Məhkəmə qərarları › İş №e-2(019)-911/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-911/2022

05.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-911/2022 05.10.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək tərəflərin birgə nikahından dünyaya gəlmiş X1 üçün ata- Maraqlı şəxs tərəfindən uşaq üçün hər ay 200 manat aliment ödəməsi barədə 22 avqust 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, 02 may 2019-cu il tarixdə Maraqlı şəxs ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış 22 avqust 2022-ci il tarixli barışıq sazişinə əsasən birgə nikahdan olan X3 anasının himayəsinə verilməsinə razılaşmışlar. Həmçinin ata- Maraqlı şəxs tərəfindən uşaq üçün hər ay 200 manat aliment ödəməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs alimenti barışıq sazişində göstərilən müddətdə ödəməmiş ,dörd gündən sonra ödəmişdir. Maraqlı şəxs bundan sonra da barışıq sazişinin şərtlərinə əməl etməyəcəkdir. Ona görə də barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında göstərdi ki, 02 may 2019-cu il tarixdə Ərizəçi ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış 22 avqust 2022-ci il tarixli barışıq sazişinə əsasən birgə nikahlarından olan X3 anasının himayəsinə verilməsi , onun uşaq üçün hər ay 200 manat aliment ödəməsi barədə razılığa gəlmişlər. O, maddi imkanı olmadığından alimenti barışıq sazişində göstərilən vaxtdan dörd gün sonra ödəmişdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22 avqust 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs alimentin məbləğinin müəyyən olunmasına razıdırlar, cavabdeh hər ay 200 manat məbləğində aliment ödəməyə razılaşmışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs ilə 02 may 2019-cu-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X4 adında bir uşaqları olmuşdur. Aliment məbləğinin müəyyən olunması ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs ilə 200 manat aliment məbləğinin müəyyən olunması ilə bağlı razılığa gəlmişlər və bu barədə 22 avqust 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmişdir.Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 22 avqust 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, barışıq sazişinin bağlandığı 22 avqust 2022-ci il tarixdən hesablanmaqla (barışıq sazişi bağlanandan sonra Maraqlı şəxs aliment ödənişləri nəzərə alınmaqla) xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 22 avqust 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. 22 avqust 2022-ci il tarixdən hesablanmaqla (barışıq sazişi bağlanandan sonra Maraqlı şəxs aliment ödənişləri nəzərə alınmaqla) xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar