Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-978/2023 13.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Ərizəçi ölümün faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək atası-xx.xx.1961-ci il tarixdə doğulmuş X6 xx.xx.2004-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonunun Mahamalar kəndində yaşayır. Onun valideynləri-atası Balakən rayonunun Mahamalar kənd sakini,xx.xx.1961-ci il tarixdə doğulmuş X9, anası isə Balakən rayonunun Mahamalar kənd sakini,xx.xx.1957-ci il tarixdə doğulmuş Şahid1dır. X3 23 noyabr 2004-cü il tarixdə yaşadığı Balakən rayonunun Mahamalar kəndində vəfat etmişdir.O,Mahamalar kənd qəbiristanlığında dəfn olunmuşdur. X1 yaşayış evi, həyətyanı və pay torpaq sahəsi miras qalmışdır. Atasından miras qalmış əmlakla bağlı vərəsəliyin açılması üçün notariat kontoruna müraciət etmək istəyir. Lakin atasınının ölüm şəhadətnaməsi olmadığından bu hərəkəti edə bilmir.X2 adına ölüm haqqında şəhadətnamə alınması ilə bağlı Balakən rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş,lakin şöbəyə atasının ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən həkim arayışını təqdim edə bilməmişdir. Buna görə də atasının adına ölüm şəhadətnaməsinin verilməsinin qeyri mümkün olması barədə ona məktubla cavab verilmişdir. Bu barədə QŞ-nin arayışını ərizəsinə əlavə etmişdir. Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1 ərizəni müdafiə edərək Ərizəçi izahatina uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun oğlu,mərhum X9 isə əri olmuşdur.X5 xx.xx.2004-cü ildə Balakən rayonu Mahamalar kəndində xəstəlikdən ölmüş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun xalası oğludur. Elşənin X3 31 may 2004-cü il tarixdə Balakən rayonu Mahamalar kəndində xəstəlikdən ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “Balakən Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən Balakən rayonu Vəkil bürosunun vəkili Nümayəndə1 ünvanladığı məktubdan görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X6 ölümü barəsində ölüm aktı kitabında qeydə alınmayıb. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən 15 sentyabr 2023-cü il tarixdə verilmiş 05/69-486 nömrəli arayışdan görünür ki, 17 mart 1961-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 16 sentyabr 2023-cü il tarixli 3-16-5/8-H-15-664/2023 nömrəli məktubda göstərilmişdir ki, “Maraqlı şəxsnə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə xx.xx.2004-cü il tarixdə vəfat etmiş atanız X6 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-194-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi,ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır.Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür.Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.2004-cü il tarixdə vəfat etmiş atanız X6 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 sentyabr 2023-cü il tarixdə verilmiş 1054 nömrəli arayışdan görünür ki,X9 həqiqətən Balakən rayonu Mahamalar kənd sakini olmuş və kənd ərazisində yaşamışdır. xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Mərhum Balakən rayon Mahamalar kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1005 KOD40108018 olan Torpağa Mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Balakən rayonu Mahamalar kəndi ərazisindən X7, X13, X10, Ərizəçi və X11 0.66 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra hakimiyyəti Mahamalar kənd İcra nümayəndəliyi tərəfindən 30 noyabr 2016-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki,X9 ilə X14 arasında 25 noyabr 1983-cü il tarixdə 35 nömrə ilə nikah bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 20 mart 1985-ci il tarixdə verilmiş X-JQ seriyalı 410551 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Ərizəçi 03.İİ.1985-ci il tarixdə anadan olmuş, X3,anası X15 qeyd edilmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatını,şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki,məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1985-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur. Ərizəçinin X3 23 noyabr 2004-cü il tarixdə ölmüşdür. Atası öldükdən sonra onun ölümü müvafiq dövlət orqanında qeydə alınmamışdır. Ərizəçi atasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X24 Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmək istəmiş, lakin atasının ölümü haqqında təsdiqedici sənəd olmadığından mirası qəbul etmək üçün notariat ofisinə müraciət edə bilməmişdir. Bundan sonra ərizəçi atasının ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi atası-X6 23 noyabr 2004-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi atası-X8 23 noyabr 2004-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-978/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-978/2023
13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver