ödənilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 1(019)-53/2023 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-cü il tarixli, 360 nömrəli rəyində göstərilmişdir ki, X7 müəyyən edilmiş xəsarət--- Sağ bazu sümüyünün aşağı ucunun qapalı-qəlpəli yerdəyişən sınığı-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci ildə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-cü il tarixli, 359 nömrəli rəyində göstərilmişdir ki, Uzunovda müəyyən edilmiş xəsarət--- Sağ sirkə kasasının dibinin yerini dəyişməyən sınığı, soldan oturaq sümüyünün ikili və qasıq sümüklərinin qəlpəli yerdəyişən sınıqları, başının sol gicgahında sınıq, sol dirsəkdə yaralar-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-cü il tarixli, 361 nömrəli rəyində göstərilmişdir ki, X4 müəyyən edilmiş xəsarət--- Sağ mil sümüyünün aşağı ucunun yerdəyişməyən qapalı sınığı-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci ildə üdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti hazırki iddianın qaldırılması üçün 72.60 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 9/8366 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla "Vaz 2101” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1600,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 14 dekabr 2023-cü il tarixli, 9/8366 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsnə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə VAZ-2101 markalı 62BL968 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan məbləği ilə bağlı Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatla məhkəməəmtəəşünaslıq ekspertizasının 14 dekabr 2023-cü il tarixli 9/8366 nömrəli rəyi arasında ziddiyyətə işdəki mötəbər sübutlar əsasında hüquqi qiymət verərək, hesab edir ki, bu xüsusda yol-nəqliyyat hadisəsi nəticəsində sözügedən avtomobilə vurulmuş ziyanın məbləği barədə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 9/8366 nömrəli rəyi mötəbər sübut kimi qəbul edilir. Belə ki, qeyd olunan ekspertiza rəyi həmin avtomobilə vurulan ziyanla bağlı daha son və obyektiv məlumatları əks etdirir və daha düzgündür, müasir tədqiqat metodlarına əsaslanmışdır. Ona görə də məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 dekabr 2023-cü il tarixli 9/8366 nömrəli rəyinə istinad edərək, Cavabdeh iddiaçı təşkilata VAZ-2101 markalı 62BL968 dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödəniş məbləğini 1600 manat məbləğində qəbul edir. Məhkəmə həmçinin işdəki digər mötəbər sübutlara istinad edərək, cavabdehin iddiaçıya sığorta ödənişi borcunu X6 az ağır dərəcəli xəsarətinə görə 1500 manat, X3 az ağır dərəcəli xəsarətinə görə 1500 manat məbləğində qəbul edir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, xx.xx.2021-ci il tarixində Cavabdeh tərəfindən idarə olunan “Vaz 2101” markalı, 08 BB780 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X10 və X8 az ağır dərəcəli xəsarətlər almış və “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Balakən Rayon Məhkəməsinin 1(019)-53/2023 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən X6 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN (bir min beş yüz manat) və X3 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN (bir min beş yüz manat) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 9/8366 №-li rəyi ilə “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər hadisə baş verən tarixə görə 1600 manat qiymətləndirilmişdir. Məhkəmə də həmin ekspertiza rəyində göstərilən “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nömrəli avtomobilə görə 1600 manat ziyan məbləğini əsas kimi qəbul etməklə həmin avtomaşına görə sığorta ödənişi məbləğini də 1600 manat məbləğində qəbul etmişdir. Cavabdeh hadisə zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi üçün iddiaçı "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 72.60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi əsasında sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, «faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi -100 faiz; 14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi-100 faiz; 14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması: 14.2.3.1. İ qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz; 14.2.3.2. İİ qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz; 14.2.3.3. İİİ qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz; 14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz; 14.2.5. yüngül xəsarət alması – 15 faiz. 14.3. Bu Qanunun və ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunların məqsədləri üçün ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunda ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işin hallarının hüquqi qiymətləndirilməsi əsasında hesab edir ki, iddiaçının Cavabdeh qarşı yönəltdiyi X6 az ağır dərəcəli xəsarətinə görə 1500 manat, X3 az ağır dərəcəli xəsarətinə görə 1500 manat iddia tələbi əsaslıdır, tam təmin edilməlidir. Lakin “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2200 manat iddia tələbi isə 1600 manat hissədə təmin edilməli, 1600 manat tələbdən artıq tələb hissəsində isə təmin edilməməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizanın 14 dekabr 2023-cü il tarixli, 9/8366 nömrəli rəyində sığorta hadisə baş verən vaxt sığorta müqaviləsinin predmeti olan sözügedən “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nömrəli avtomobilə görə 1600 manat ziyan dəydiyi müəyyən edilmişdir və həmin rəy daha son məlumatları əks etdirməklə və tədqiqat metodlarına əsaslanmaqla daha obyektiv və ədalətlidir. Ona görə də bu xüsusda məhkəmə 122069 №-li sığorta aktında göstərilən 2200 manatı vurulan ziyanla bağlı mötəbər əsas kimi, həmin sənədi isə mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X6 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN (bir min beş yüz manat), X3 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN (bir min beş yüz manat), “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilən 1600 AZN (bir min altı yüz manat) sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 64,22 AZN dövlət rüsumu məbləği Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 50 manat ekspertiza xərcinin 44,23 manatı Cavabdeh və 5,77 manatı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X6 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN (bir min beş yüz manat), X3 az ağır dərəcəli xəsarətinə görə 1500 AZN (bir min beş yüz manat), “VAZ 2101” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilən 1600 AZN (bir min altı yüz manat) sığorta ödənişi məbləği və ödənilmiş 64,22 AZN dövlət rüsumu məbləği Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin; iddia qalan hissədə təmin edilməsin. İş üzrə 50 manat ekspertiza xərcinin 44,23 manatı Cavabdeh və 5,77 manatı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 büdcə səviyyəsinin kodu:3 ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar