Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-858/2025 14.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin,onun Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair ərizəsinin qaytarılmasına dair ərizəsinə baxaraq müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “Opel Astra” markalı ,** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 200 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə,işdə olan sənədlərə baxaraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “Opel Astra” markalı ,** FX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 200 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ərizəsi təmin edilməli, onun iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilsin. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat bu qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılsın. İddiaçıya ümumi əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-858/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-858/2025
14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver