Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-980/2024 10.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞŞ\MT018\2023-00491 saylı barışıq sazişinin xx.xx.2019-cu ildə doğulmuş X4 və xx.xx.2022-ci il tarixdə doğulmuş X2 üçün nəzərdə tutulan aliment məbləğinin, yəni hər ay hər uşaq üçün 190 AZN məbləğin Maraqlı şəxs1 alınıb Ərizəçi ödənilməsi hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs1 ilə nikahlarını 25 avqust 2018-ci ildə Balakən rayon icra Hakimiyyəti Püştətala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 07 sayla rəsmiləşdirməklə evlənmişlər. Maraqlı şəxs1 ilə evliliklərindən xx.xx.2019-cu il tarixdə X7 və xx.xx.2022-ci il tarixdə X6 adında iki uşaqları olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi və ailə məişət problemləri səbəbindən 2024-cü ildən ayrılmışlar. Maraqlı şəxs1 ilə nikahlarının pozulması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmişdir. Maraqlı şəxs1 ilə aralarında bağlanmış nikahın pozulmasına, uşaqların cavabdehin himayəsində qalmasına və onların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 190 manat alimentin ödənilməsinə razılaşdıqlarına görə onunla aralarında barışıq sazişi bağlanmış, mediasiya prosesinə xitam verilməsi haqqında protokol tərtib edilmişdir. Buna görə də tərəflər arasında barışıq sazişi tərtib edilmişdir. Belə ki, mediasiya prosesində tərəflər arasında bağlanmış Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Barışıq sazişində göstərilmişdir ki, tərəflər mediasiya sessiyasında iştirak etdilər. Sazişin nəticələri: 1. nikahın pozulması-tərəflər Ərizəçi ilə Maraqlı şəxs1 aralarında 25 avqust 2018-ci ildə bağlanmış Azərbaycan Respublikası Balakən rayonu Püştətala kənd İƏD-si üzrə qeydə alınmış AZ-İİ 271334 nikahın pozulmasına hər iki tərəf razılaşdılar. 2. Uşaqların himayəsi-tərəflər Ərizəçi və Maraqlı şəxs1 Sücədin oğlunun birgə nikahından dünyaya gələn xx.xx.2019-cu il doğumlu X7 və xx.xx.2022-ci il doğumlu X3 himayəsinin ana Ərizəçi verilməsinə tərəflər razılaşdılar. 3. Aliment tələbi-Tərəflər Ərizəçi və Maraqlı şəxs1 birgə nikahdan dünyaya gələn xx.xx.2019-cu il doğumlu X7 və xx.xx.2022-ci il doğumlu X3 yaşayışı üçün nəzərdə tutulan aliment məbləği hər ay hər bir uşaq üçün 190 AZN (yüz doxsan) manat tərəf Maraqlı şəxs1 tərəf Ərizəçi nəğdsiz qaydada verilməsinə hər ikisi razılaşdılar. Lakin, Maraqlı şəxs1 barışıq sazişinin şərtlərini tam olaraq pozur və xx.xx.2019-cu il doğulmuş X4 və xx.xx.2022-ci il doğulmuş X2 üçün nəzərdə tutulan aliment məbləğinin, yəni hər ay hər uşaq üçün 190 AZN məbləğin Ərizəçi ödənilməsini təmin etməkdən imtina etdiyini bildirmişdir. Maraqlı şəxs1 barışıq sazişi bağlandığı vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və mediator Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5 və 355-25.2-ci maddələrinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin e- 2(019)-562/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Maraqlı şəxs1 ilə cavabdeh Ərizəçi arasında bağlanmış, 25 avqust 2018-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyəti Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 07 nömrə ilə qeydə alınmış nikahın pozulması, iddiaçı Maraqlı şəxs1 ödədiyi 100 manat məhkəmə xərcinin cavabdeh Ərizəçi alınıb iddiaçı Maraqlı şəxs1 verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 289684 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 mart 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 688773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, Maraqlı şəxs1 və Ərizəçi iştirakı ilə nikahın pozulması tələbi ilə əlaqədar tam mediasiya prosesi həyata keçirilmişdir. Mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. Mediasiya sessiyasının məbləği olan İMS üçün 50 AZN və TMS 170 AZN Maraqlı şəxs1 və Ərizəçi bərabər qaydada ödədi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər Mediasiya sessiyasinda iştirak etdilər. Sazişin Nəticələri :1. Nikahin pozulması -Tərəflər Ərizəçi və Maraqlı şəxs1 ilə aralarında 25 avqust 2018-ci il də bağlanılmış Azərbaycan Respublikası Balakən rayonu Püştətala kənd lƏD-si üzrə qeydə alinmış AZ-İİ 271334 nikahin pozulmasına hər iki tərəf razılaşdılar. 2. Uşaqların himayəsi - Tərəflər Ərizəçi və Maraqlı şəxs1 ilə birgə nikahdan dünyaya gələn xx.xx.2019-cu il doğumlu X7 və xx.xx.2022-ci il doğumlu X3 himayəsi ana Ərizəçi verilməsinə tərəflər hər ikisi razılaşdılar. 3. Aliment tələbi -Tərəflər Ərizəçi və Maraqlı şəxs1 ilə birgə nikahdan dünyaya gələn xx.xx.2019-cu il doğumlu X7 və xx.xx.2022-ci il doğumlu X3 yaşayışı nəzərdə tutulan aliment məbləği hər ay hər bir uşaq üçün 190 AZN ( yüz doxsan manat) tərəf Maraqlı şəxs1 tərəf Ərizəçi nəğdsiz qaydada verilməsinə hər ikisi razılaşdılar. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, Ərizəçi Maraqlı şəxs1 ilə nikahlarını xx.xx.2018-ci il tarixdə 07 sayla Balakən rayon İcra Hakimiyyəti Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirməklə evlənmişlər. Onların birgə nikahından xx.xx.2019-cu ildə X7 və xx.xx.2022-ci ildə X6 adında iki uşaqları doğulmuşdur. 2024-cü ildən Ərizəçi Maraqlı şəxs1 ayrı yaşayır. Mediasiya prosesində Ərizəçi ilə Maraqlı şəxs1 Maraqlı şəxs1 hər ay hər uşağa görə 190 manat sabit pul məbləğində aliment ödəməsi və birgə nikahdan xx.xx.2019-cu ildə anadan olmuş X4 və xx.xx.2022-ci ildə anadan olmuş X3 himayəsinin ana Ərizəçi verilməsi ilə bağlı razılığa gəlmişlər və bu barədə tərəflər arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Lakin buna baxmayaraq Maraqlı şəxs1 uşaqların saxlanması üçün Ərizəçi alimenti ödəmir, xx.xx.2024-cü il tarixli “Barışıq sazişi” nin şərtlərini tam pozaraq barışıq sazişinə riayət etməkdən imtina edir. Buna görə də Ərizəçi hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, hazırki xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq olunmasından imtina olunması üçün Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, həmin barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyil, bu barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi alimentin tutulmasına aid hissədə təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1, 355-23-355-25 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi, xx.xx.2019-cu ildə doğulmuş X4 və xx.xx.2022-ci il doğulmuş X1 üçün nəzərdə tutulan aliment məbləğinin, yəni hər ay hər uşaq üçün 190 AZN məbləğin Maraqlı şəxs1 alınıb Ərizəçi ödənilməsi hissəsində təsdiq edilsin. Alimentin tutulması, barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2024-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə dərhal icra edilsin Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-980/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-980/2024
10.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver