Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-1100/2025 11.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Vəliyeva (Cəfərzadə)Şəhanə Çingiz qızına qarşı "subroqasiya qaydasında pul tələbi" barədə barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdeh Vəliyeva (Cəfərzadə) Şəhanə Çingiz qızına qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəfərzadə(Vəliyeva) Şahanə Çingiz qızından “Volkswagen İD6 Crozz” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1446.80 manat məbləğində sığorta ödənişi, 34.47 manat məbləğində dövlət rüsumu və 0.40 qəpik bank xidməti haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cəfərzadə (Vəliyeva) Şahanə Çingiz qızı idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Volkswagen İD6 Crozz” markalı, 77- AJ-94 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan “Volkswagen İD6 Crozz” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə əsasən “Volkswagen İD6 Crozz” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi başvermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Volkswagen İD6 Crozz” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği tam olaraq ödənildiyindən 1546,80 manat məbləğində sığorta ödənişi servisin hesabına köçürülmüşdür. İcbari Sığorta Bürosunun çıxarışından göründüyü kimi cavabdeh Cəfərzadə (Vəliyeva) Şahanə Çingiz qızı idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə tarixində icbari məsuliyyət siğortası müqaviləsi mövcud deyildir. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cəfərzadə (Vəliyeva) Şahanə Çingiz qızı təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında qərarında Cəfərzadə (Vəliyeva) Şahanə Çingiz qızının AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilindiyi öz əksini tapmışdır. Ona görə də 1446,80 manat Cəfərzadə (Vəliyeva) Şahanə Çingiz qızından İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (Cəfərzadə)X1 qarşı "subroqasiya qaydasında pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilərək, Mülki- Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan **********81 nömrəli Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnamənin və ona əlavə edilmiş siyahıdan surətindən görünür ki, “Volkswagen İD6 Crozz” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək könüllü sığortalanmışdır. xx.xx.2024-cü il tarixli TP ******* №-li qərardan görünür ki, X2 tərəfindən idarə olunan “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə və əks istiqamətli hərəkət zolağına çıxmadan ya manevr etməyinə görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə X2 tərəfindən idarə olunan “Chevrolet Cruze” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək “Volkswagen İD6 Crozz” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, “Volkswagen İDş6 Crozz” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1546,80 manat zərər dəydiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 132976 saylı sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi **********81 №-li sığorta müqaviləsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalanmış “Volkswagen İD6 Crozz” markalı, H-022-913 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində, sonuncu avtomobilə 1546,80 manat məbləğində zərər dəymiş və həmin məbləğin avtomobili təmir edən "xxxx" MMC-yə ödənilməsi və sığortalı tərəfindən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat məbləğində franşizanı (azadolma məbləğini) sığorta şirkətinə ödənilməli olması göstərilmişdir. 30 sentyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “"xxxx" MMC -nin hesabına 1546,80 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan və məktubun göndərilməsini təsdiq edən qaimədən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, cavabdeh Vəliyeva(Cəfərzadə) Şahanə Çingiz qızı tərəfindən 05 iyul 2024-cü ildə törədilmiş yolnəqliyyat hadisəsi zamanı zərər dəymiş və İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalanmış “Hyundaı Elantra” markalı H-022-913 dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə ödənilməli olan 1546,80 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda sığorta müqaviləsinə və sığorta aktına əsasən avtomobilə dəymiş zərərdən 100 manat məbləğində azadolma məbləği sığortalı tərəfindən sığorta şirkətinə ödənilməlidir. Belə olan halda, hesab edirəm ki, cavabdeh Vəliyeva(Cəfərzadə) Şahanə Çingiz qızından İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 1446,80 manat məbləğində sığorta ödənişinin tutulmasına dair iddia tələbi əsaslıdır. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 34,87 (otuz dörd manat 87 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı ödəmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 34,87 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh Vəliyeva (Cəfərzadə) Şəhanə Çingiz qızından 1446,80 (min dörd yüz qırx altı manat 80 qəpik) manat məbləğində sığorta ödənişi və 34,87 (otuz dörd manat 87 qəpik) manat dövlət rüsumu və bank xidmət İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1100/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-1100/2025
11.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver