Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-457/2024 22.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq mıhkımə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1825 (bir min səkkiz yüz iyirmi beş) manat məbləğində dəymiş zərərin və ödənilmiş 38,3 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsindən görünür ki, Cəmiyyətin mülkiyyətində olan “Mercedes Benz 1843” markalı, **-JN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə bərkidilmiş “Krone Yarımqoşqu” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2023-cü il tarixli yol vərəqi üzrə idarə edən X2 xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində hərəkətdə olarkən Cavabdeh2 etibarnaməsiz idarə etdiyi sığorta təşkilatları tərəfindən sığortalanmamış, “KAMAZ 5410 YÜK” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi qaydalarını pozaraq Cəmiyyətə məxsus nəqliyyat vasitəsinə çırpılmış və nəticədə şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsinə ciddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Nəsimi RPİ-nin xx.xx.2023-cü il tarixli Qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Nəsimi rayon X7 xx.xx.2023-cü il tarixli, Tp ******* nömrəli qərarı əsasında Cavabdeh2 təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci və 332.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Hadisə ilə bağlı “Krone Yarımqoşqu” markalı, **-ZJ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün "xxxx" MMC- yə müraciət edilmiş və əldə edilmiş155AN/22 nömrəli, xx.xx.2023-cü il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 1825 (bir min səkkiz yüz iyirmi beş) manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. Belə ki, iş üzrə materiallarda olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunmuşdur ki, "KAMAZ 5410 YÜK” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 məxsus olmaqla, heç bir sığorta təşkilatı tərəfindən sığortalanmamış və bu əsasla, ziyan məbləği nə sığorta şirkəti tərəfindən, nə də ki cavabdehlər tərəfindən Cəmiyyətə ödənilmişdir. "KAMAZ 5410 YÜK” markalı, 44- CA-733 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə heç bir sığorta şirkəti tərəfindən sığortalanmadığı "İcbari Sığorta Bürosu” tərəfindən sorğu əsasında Cəmiyyətə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, **-DS-*** saylı məktubunda öz əksini tapmışdır.Həmçinin cavabdehlərə xx.xx.2023-cü il tarixində 3 iş günü müddətində 1825 (bir min səkkiz yüz iyirmi beş) manat borc məbləğini tələb etməyi barədə Pretenziya məktubu göndərilmişdir. Lakin yazılı və şifahi müraciətlərə baxmayaraq bu günədək qeyd edilən pul vəsaiti Cəmiyyətə ödənilməmişdir.Beləliklə hesab edirik ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Şirkətə dəymiş 1825 (bir min səkkiz yüz iyirmi beş) manat məbləğində zərər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Cəmiyyətə ödənilməlidir. Ona görə də, o, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1825 (bir min səkkiz yüz iyirmi beş) manat məbləğində dəymiş zərərin və ödənilmiş 38,3 manat dövlət rüsumunun tutularaq iddiaçı "Yük Taksisi.AZ” MMC-yə ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclasına gəlməmişdir. Cavabdeh2 məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, 2023-cü ilin müvafiq ayında Bakı şəhəri 20 yanvar ərazisndə iddiaçıya aid Mersedes Benz markalı avtomaşınla onun idarə etdiyi Kamaz markalı yük daşıyan avtomabil toqqaşmış və nəticədə Mersedesin arxa işığı yüngül formada zədələnmişdir. Həmin vaxt polis şöbəsinə getmişlər. Araşdıma zamanı Mersedesin sürücüsü ondan heçnə istəməmişdir. O, özü qarşı tərəfə 1 ədəd arxa işığı alıb verməsini təklif etmiş, qarşı tərəf razılaşmamış, indi isə belə bir tələblə məhkəməyə müraciət edilmişdir. Hazırda o, bu iddia tələbinə öz etirazını ona görə bildirir ki, onun tərəfindən iddiaçıya məxsus avtomabilə 1850,00 manat məbləğində ziyan dəyməmişdir. Bu cəfəngiyatdır şər və böhtandan başqa bir şey deyildir. Həmin ziyanlıq 50-60 manatdan çox olmamışdır. İndi isə iddiaçı yalan və böhtan xarakterli iddia tələbi verərək qanunsuz varlanmaq niyyətindədir. Belə olan halda o, iddiaçının iddia tələbini heç cürə qəbul edə bilməz. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər gəlmədiklərindən və iddiaçının nümayəndəsi işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə hazırkı vəziyyətdə işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş DİN-nin DYP-in TP ******* nömrəli qərarından görünür ki, “Mercedes Benz 1843” markalı, 99-JN- 058 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə bərkidilmiş “Krone Yarımqoşqu” markalı, 10-ZJ- 086 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2023-cü il tarixli yol vərəqi üzrə idarə edən X2 xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində hərəkətdə olarkən Cavabdeh2 idarə etdiyi “KAMAZ 5410 YÜK” markalı, **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ara məsafəsi qaydalarını pozaraq çırpılmış və Cavabdeh2 təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci və 332.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, X3 və X1 müraciəti əsasında toplanmış 1 saylı HK-677 nömrə ilə qeydə alınmış tədqiqat mareialı üzrə cinayət işininin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı, gümüşü-qırmızı rəngli, “Krone Yarımqoşqu” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1825 manat ziyan dəymişdir. İş üzrə Cavabdeh2 məhkəməyə vəsatət göndərərək iddiaçının tələb etdiyi ziyanın məbləği şişirdilməsini, həmin avtomobilə tələb edilən qədər ziyan dəymədiyini göstərmiş və onun vəsatəti əsasında məhkəmənin 24 may 2024-cü il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-9/469/2024 saylı ekspertiza rəyindən görünür ki, iş materialında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından göründüyü kimi xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2008-ci il buraxılışlı, gümüşü-qırmızı rəngli, “Krone Yarımqoşqu” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1620,00 müəyyən edilir, o cümlədən:-dəyişilməli hissələrin qiyməti 870,00 manat; təmir- bərpa işlərinin qiyməti-750,00 manat. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia cavabdehlərdən Cavabdeh2 qarşı qismən təmin edilməli, Cavabdeh1 qarşı isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə iddiaçıya məxsus avtomobilə avtoqəza nəticəsində ziyan dəydiyi müəyyən edilmiş, həmin hadisənin Cavabdeh2 tərəfindən törədilməsi sübuta yetmişdir. Lakin iddiaçı təşkilat 1825 manat ziyan tələb etsə də, ekspertizanın rəyi ilə dəymiş ziyanın 1620 manat olması müəyyən edilmişdir. Ona görə də Cavabdeh2 dəymiş ziyana görə 1620,00 manat alınıb İddiaçı MMC-yə ödənilməlidir. Lakin məhkəmə hesab edir ki, iddia cavabdehlərdən Cavabdeh1 qarşı sübuta yetmədiyinə görə ona qarşı təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 1108.2.-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmədə müəyyən edildi ki, cavabdehlərdən Cavabdeh1 avtomobilin sahibi olsa da onun avtomobili idarə etmək üçün Cavabdeh2 verməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Cavabdeh2 Cavabdeh1 məxsus avtomobili hansı yolla ələ keçirib istifadə etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı Cavabdeh1 qarşı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia ona qarşı rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş zərərə görə 1620,00 (bir min altı yüz iyirmiş) manat, ödənilmiş dövlət rüsumuna görə 36,20 (otuz altı manat iyirmi qəpik) manat alınıb İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 2.10 (iki manat on qəpik) iddiaçıya aid edilsin. İddia Cavabdeh1 qarşı hissədə rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-457/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-457/2024
22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver