Məhkəmə qərarları › İş №e-2(019)-949/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-949/2025

31.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-949/2025 31.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə 08 iyul 2020-ci il tarixdə anadan olmuş X2 ilə ünsiyyət hüququnun müəyyən olunmasına dair xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahlarını 03 may 2019cu il tarixdə Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 08 iyul 2020-ci il tarixdə X2 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra cavabdehlə mehriban yaşamışlar. Daha sonra xasiyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 2(019)-1065/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən 27 oktyabr 2023-cü il tarixdən başlayaraq 08 iyul 2020-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Ərizəçi hər ay 180 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Maraqlı şəxs verilməsinə dair qətnamə qəbul edilmişdir. Alimenti vaxtı vaxtında ödəyir. Maraqlı şəxs övladı ilə ünsiyyətinə mane olduğundan mediasiyaya müraciət etmişdir. Aralarında birgə nikahdan 08 iyul 2020-ci il tarixdə anadan olmuş X2 ilə ünsiyyət hüququnun müəyyən olunmasına dair xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Bağlanmış barışıq sazişinin şərtlərinə əsasən 08 iyul 2020-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin bazar günü saat 10:00-dan 14:00-dək ünsiyyətdə olmasına dair razılıq əldə edilmişdir. Aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtlərinə Maraqlı şəxs tərəfindən riayət olunmamışdır. Hər dəfəsində müxtəlif bəhanələr gətirərək övladı ilə ünsiyyətinə mane olur. Bunun üçün məcburiyyət qarşısında qalaraq barışıq sazişinin təsdiq olunmasına dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər Mediasiya sessiyasinda iştirak etdilər. Sazişin Nəticələri: Tərəflər iddiaçı Maraqlı şəxs və cavabdeh Ərizəçi birgə nigahdan dünyaya gələn xx.xx.2020-ci il doğumlu X1 atayla ünsiyyət hüququnun təmin olunmasına hər iki tərəf hər həftənin Bazar günü saat 10:00dan 14:00-dək könüllü olaraq razılaşdılar. Sazişiz imzalandığı vaxtdan təmin olunması qeyd edilmişdir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2-ci maddəsinə əsasən valideynlərin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəfi inkişafına görə məsuliyyət daşıyırlar. 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarıda olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 33.4-cü maddəsinə əsasən barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. İşdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, mediasiya prosesində tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahdan dünyaya gələn 08 iyul 2020-ci il tarixdə anadan olmuş X2 ilə ünsiyyət hüququnun müəyyən olunmasına hər iki tərəf razılaşmış və bu barədə tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Lakin buna baxmayaraq Maraqlı şəxs xx.xx.2025-ci il tarixli barışıq sazişini könüllü şəkildə icra etmir. Buna görə ərizəçi xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etmişdir. Barışıq sazişi qanuna uyğundur və məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 08 iyul 2020-ci il tarixdə anadan olmuş X2 ilə ünsiyyət hüququnun müəyyən olunmasına dair xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355- 25-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında “xx.xx.2020-ci il doğumlu X1 hər həftənin bazar günü saat 10:00-dan 14:00-dək atayla ünsiyyət hüququnun təmin olunmasına” dair xx.xx.2025ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar