Məhkəmə qərarları › İş №e-2(019)-857/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-857/2024

21.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-857/2024 21.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, onun Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa 200 manat olmaqla, cəmi 400 manat aliment ödəməsi üçün xx.xx.2023-cü il tarixdə Balakən rayon Mediasiya Şurasında bağlanmış Barışıq sazişinin məcburi icrası üçün Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Murad və xx.xx.2015-ci il tarixdə Alina adlı övladları doğulmuşdur. Uşaqlar onun himayəsində yaşayırlar. xx.xx.2023-cü il tarixdə onlar Balakən rayon Mediasiya Şurasında razılığa gələrək tam Barışıq sazişi bağlamışlar. Həmin Barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs Barışıq sazişinə əməl etməyərək, razılığı pozaraq alimenti ödəmir. Ona görə də o, məcbur qalaraq Barışıq sazişinin məcburi icraya yönəldilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək onun və uşaqlarının səhhətində olan probdlemlərlə bağlı 21 avqust 2024-cü il tarixdə rayon ərazisində olmayacağını, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini ,məhkəmədə iştirak edə bilməyəcəyinin səbəbini üzürlü hesab edilməsini göbstərərək ərizəyə onun iştirakı olmadan baxaraq ərizəsinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında göstərdi ki, o, Ərizəçi ilə xx.xx.2014-cü ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Murad və xx.xx.2015-ci il tarixdə Alina adlı övladları doğulmuşdur. Uşaqlar ərizəçinin himayəsində yaşayırlar. xx.xx.2023-cü il tarixdə onlar Balakən rayon Mediasiya Şurasında razılığa gələrək tam Barışıq sazişi bağlamışlar. Həmin Barışıq sazişinə əsasən o, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. O, Balakən rayon Polis şöbəsində işləyir və 800 manat əmək haqqı alır. O, hər ay alimenti vaxtında ödəmişdir. İyul ayında kredit borcunu ödədiyi üçün alimenti ödəyə bilməmişdir. Bundan sonra alimenti vaxtında ödəyəcəkdir. Ərizənin təmin edilməsinə etiraz etmir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 033381 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,Maraqlı şəxs ilə X4 arasında xx.xx.2014cü ildə 31 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 fevral 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 446723 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 mart 2014-cü ildə anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 iyul 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 572327 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Barışıq Sazişində göstərilmişdir ki; 1.Tərəflər barışışq sazişi bağlayaraq nikahın pozulmasına hər iki tərəf razılaşdı.Aliment məbləğində hər ay hər uşaq üçün 200 AZN (iki yüz manat) məbləğində aliment ödəməyə ata Maraqlı şəxs razılaşdı.Atayla ünsiyyətə hər həftənin şənbə və bazar günü saat 09:00-dən 20:00-dək olmağına razılaşdılar.Cehiz və qızıl əşyalarının qaytarıdlmasına tərəflər razılaşdılar. Məhkəmə, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs ilə nikahlarını xx.xx.2014-cü ildə Balakən rayon Qeydiyyat Şöbəsində 31 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə X7 və xx.xx.2015-ci ildə X6 adında iki uşaqları olmuşdur. Nikahın pozulması ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs ilə hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment ödənilməsi ilə bağlı razılığa gəlmişlər və bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış, xx.xx.2023-cü il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 200 manat-cəmi 400 manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunmalı, alimentin tutulması ,barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış aylıq ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış, xx.xx.2023-cü il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından xx.xx.2014-cü ildə doğulmuş X5 və xx.xx.2015-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunsun. Alimentin tutulması, barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış aylıq ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar