Məhkəmə qərarları › İş №e-2(019)-876/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-876/2025

09.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-876/2025 09.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs1 ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2023cü il tarixdən başlayaraq birgə nikahlarından 05 dekabr 2007-ci il tarixdə anadan olmuş X2 və 11 mart 2009-cu il tarixdə anadan olmuş X3 baxılması üçün hər ay hər uşaq üçün 150 manat alimentin Maraqlı şəxs1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə 2006-cı ilin yanvar ayının 11-də evlənmişlər. Nikahlarını 06 sentyabr 2007-ci ildə Balakən rayonu Talalar kənd İnzibati Ərazi Dairəsində 21 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından 05 dekabr 2007-ci il tarixdə X5, 11 mart 2009-cu il tarixdə isə X6 adında iki uşaqları olmuşdur. Evləndiyi ilk vaxtlarda Maraqlı şəxs1 ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Daha sonra aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermiş, münasibətləri pisləşmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-746/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Mediasiya prosesində Maraqlı şəxs1 ilə birgə nikahlarından olan uşaqların baxılması üçün hər ay hər uşaq üçün 150 manat alimentin ona verilməsinə razılaşmışlar. Bu barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalamışlar. Maraqlı şəxs1 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddələrinə əsasən işə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İ seriyalı 492084 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 ilə Ərizəçi arasında olan nikah Balakən Rayon Məhkəməsinin e-2(019)-746/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-746/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs1 ilə Ərizəçi arasında 06 sentyabr 2007-ci ildə Balakən rayonu Talalar kənd inzibati ərazi dairəsində 21 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə verilmiş barışıq sazişində göstərilmişdir ki, sazişin nəticələri: 1.Nikahın pozulması -Tərəflər Maraqlı şəxs1 və Ərizəçi Balakən rayon Talalar qeydiyyat şöbəsində AZ -İİ N 340171 qeydə alınmış nikahın pozulmasına hər iki tərəf razılaşdılar. 2.Uşağin himayəsi - Birgə nikahdan dünyaya gələn xx.xx.2007-ci il doğumlu X2 və xx.xx.2009-cu il doğumlu X3 ana Ərizəçi himayəsinə verilməsinə ata -X7 razılaşdı . 3.Aliment tələbi - Birgə nikahdan dünyaya gələn xx.xx.2007-ci il doğumlu X2 və xx.xx.2009-cu il doğumlu X3 yaşayışı üçün nəzərdə tutulan alimentin hər bir uşaq üçün hər ay 150 AZN (yüz əlli manat) olmağına tərəflər razıdaşdı.Alimentin ödəniş qaydası avqust ayından etibarən Ərizəçi məxsus - Bank kart nomrəsi 4169 7388 5116 3125 hesabına ödəniləcək. 4.Atayla ünsiyyət-Birgə nikahdan dünyana gələn xx.xx.2007-ci il doğumlu X5 və xx.xx.2009-cu il doğumlu X3 atayla hüququnun təmin olunmasına hər iki tərəf Maraqlı şəxs1 və Ərizəçi razılaşaraq Şənbə günü 10-00 dan 19-00-dək olmağına qərar verdi. 5.Uşaqların yaşayış yerinin müəyyən olunması - Birgə nikahdan dünyaya gələn xx.xx.2007-ci il doğumlu X5 və xx.xx.2009-cu il doğumlu X3 yaşayış yerinin müəyyən olunması tələbi ilə tərəflər razılaşaraq qərar vedilər ki, uşaqların yaşayış hüqüqunun təmin olunmasında ata Maraqlı şəxs1, ana X4 həmin evdə yaşamamaq şərti ilə razılaşdılar.Hər iki tərəf Maraqlı şəxs1 Ərizəçi bu razılaşmanı imzaları ilə təsdiq etdilər. 6.Cehiz tələbi və qızıl zinət əşyalarının tələbi ilə bağlı iddiaları tərəflər Maraqlı şəxs1 və Ərizəçi oz aralarında razılaşdılar. Məhkəmə Ərizəçi izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs1 11 yanvar 2006-cı il tarixdə qeyri-rəsmi nikahla evlənmişlər.Nikahlarını 06 sentyabr 2007-ci ildə Balakən rayonu Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 21 nömrə ilə rəsimiləşdirmişlər. Tərəflərin birgə nikahlarından 05 dekabr 2007-ci ildə X5 və 11 mart 2009-cu ildlə X6 adında iki uşaqları doğulmuşdurlar.Tərəflər arasında olan nikah pozulmuşdur. Nikahın pozulması, aliment və digər tələblər ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, mediasiya sessiyası keçirilmiş, tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır.Cavabdeh Maraqlı şəxs1 05 dekabr 2007-ci ildə anadan olmuş X2 və 11 mart 2009-cu ildə anadan olmuş X3 yaşayışı üçün hər ay hər uşaq üçün 150 AZN (yüz əlli manat ) alimenti Ərizəçi məxsus - Bank kart nomrəsi 4169 7388 5116 3125 hesabına ödəyəcəyinə razılaşmışdır. Maraqlı şəxs1 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən, yəni müəyyən olunmuş alimenti ödəmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflər arasında xx.xx.2023-cü il tarixli barışıq sazişinin bağlanmasını, barışıq sazişinin qanuna uyğun olmaqla tərəflərin mənafeyinə zidd olmamasını, eyni zamanda barışıq sazişinin yalnız alimentə aid olmamasını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi, onların birgə nikahından 05 dekabr 2007-ci ildə anadan olmuş X2 və 11 mart 2009cu ildə anadan olmuş X1 üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq Ərizəçi məxsus - Bank kart nomrəsi 4169 7388 5116 3125 olan hesaba ödənilməsinə aid hissədə təsdiq olunmalı, alimentin tutulması barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməli; ərizə qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi, onların birgə nikahından 05 dekabr 2007-ci ildə anadan olmuş X2 və 11 mart 2009-cu ildə anadan olmuş X1 üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat məbləğində aliment tutularaq Ərizəçi məxsus - Bank kart nomrəsi 4169 7388 5116 3125 olan hesaba ödənilməsinə aid hissədə təsdiq olunsun; alimentin tutulması,barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2023-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin; ərizə qalan hissədə təmin olunmasın. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q. Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar