Məhkəmə qərarları › İş №e-2(020)-124/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-124/2025

25.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-124/2025 25.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" MMC BOKT-nın cavabdeh X4 qarşı “yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" BOKT MMC cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC BOKT-nın mülkiyyətində olan Beyləqan rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv yaşayış, 86,12 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılaraq boşaldılmasına və həmçinin 100 (yüz) manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müvafiq məhkəmə qətnaməsinə əsasən, "xxxx" MMC-dən kredit borcunun "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması və tutmanın öhdəlik üzrə ipoteka ilə yüklü edilmiş Beyləqan rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv.m. yaşayış, 86.12 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamədə nəzərdə tutulan girov qoyulmuş əmlak - Beyləqan rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv.m. yaşayış, 86.12 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evi satış üçün hərraca çıxarılsa da, alıcı olmamış və “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi’-nin təklifi ilə qanunla müəyyən olunmuş qaydada "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evi hazırda mülkiyyət hüququ əsasında "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına məxsusdur və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən MA seriyalı, ******* nömrəli (qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2011) Çıxarış verilmişdir. Beyləqan rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv.m. yaşayış, 86.12 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına məxsus olsa da hazırda əmlakın əvvəlki sahibi Cavabdeh istifadəsindədir. Bu səbəbdən də cavabdehin günahı üzündən əmlak üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmirlər. Göründüyü kimi, cavabdehin faktiki olaraq həmin əmlakdan istifadə etmək hüququ yoxdur. Ona görə də ‘İcraçı "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan adı çəkilən əmlakın boşaldılması və Cavabdeh bu əmlakdan istifadəsinin məhdudlaşdırılması zəruridir. Cavabdeh qanunsuz hərəkətləri "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının əmlakına xüsusi mülkiyyət hüququ əsasında tam sahib olmasını istisna edir. Belə ki, mülkiyyətində olan əmlakın kənar şəxslərin istifadəsində olması təşkilata öz əmlakından tam mülkiyyət hüququ ilə istifadə etməsinə əngəl yaradır. Cavabdeh "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının əmlakını boşaltmalı olduğu barədə dəfələrlə yazılı və şifahi müraciət olunmasına baxmayaraq heç bir nəticə olmamışdır. Cavabdeh Beyləqan rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv.m. yaşayış, 86.12 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən istifadə etməsi və boşaldılması ilə bağlı müraciətlərinə məhəl qoymaması sui-istifadə və hüquqazidd xarakter daşıyır. Qeyd olunduğu kimi, bu məsələ ilə bağlı Cavabdeh dəfələrlə müraciət edilsə də nəticə olmamışdır. Bununla da "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyət hüququnu həyata keçirilməsinə maneçilik yaranır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" BOKT MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X6 Məhkəməsinin 2(86)-1048/2009 saylı xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsindən görünür ki, "xxxx" MMC-dən 65,885.61 manat məbləğində kredit borcunun "xxxx" MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması və tutmanın öhdəlik üzrə ipoteka ilə yüklü edilmiş Beyləqan rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv.m. yaşayış, 86.12 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. xx.xx.2011-ci il tarixli protokoldan ən görünür ki, X4 məxsus Beyləqan rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv.m. yaşayış, 86.12 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evihərrac vasitəsi ilə "xxxx" BOKT MMC-yə satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA ******* №-li Çıxarışdan görünür ki, "xxxx" BOKT MMC Beyləqan rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv.m. yaşayış, 86.12 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evi üzərindəki hüquqları xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına müvafiq çıxarış verilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən cavabdeh X4 Beyləqan rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv.m. yaşayış, 86.12 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılmasına dair xəbərdarlıq edilmişdir xx.xx.2024-cü il tarixli, **********62 nömrəli qəbzdən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyyət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Mənzilin "xxxx" BOKT MMC-nin mülkiyyətinə keçməsi, keçmiş mülkiyyətçinin iddiaçı qarşısındakı öhdəliyini vaxtında yerinə yetirməməsi ilə bağlıdır. İddiaçı qanuni əsaslarla ipoteka ilə yüklü əmlak üzərində hüquqlar əldə etmişdir. Belə olan halda "xxxx" BOKT MMC mübahisəli mənzilin mülkiyyətçisidir və onun mənafeyi üstünlük təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən isə bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafıq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar (tərəflər arasında münasibətlərin yarandığı dövrdə qüvvədə olan). Məhkəmə yuxarıda sadalanan hallara qanunvericiliyin tələbləri baxımıqdan qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Əmlakın kreditor qarşısında yüklü edilməsi, ipoteka saxlayanın həmin əmlakın kreditin ödənilməsi məqsədilə satılmasına və ya hərrac vasitəsilə mülkiyyətinə keçməsinə xidmət edir. Əmlak üzərində tam mülkiyyət hüququnun iddiaçıya məxsus olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh X1 rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv.m yaşayış, 86,12 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılaraq, boşaldılmalıdır. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdeh X2 tutularaq "xxxx" BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 rayonunun Eyvazalılar kəndində 0,37 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, üç otaqlı 72 kv yaşayış, 86,12 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi cavabdeh X5 tərəfindən boşaldılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun əvəzi cavabdeh X2 tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar