Məhkəmə qərarları › İş №e-2(019)-840/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-840/2025

30.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-840/2025 30.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 765 manat məbləğində sığorta ödənişi, 30.00 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Sığorta Şirkəti ASC-də Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyənin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh tərəfindən idarə olunan “X4 2529L” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəcədə “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh tərəfindən idarə olunan “X4 2529L” markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi zamanı inzibati xəta törətdiyindən AR İXM-nin 327.6-ci maddəsi ilə təqsirli bilindiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mərkəzi X2 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyəti sığortalamış sığortaçısı olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq 765 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 765 manat məbləğində pulun ödənilməsi tələbi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindənİddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi tarixində Cavabdeh tərəfindən idarə olunan “X4 2529L” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan “X4 2529L” markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyəni sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 765 manat məbləğində sığorta ödənişi müvafiq qaydada Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilmişdir. Hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəcəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 765 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin XXİİİ-İ-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizənin sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 23 iyun 2025-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari Sığorta Bürosunun çıxarışından görünür ki, “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmışdır. İcbari Sığorta Bürosunun çıxarışından görünür ki, “X4 2529L” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. xx.xx.2023-cü il tarixli TP6078940 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Xaçmaz RPŞ-də verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə arxaya manevr edən zaman “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurduğunu, polisə və sığortaya məlumat vermədən hadisə yerini tərk etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli 28860 N-li qiymətləndirmə aktından görünür ki, “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə 765 manat məbləğində zərər dəymişdir. 72518 saylı ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 765 manat sığorta ödənişini zərərçəkmiş X1 hesabına ödəmişdir. subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 765 manat məbləğində pulun ödənilməsi tələbi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindənİddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mərkəzi X2 “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə 25/2 saylı 29 iyun 2022-ci il tarixli Qərarının: 5.2-ci maddəsinə əsasən zərərvuranın sığortaçısı subroqasiya tələbi irəli sürmüş zərərçəkənin sığortaçısı qarşısında sığorta ödənişinin Qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirilməsi üçün öhdəlik daşıyır. 5.3-cü maddəsinə əsasən sığorta ödənişi verildikdən sonra zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsini təsdiq edən, qiymətləndirmənin nəticələrini əks etdirən və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən məlumatları və sənədlərin surətlərini iddia faylına daxil edir. 5.4-cü maddəsinə əsasən bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş sənədlərin sonuncusu iddia faylına daxil edildikdən sonra zərərçəkənin sığortaçısı informasiya sistemi üzərindən zərərvuranın sığortaçısına qarşı subroqasiya tələbi yaradır və informasiya sistemi vasitəsilə Büroya təqdim edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, “X4 2529L” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış, sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığorta hadisəsi baş vermiş və həmin avtomobili idarə edən cavabdeh yol hərəkəti qaydalarını pozmuş, onun təqsiri nəticəsində “Kia Sorento” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilə 765 manat maddi ziyan dəymişdir. Zərərçəkənin sığortaçısı olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığorta ödənişini zərərçəkənin hesabına ödəmiş, daha sonra zərərvuranın sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC-yə qarşı subroqasiya hüququndan istifadə etmişdir. Cavabdeh hadisə yerindən yayınmış olduğundan iddiaçının hadisəni törətmiş şəxsə qarşı sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 765 AZN məbləğində sığorta ödənişi, ödənilmiş 30 AZN dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 765 AZN məbləğində sığorta ödənişi və 30 AZN dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar