Məhkəmə qərarları › İş №e-2(021)-1176/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1176/2025

15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1176/2025 15.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bibisi xx.xx.1952-ci il tarixdə Azərbaycan Respublikası Bərdə rayonunda doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi və onuna adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X8 xx.xx.2014-cü il tarixdə Bərdə şəhərində vəfat etmişdir. xx.xx.1952-ci il təvəllüdlü X13 mərhum atasının doğma bacısıdır. Mərhum bibisi 25 may 1994-cü ildə X16 ilə ailə qurmuş olsa da, onların birgə nikahalrından övladları olmamışdır, mərhum bibisinin əri X16 xx.xx.2018-ci il tarixdə vəfat etdikdən sonra bibisinə o, baxmışdır, həyatının son günlərinə qədər və onlar onun dəfn və yas mərasimini vermişdir. Bibisi 2023-cü il martın 9 tarixində vəfat etmişdir. Təssüfki bu keçən müddət ərzində onlar bibisinin ölümünə dair şəhadətnamə ala bilməmişdir. Bunun səbəbi onların qanundan xəbərsizliyi idi, çünki onlar elə bilmişdir ki, ölümə dair sənədi nə zaman istəsələr ala bilərlər, əsas odur ki, məzarı var və deməli istənilən zaman məzarın fotosunu VVAQ-a təqdm edərək bibisinə ölümə dair sənəd əldə etməkləri mümkündür. Tərəfindən ölümünə dair şəhadətnamənin əldə edilməsi üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş olsa da, adıçəkilən dövlət qurumundan 3-16-5/8-xx-xx/2025 saylı xx.xx.2025-ci il tarixli məktubla cavab verilmişdir ki, mərhumun ölümünə dair tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi olmadığı üçün ölümə dair şəhadətnamə verilə bilmir. Mərhum bibisinə ölümə dair şəhadətnamənin verilməsi onun üçün hüquq yaradan sənədlərin əldə edilməsi üçün üçün zəruri tələbdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qızı ərizəsini müdafiə edərək, bildirdi ki, bibisinin övladı olmamışdır, bibisi ailə qursa da həyat yoldaşı vəfat etmişdir, bundan sonra da həyatının sonuna kimi bisinə o, baxmışdır. Bibisi xəstəlikdən vəfat etmişdir, lakin ona ölüm haqqında şəhadətnamə almamışdır. Ölüm haqqında şəhadətnamənin olmaması isə evlə bağlı sənədləşmədə problem yaratmışdır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 19 fevral 2025-ci il tarixli və 17 mart 2025-ci il tarixli hazırlıq iclasında iddiaçının vəkili Nümayəndə Bünyad oğlu ərizəni müdfiə edərək, ərizəyə uğun izahat verərək, təmin edilməsini xahş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1974-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 18 oktyabr 1983-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı 13198237 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 27 iyul 1963-cü ildə Bərdə rayonu Göyüşlü kəndində doğulmuşdur, Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 14472916 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 4 sentyabr 1964-cü ildə Bərdə rayonu Gülgəzli kəndində doğulmuşdur, Bərdə rayonu Gülgəzli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 15085558 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 5 aprel 1978-ci ildə Bərdə rayonu Gülgəzli kəndində doğulmuşdur, Bərdə rayonu Gülgəzli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 03592364 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 1 iyul 1952-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydyyat Şöbəsi tərəfindən verilmiş 16 fevral 2018-ci il tarixli İ-AZ İ 917263 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 13 fevral 2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bərdə rayon Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli 652 nömrəli arayışından görünür ki, Ərizəçi Bərdə rayonu, Gülgəzli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli 654 nömrəli arayışından görünür ki, 1 iyul 1952-ci il təvəllüdlü X13 9 mart 2023-cü ildə vəfat etmiş və Gülgəzli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş AZ 051062 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X8 ilə X5 1 oktyabr 1966-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli 4AZ-İ 327937 nömrəli çıxarışdan görünür ki, X16 ilə X14 25 may 1994-cü ildə 77 saylı rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum bibisinin ölüm haqqında şəhadətnaməsini almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı ölüm faktını qeydə almaqdan imtina etmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X19 20 fevral 2025-ci il tarixli 18-1-28/2-382/2025 nömrəli məktubundan görünür ki, 1 iyul 1952-ci il təvəllüdlü X17 17 iyul 2014-cü il tarixdən “Sağ süd vəzinin xərçəngi” diaqnozu ilə Bərdə RMX-nınPoliklinika şöbəsində dispanser qeydiyyatında olub. Bəsti Quliyeva sonuncu dəfə 28 fevral 2023-cü il tarixdə imtiyazlı dərman almaq məqsədi ilə Bərdə RMX-na müraciət edib. Odur ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə) aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Epikrizindən görünür ki, X7 Mutsinoz Adenokarsinoma, Grade İİ, süd vəzi, tru-sut biopsiya diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş qəbrin fotoşəkillərindən görünür ki, X13 1sentyabr 1952ci ildə doğulmuş 9 mart 2023-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 bildirmişdir ki, Ərizəçi ilə eyni kənddə yaşayırlar, qonşudurlar, Elxanın atası İsmayıl kişi olub, İsmayıl kişinin bacısı Bəsti yaşlı adamla ailə qurub, həmin adam vəfat edəndən sonra Bəstini Ərizəçi vəfat edənə qədər saxlamışdır, Bəsti Quliyeva xərçəng xəstəliyindən əziyyət çəkmişdir, müalicə və müayinəyə Daima Elxan aparmışdır, 2023-cü ildə vəfat etmişdir, onu Bərdə rayonu, gülgəzli kənd qəbristanlığında dəfn ediblər, dəfn və yas mərasimində o, da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1, X9, X10 şahid X6 ilə eyni məzmunda izahat vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum bibisi X4 9 mart 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X4 9 mart 2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. 1 iyul 1952-ci il təvəllüdlü X4 9 mart 2023-cü il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar