Məhkəmə qərarları › İş №e-2(019)-781/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-781/2024

11.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-781/2024 11.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X17 katibliyi, Ərizəçi, Maraqlı şəxs1 rəisi vəzifəsini icra edən Nümayəndə iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək qardaşı-xx.xx.1944cü il tarixdə Balakən rayonunun Xalatala kəndində doğulmuş X7 xx.xx.2003-cü il tarixdə Balakən rayonunun Xalatala kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Xalatala kəndində doğulmuş, Xalatala kəndində yaşayır. Valideynləri- atası 1906-cı il tarixdə Balakən rayonunun Xalatala kəndində doğulmuş X24 1976-cı il tarixdə, anası -1920-ci il tarixdə doğulmuş X19 xx.xx.2007-ci il tarixdə ölmüşlər. Valideynləri vəfat etdikdən sonra onlardan müəyən əmlak miras qalmışdır. Həmin miras qalmış əmlakla bağlı vərəsəliyin açılması üçün notariat kontoruna müraciət etmək istəyir. Lakin xx.xx.1944-cü il tarixdə doğulub, xx.xx.2003-cü il tarixdə xəstəlikdən ölmüş X2 ölüm şəhadətnaməsi olmadığından bu hərəkətləri edə bilmir. Qardaşı X4 rayonunun Xalatala kəndində xəstəlikdən ölmüş, kənd qəbiristanlığında dəfn edilmişdir. Qardaşı öldükdən sonra onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Qardaşı yaşadığı müddətdə evlənməmiş və uşaqları olmamışdır X2 adına ölüm haqqında şəhadətnamə alınması ilə bağlı Balakən rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şöbəyə qardaşının ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən həkim arayışını təqdim edə bilməmişdir. Buna görə də qardaşı Muhmahacıyevin adına ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri mümkün olması barədə ona məktubla cavab verilmişdir. Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Məhkəmə iclasında Maraqlı şəxs1 rəisi vəzifəsini icra edən Nümayəndə izahatında göstərdi ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə şöbəyə müraciət edərək 2003-cü ildə Balakən rayonunun Xalatala kəndində vəfat etmiş qardaşı- X7 ölümünün şöbədə qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini şöbəyə təqdim etmədiyinə görə ona qardaşının ölümü barədə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi X5 xx.xx.1944-cü il tarixdə anadan olmuş, evlənməmiş, xx.xx.2003-cü ildə xəstəlikdən ölmüşdür. X1 qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun uzaq qohumudur. Ərizəçi X5 xx.xx.1944-cü il tarixdə anadan olmuş, evlənməmiş, xx.xx.2003-cü ildə xəstəlikdən ölmüşdür. X1 qəbiristanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, ləğv olunmuş Balakən rayon Xalatala kənd soveti tərəfindən 18 iyul 1961-ci il tarixdə verilmiş 084774 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1944-cü ildə anadan olmuş, atası X24, anası X20 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, ləğv olunmuş Balakən rayon Xalatala kənd soveti tərəfindən 13 yanvar 1950-ci il tarixdə verilmiş 206896 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1950-ci ildə anadan olmuş, atası X28, anası X20 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 may 2024-cü il tarixli 218 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.2007-ci il 11 nömrəli ölüm aktında adı qeyd olunan X21 ilə X15 doğum şəhadətnaməsində ana qrafasında adı qeyd olunan X20 ilə eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli 285 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1976-cı il tarixdə Xalatala İcra nümayəndəliyində tərtib olunmuş 08 saylı ölüm aktında göstərilmiş X26 ilə 1950-ci ildə Xalatala İcra nümayəndəliyində 1 nömrə ilə tərtib olunmuş Ərizəçi Mahamad qızının doğum şəhadətnaməsində ata qrafasında adı qeyd olunan X28 eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Xalatala kənd icra nümayəndəliyi tərəfindən 21 may 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 350571 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs1 tərəfindən 12 iyul 2024-cü il tarixdə verilmiş 05/69-231 nömrəli arayışdan görünür ki, X24 xx.xx.1976-cı il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs1 tərəfindən verilmiş 22 may 2024-cü il tarixli 05/69-191 nömrəli arayışda göstərilmişdir ki, xx.xx.1944-cü il tarixdə Balakən rayonunun Xalatala kəndində doğulmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 may 2024-cü il tarixli 217 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1944-cü il tarixdə Balakən rayonunun Xalatala kəndində doğulmuş X11 həqiqətən 2003-cü ildə vəfat etmiş və Xalatala kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Balakən Rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış 27 may 2024-cü il tarixli 18-1-27/2-M- 177-42-119/2024 nömrəli arayışında göstərilmişdir ki, X12 ölümünə dair məlumatlar Balakən rayon Mərkəzi Xəstəxanasında ( ölüm hallarının qeydə alınması-2003-cü il) qeydə alınmamışdır İşdə olan və məhkəmə iclasında tədqiq Balakən rayon İcra Hakimiyyəti başçısının Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli 238 nömrəli arayışda göstərilmişdir ki, o, həqiqətən Xalatala kənd sakini idi, evlənməyib, uşaqları olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-153A,KOD-40115018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə X14, X9, X16 Balakən rayonu Şərif kəndi ərazisindən 0.25 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi qardaşı- xx.xx.1944-cü il tarixdə Balakən rayonunun Xalatala kəndində doğulmuş X11 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Çankayev Muhmahacıyevin ölümü Qeydiyyat orqanında qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Ərizəçi qardaşının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxs1nə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah edilmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi qardaşı -xx.xx.1944-cü il tarixdə Balakən rayonunun Xalatala kəndində doğulmuş X7 xx.xx.2003-cü il tarixdə Balakən rayonu Xalatala kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi qardaşı -xx.xx.1944-cü il tarixdə Balakən rayonunun Xalatala kəndində doğulmuş X7 xx.xx.2003-cü il tarixdə Balakən rayonu Xalatala kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar