Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-267/2025 22.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlu, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi”nə görə yaranmış borcun əvəzinin ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 812,34 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 842,74 manat məbləğində pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azerigaz şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBA> AZ50İBAZ********************) saylı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddiaçı iddia ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 10:00 radələrində Cavabdeh Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-Qumbağları ünvanında idarə etdiyi **-FD-*** dövlət nömrə nişanlı "MERCEDES ATEGO 823” markalı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin (bundansonra “BRQİD” adlandırılacaq) balans və istismarında olmaqla, hər biri 10 metr uzunluğunda olan 25, 32 və 40 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xətlərini, eləcə də 76 mm diametrlik, orta təzyiqli, yerüstü qaz xətlərini deformasiyaya uğradaraq qaynaq yerindən qırmış, o cümlədən də bir ədəd 65 mm diametrlik siyirtməni istismar üçün yararsız hala salmışdır. Yol nəqliyyat hadisəsi zamanı 25 dəqiqə müddət ərzində də təbii qaz havaya axaraq sovrulmuşdur.Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD-nin Xəzər rayonu üzrə Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən ərazinin qaz təminatı dayandırılmış, hadisə barədə İddiaçı İB-nın Qəza-Bərpa Xidmətinə və həmçinin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verilmiş, faktla bağlı İddiaçı İB əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində akt tərtib edilmişdir. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ-nin DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, xx.xx.2022-ci il tarixində barəsində İXP ******* nömrəli protokol və xx.xx.2022-ci il tarixdə Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sürücü barəsində qəbul edilmiş müvafiq qərarın surəti xx.xx.2022-ci il tarixli 055-20289-1222 nömrəli məktubla İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinə göndərilmişdir. Cavabdeh tərəfindən baş vermiş avtoqəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 812,34 manat məbləğində (787,47 manat təmir- bərpaya çəkilən xərc və 24,87 manat itirilmiş qazın dəyəri) maddi zərər vurulmuşdur.Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş maddi zərər ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Həmin Məcəllənin21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən “zərər” dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən “zərər vurma” öhdəliyin əmələ gəlmə əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Cavabdehin müqavilə şərtlərinə əməl etməməsi və onun “Azərqaz” İstehsalat Birliyinə hazırkı borcun yaranması kifayət qədər subuta yetirildiyindən məhkəmə iddianın təmin edilməsini əsaslı hesab edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 812,34 (səkkiz yüz on iki manat otuz dörd qəpik) manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azerigaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBA> AZ50İBAZ********************) saylı bank hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-267/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-267/2025
22.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver