Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1115/2024 15.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X6 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dаir mülki işə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı “pul” tələbinə dаir sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1250 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 32,50 manat dövlət rüsumunun tutularaq xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, ** HS ***dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hondaİnsight” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortalı olan “Honda İnsight” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı nəqliyyatvasitəsinə maddi ziyan dəymişdir. Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası şəhadətnaməsində “Honda İnsight” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı nəqliyyatvasitəsi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı SŞ ASC-də könüllü sığorta növü üzrə sığortalanması öz əksini tapmışdır. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Honda İnsight” markalı, ** GB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 250 manat azadolma məbləği çıxılmaqla 1250 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İcbari Sığorta Bürosunun çıxarışından müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı, ** HS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə tarixində icbari məsuliyyət siğortası müqaviləsi mövcud deyildir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, Sabunçu rayon DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarında Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilindiyi öz əksini tapmışdır. Hesab ediriklər ki, 1250 manat məbləğində sığorta ödənişi Cavabdeh İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişdir. Buna baxmayaraq Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə edilmiş Sabunçu rayon Polis İdarəsinin dövlət yol polisi şöbəsinin, polis leytenentı X9 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.1990-cı ildə Bərdə şəhərində doğulmuş, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ev 47-də yaşayan Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Yol nişanlarının tələblərinə riayət edilməməsi halına yol vermiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2000-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1996cı ildə doğulmuşdur. BA221484 saylı X3 Şəhadətnaməsinin surətindən görünür ki, “Honda İnsight” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. BB185482 saylı X3 Şəhadətnaməsinin surətindən görünür ki, “Chevrolet Cruze” minik markalı, **-HS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir. Nəqliyyat vasitələrindən istifadə edilməsi dair Etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X5 tərəfindən “Honda İnsight” markalı **-GB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X8 etibar edilmişdir. Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə X7 verdiyi izahatdan görünür ki, xx.xx.2022ci il tarixdə idarə etdiyi “Honda İnsight” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Yol nişanlarının tələblərinə riayət (STOP) etməyərək onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə Cavabdeh verdiyi izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Yol nişanlarının tələblərinə riayət (STOP) etməmiş və hərəkətdə olan “Honda İnsight” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobiliin sol yan hissəsindən vuraraq onunla toqquşmuşdur. BA052817 saylı Sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1990-cı ildə Bərdə şəhərində doğulmuş Cavabdeh sürücülük hüququ vardır. AD203788 saylı Sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş X8 hüququ vardır. xx.xx.2023-cü il tarixli Hesabatdan görünür ki, Yol-nəqliyyat hadisəsi nticəsində “Honda İnsight” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 1500 manat məbləğində zərər dəymişdir. xx.xx.2024-cü il tarixli, **********10 saylı AsanPay ödəniş qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC məhkəmədə iddia qaldırmaq üçün “ASAN ödəniş” sistemi vasitəsi ilə 32,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli, 121075 saylı Sığorta aktından görünür ki, Texniki ekspertizaya əsasən “Honda İnsight” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobil “Chevrolet Cruze” minik markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobillə toqquşma nəticəsində, “Honda İnsight” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobilə 1500 manat zərər dəymişdir. Sığorta müqaviləsində nəzərdə tutulmuş 250 manat azadolma çıxılmaqla Sığorta ödənişi 1250 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, 121075 saylı sığorta aktına əsasən X2 1250 manat icbari zərər ödənişi verilmişdir. xx.xx.2023-cü il tarixli, O-AS-2023-0097 saylı Subroqasiya hüququ ilə əlaqədar Pretenziyadan və ona əlavə edilmiş xəbərnamədən görünür ki, Yol-nəqliyyat hadisəsi nticəsində “Honda İnsight” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh bildiriş verilmişdir. Avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 04:00 dəqiqədə Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində X4 mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən, X1 mülkiyyətində olan “Honda İnsight” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobil X11 tərəfindən idarə olunarkən yol nəqliyyat hadisəsi törənmiş və avtomobilin sol yan hissəsi zədələnmişdir. xx.xx.2022-ci il tarixli, **********6 saylı Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin Tam Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, X5 İddiaçı Sığorta Şirkəti ASC-yə 634,70 manat ödəməklə “Honda İnsight” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 12 (on iki) ay müddətinə (xx.xx.2023-cü ilədək) icbari sığorta növü ilə əmlaka vurulan zərərə görə 11000 manatadək sığortalanmışdır. İcbari Sığorta Müqavilələrinin Mövcudluğunun Yoxlanılması barədə arayışdan görünür ki, X4 mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı, **-HS-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə, saat 04:00 dəqiqədə, yəni hadisə baş verən zaman sığorta müqaviləsi aşkar olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1990-cı ildə Bərdə şəhərində doğulmuş, Bərdə şəhəri, Şəhriyar küçəsi ev 5-də qeydiyyatdadır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC xx.xx.1996-cı ildə, ********** nömrə ilə Dövlət Qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, “Honda İnsight” markalı **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. Cavabdeh həmin avtomobilin sığorta müddətində, yəni xx.xx.2022-ci il tarixində “Chevrolet Cruze” minik markalı, **-HS- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X11 tərəfindən idarə olunan “Honda İnsight” markalı **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfidən Sığorta ödənişi ilə X2 1250 manat icbari zərər ödənişi verilmişdir. Cavabdehə şifahi və yazılı xəbərdarlıq olunsa da o, İddiaçı Sığorta Şirkəti ASC-yə olan borcunu ödəməmişdir. Cаvаbdeh Cavabdeh bоrcu ödəmədiyi üçün iddiаçının məhkəmədə subroqasiya hüququ yаrаnmışdır. Beləliklə, İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1250 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 32,50 manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa zərər və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. MM-nin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən, sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” qanunun 19.1-ci maddəsinə əsasən, sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. MM-nin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. MM-nin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. MM-nin 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. MM-nin 925.3-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. MM-nin 936.4-cü maddəsinə əsasən, faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Beləliklə məhkəmə hesab edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh “Chevrolet Cruze” minik markalı, **-HS-*** minik markalı avtomobili idarə edərkən xx.xx.2022-ci il tarixdə “Honda İnsight” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Honda İnsight” markalı **-GB-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin 1250 manat məbləği sığorta müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır və həmin pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tam şəkildə təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 32,50 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1250 (bir min iki yüz əlli) manat məbləğində pul və ödənilmiş 32,50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-1115/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1115/2024
15.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver