Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-923/2025 25.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 və Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Mamedova (Musayeva) Aşura Musa qızının 28 noyabr 2015-ci ildə Balakən rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1991-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuşdur. X3, anası X2r. X1 atası Ərizəçi Abdusalam oğlu, anası isə Mamedova (Musayeva) Aşura Musa qızı olmuşdur. Ərizəçi Abdusalam oğlu və Mamedova (Musayeva) Aşura Musa qızının nikahları xx.xx.1963-cü ildə Balakən rayon Qullar kənd İcra Nümayəndəliyində 65 nömrəli aktla qeydə alınmışdır. Ərizəçi Abdusalam oğlu xx.xx.2019-cu ildə Balakən rayonunda vəfat etmişdir. Mamedova (Musayeva) Aşura Musa qızı isə xx.xx.2015-ci ildə ölmüşdür. Lakin onun ölüm haqqında akt qeydi Balakən rayon qeydiyyat şöbəsində aşkar edilməmişdir. Ərizəçi Abdusalam oğlu və X7 Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə 0.10 ha həyətyanı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə JN 426F Kod 40107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. xx.xx.2010-cu ildə Balakən Rayon Dövlət Notariat Kontorunda vəsiyyətnamə yazdırmaqla Ərizəçi Abdusalam oğlu ona məxsus olan bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. O, hazırda miras qalmış əmlakı vəsiyyət üzrə vərəsəlik qaydasında rəsmiləşdirmək istəyir. Hazırda Musayeva (Mamedova) Aşura Musa qızının ölümü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumlarında qeydiyyata alınmadığından notariat orqanlarında miras əmlaka vərəsəlik işi açılması və miras əmlakı rəsmiləşdirmək mümkün deyildir. O, mərhum Ərizəçi Abdusalam oğlundan və Mamedova (Musayeva) Aşura Musa qızından miras qalmış əmlaklara vərəsəlik işinin açılması ilə bağlı X10 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. X10 Xidmət Mərkəzində Notariat Ofisinin notariusu Gülbahar İsmayılova xx.xx.2025-ci il tarixdə 1364 saylı arayış təqdim edərək Mamedova (Musayeva) Aşura Musa qızının ölüm faktını müəyyən edən sənədi təqdim etdikdən sonra müraciətə baxılacağı qeyd edilmişdir. O, Mamedova (Musayeva) Aşura Musa qızının barəsində ölüm haqqında şəhadətnamənin verilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Balakən rayon Qeydiyyat Şöbəsi ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə 2015-ci ildə ölmüş Mamedova (Musayeva) Aşura Musa qızının ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda 2015-ci ildə ölmüş Mamedova (Musayeva) Aşura Musa qızınınölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Bununla bağlı Mamedova (Musayeva) Aşura Musa qızına aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X16 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X11 müraciət edilmiş, Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X16 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X14 tərəfindən xx.xx.2025-ci il tarixli arayışda Mamedova (Musayeva) Aşura Musa qızının ölümündən 10 il keçməsini nəzərə alaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Buna görə Mamedova (Musayeva) Aşura Musa qızının ölməsi faktının müəyyən edilməsi tələbi ilə o məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsi üçün məhkəməyə şahidlər dəvət edəcəkdir. Qeyd edilən şahidlərin siyahısını məhkəmə hazırlıq iclasında təqdim edəcək. Məhkəmə iclasında ərizəçi və nümayəndəsi ərizədə qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi izahatında bildirmişdir ki, Ərizəçi ərizə ilə şöbəyə müraciət etmiş, 2015-ci ildə vəfat etmiş nənəsi Musayeva (Mamedova) Aşura Musa qızının şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, 2015-ci il tarixdə vəfat etmiş nənəniz Musayeva (Mamedova) Aşura Musa qızının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizənin təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Mamedova Aşuranın qızı olduğunu, 2015-ci ildə noyabrda evdə rəhmətə getdiyini, dəri xərçəngi xəstəliyindən əziyyət çəkdiyini, ölüm haqqında şəhadətnamə verilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Mamedova Aşuranın yeznəsi olduğunu, 2015-ci ildə xəstəliyinə görə evdə vəfat etdiyini bildirmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli, 348 nömrəli arayışdan görünür ki, mərhum Mamedova (Musayeva) Aşura Musa qızı 2015-ci ildə Balakən rayon Qullar kəndində vəfat etmiş və Qullar kəndində yerləşən Nastakallar qəbirstanlığında dəfn olunmuşdur. Balakən regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli, 1364 nömrəli arayışdan görünür ki, X6 Musayeva (Mamedova) Aşura Musa qızına münasibətdə vərəsəlik işinin açılması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə X10 Xidmət mərkəzində Notariat Ofisinə müraciət etmişdir .Bildirmişlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 93-cü hissəsinə əsasən: Miras qoyanın ölüm faktını və mirasın açıldığı vaxtı təsdiq edən sənədlər aşağıdakılar hesab edilir: fiziki şəxsin ölümü haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə; şəxsin ölmüş elan edilməsi, yaxud ölümün qeydə alınması faktı barədə çıxarılmış məhkəmə qərarı. Odur ki, ölüm faktını müəyyən edən sənədi təqdim etdikdən sonra müraciətinizə yenidən baxılacaqdır. Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyun 2025-ci il tarixli, 327 nömrəli arayışdan görünür ki, Musayeva (Mamedova) Aşura Musa qızının ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli 05/69- 544 nömrəli arayışdan görünür ki, Ərizəçi Abdusalam oğlu və X4 nikahı haqqında 17 sentyabr 1963-cü il tarixdə 65 nömrəli akt qeydi tərtib olunmuşdur. Arvada Mamedova soyadı verilmişdir. Nikaha M.A.Musayevin xx.xx.2019-cu ildə ölməsi (ölüm xx.xx.2019-cu ildə 34 nömrəli akt qeydi ilə Balkaən rayon Qullar kənd icra nümayəndəliyində qeydə alınmış) ilə bağlı xitam verilmişdir. 29 yanvar 2010-cu ildə Ərizəçi Abdusalam oğlu tərəfindən tərtib olunmuş vəsiyyətnamədən görünür ki, ölən günədək ona məxsus olan Balakən rayonu Qullar kəndində yerləşən şəxsi evini və həyətyanı torpaq sahəsini Balakən rayon Qullar kəndində yaşayan Ərizəçi vəsiyyət etmişdir. Balakən regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 08 iyul 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, 2015-ci il tarixdə vəfat etmiş Musayeva (Mamedova) Aşura Musa qızının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. JN-426F Kod 40107018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə Balakən rayonu Qullar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.10 ha torpaq sahəsi Ərizəçi Abdusalam oğlunun və X5 mülkiyyətinə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı verilmişdir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X16 "Balakən Rayon Mərkəzi Xəstəxanası" X16 tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində ünvanlanmış 2015-ci il tarixində vəfat etmiş X5 ölüm haqqında şəhadətnaməsinin alınması barədə müraciət araşdırılmışdır. Məlumat üçün bildirilmişdir ki, X5 ölümü barədə qeydiyyat müəssisədə qeydə alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmrinə əsasən adı çəkilən şəxsin ölümündən 10 il keçməsini nəzərə alaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi nənəsi Mamedova (Musayeva) Aşura Musa qızı xx.xx.2015-ci il tarixdə Balakən rayonunda vəfat etmiş, Qullar kəndi ərazisində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçinin mərhum nənəsinin ölümü haqqında tibbi şəhadətnamə alınmadığından Balakən rayon Qeydiyyat şöbəsi onun ölümü haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Mamedova (Musayeva) Aşura Musa qızının xx.xx.2015-ci il tarixdə Balakən rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Mamedova (Musayeva) Aşura Musa qızının xx.xx.2015-ci il tarixdə Balakən rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-923/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-923/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver