Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-853/2023 25.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentin artırılması hissəsində təsdiq edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs2 ilə xx.xx.2015-ci il tarixdə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 19 sayla rəsmiləşdirməklə evlənmişlər. Maraqlı şəxslə birgə nikahdan 28 oktyabr 2016-cı ildə X10 anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığına görə və birgə yaşamaları mümkün olmadığından Maraqlı şəxs2 ilə ayrılmışlar. Balakən Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli 2(019)- 1221/2017 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahdan olan uşağın onun yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat alimentin Maraqlı şəxs2dan tutulması qət edilmişdir. Bundan sonra Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-646/2021 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilmişdir. Belə ki, Maraqlı şəxs2 X18 MMC-də sosial işçi işləyir. Maraqlı şəxs2 ödədiyi 140 manat alimentlə hazırki dövrdə uşağı saxlamaq və onun tələbatını ödəmək çox çətindir. Maraqlı şəxs2 uşağın saxlanması üçün hər ay hər uşaq üçün 220 manat aliment ödəmək iqtidarındadır. Aliment məbləğinin müəyyən olunması ilə bağlı mediatora müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs2 ilə aliment məbləğinin təyin olunması ilə bağlı razılığa gəlmiş və bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs2 hər ay 180 manat aliment ödəməlidir və əmək haqqının artdığı vaxtlarda isə alimentində miqdarının artırılmasına razılaşmışdır. Lakin Maraqlı şəxs2 barışıq sazişinin şərtlərini tam olaraq pozmuş, ödənişləri tam etməmişdir. Uşaqların maddi tələbatlarının ödənilməsinə kifayət qədər vəsait tələb olunmasına baxmayaraq Maraqlı şəxs2 uşağa ödəyəcəyi alimenti tam ödəmir. Uşaq 7 yaşındadır, məktəbdə oxuyur, onun təhsil xərcləri kifayət qədər çoxdur, onun hər hansı rəsmi və ya qeyri rəsmi iş yeri yoxdur. Maraqlı şəxs2 həmin vaxtdan bu günədək barışıq sazişinin alimentin artırılması hissəsində göstərilən tələbi icra etməmişdir. Eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında göstərmişdir ki, Ərizəçi ilə xx.xx.2015-ci il tarixdə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 19 sayla rəsmiləşdirməklə evlənmişlər. Madinat Ramazanovla ilə birgə nikahdan 28 oktyabr 2016-cı ildə X10 adında uşaqları anadan olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli 2(019)- 1221/2017 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahdan olan uşağın Ərizəçi yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat alimentin ondan tutulması qət edilmişdir. Bundan sonra Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-646/2021 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilmişdir. O, X18 MMC-də sosial işçi işləyir. Ərizəçi alimentin miqdarının artırılması tələbi ilə mediatora müraciət etmişdir. Mediasiya prosesində Ərizəçi ilə aliment məbləğinin təyin olunması ilə bağlı razılığa gəlmiş və bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən o, hər ay 180 manat aliment ödəməlidir və əmək haqqının artığı vaxtlarda isə alimentində miqdarının artırılmasına razılaşmışlar. Lakin o, maddi imkanı olmadığına görə ödənişləri tam etməmişdir. Ərizənin təmin olunmasına və barışıq sazişinin aliment hissəsində təsdiq olunmasına razıdır. Məhkəmə ərizəçinin nümayəndəsinin yazılı razılığı əsasında ərizədə maraqlı şəxs kimi göstərilməli olmayan, lakin göstərilən Maraqlı şəxs1 əsl olan maraqlı şəxs X7 ilə əvəz etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maraqlı şəxs mediator X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə maraqlı şəxs mediator X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd ərazi nümayəndəliyi tərəfindən 19 avqust 2020-cı il tarixdə verilmiş AZ-T 148102 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə anadan olmuş, atası X13, anası X3 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-646/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunmuş, Balakən Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(019)- 1221/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış); 28 oktyabr 2016-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh Maraqlı şəxs2 hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq, iddiaçı Ərizəçi xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş mediasiya prosesi zamanı bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya zamanı tərəflər Maraqlı şəxs2 və X11 aliment miqdarının artırılmasında razılığa gəldilər. 1. Maraqlı şəxs2 tərəfindən şəxsiyyət vəsiqəsi AZE N:18819050 , xx.xx.2016-cı il təvəllüdlü övladı X1 üçün 30 aprel 2023-cü il tarixindən başlayaraq hər ay 180 (yüz səksən) manat məbləğində alimentin X6 cari bank hesabına (kart hesabına) ödənilməsinə və Maraqlı şəxs2 əmək haqqısının artığı dövrlərdə aliment miqdarının artırılmasında razılığa gəldilər. 2. Maraqlı şəxs2 Azərbaycan Respublikasında və xarici dövlətdə olduğu müddətlərdə alimenti ödəyəcəyinə razılıq verir. 3. Mediasiya zamanı tərəflər X2 Kamran Ramazan oğlu övladı X10 ilə ayda 2 (iki) dəfə şənbə və ya bazar günləri olmaqla, saat 09:00- dan 13:00-a kimi ünsiyyətdə olmalarına razılığa gəldilər. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs2 ilə xx.xx.2015-ci il tarixdə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 19 sayla rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından 28 oktyabr 2016-cı ildə X10 anadan olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2017-cü il tarixli 2(019)-1221/2017 nömrəli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, birgə nikahdan olan uşağın ərizəçinin yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat alimentin Maraqlı şəxs2 tutulması qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-646/2021 nömrəli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilmişdir. Tərəflər arasında mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişinə əsasən tərəflər Maraqlı şəxs2 və X11 aliment miqdarının artırılmasında razılığa gəlmiş; 1. Maraqlı şəxs2 tərəfindən şəxsiyyət vəsiqəsi AZE N:18819050, xx.xx.2016-cı il təvəllüdlü övladı X1 üçün 30 aprel 2023-cü il tarixindən başlayaraq hər ay 180 (yüz səksən) manat məbləğində alimentin X6 cari bank hesabına (kart hesabına) ödənilməsinə və Maraqlı şəxs2 əmək haqqısının artığı dövrlərdə aliment miqdarının artırılmasında razılığa gəlinmiş; 2. Maraqlı şəxs2 Azərbaycan Respublikasında və xarici dövlətdə olduğu müddətlərdə alimenti ödəyəcəyinə razılıq vermiş; 3. Mediasiya zamanı tərəflər X2 Kamran Ramazan oğlu övladı X10 ilə ayda 2 (iki) dəfə şənbə və ya bazar günləri olmaqla, saat 09:00- dan 13:00-a kimi ünsiyyətdə olmalarına dair razılığa gəlmişlər. Lakin Maraqlı şəxs2 barışıq sazişinin şərtlərini pozmuş, barışıq sazişinin alimentin artırılması hissəsində göstərilən tələbi icra etməmiş, barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs2 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentin artırılması hissəsində təsdiq edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 onnula ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin alimentin artırılması hissəsində təsdiq edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, hazırki xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdhelərdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından görünür ki, Maraqlı şəxs2 işdə olan mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilənin tərəfi olaraq 100 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmadığından ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə MŞŞ/MT001/2023-00763 nömrə ilə bağlanmış barışıq sazişi alimentin artırılması hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə MŞŞ/MT001/2023-00763 nömrə ilə bağlanmış barışıq sazişi alimentin artırılması hissəsində təsdiq edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-853/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-853/2023
25.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver