Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1421/2025 24.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X8 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1), Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) və Cavabdeh3 (bundan sonra cavabdeh və ya Cavabdeh3) qarşı “Avtomobil tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona məxsus “Chevrolet Aveo” minik markalı, **- DT-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il tarixli avtomobilin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, “Chevrolet Aveo” minik markalı, **- DT-*** dövlət qeydiyyat nişanlı, avtomobil (qeydiyyat şəhadətnaməsi AB940359, verilməsi tarixi xx.xx.2013, buraxılış ili 2012-ci il tarixli) onun mülkiyyətindədir. Həmin avtomobili bankdan kredit götürməklə əldə etmiş, xx.xx.2013-cü il tarixdə etibarnamə ilə avtomobili dostu Cavabdeh1 kreditin ödənilməsi şərtilə satmışdır. Həmin etibarnamədə səlahiyyətlərin başqa şəxsə verilməsi şərti nəzərdə tutulmuşdur. Elə həmin ildə Cavabdeh1 avtomobili etibarnamə əsasında Cavabdeh2 satmışdır. Belə ki, həmin etibarnamədə yalnız nəqliyyat vasitəsindən istifadə hüququ nəzərdə tutulmuşdur. Halhazırda cavabdehlər tərəfindən kreditin ödənilməsi şərti pozulmuş və iddiaçının mülkiyyətində olan avtomobil geri qaytarılmamışdır. Hazırda avtomobilin kimdə və harada olması barədə məlumat mövcud deyildir. Dəfərlərlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər tərəfindən kreditin ödənişi həyata keçirilməmiş, habelə avtomobil ona qaytarılmamışdır və nəticədə banka gecikmiş kredit borcu və faiz borcu yaranmışdır. Beləliklə, o, mülkiyyətindən qanunsuz məhrum edilmiş və avtomobil hazırda başqa şəxslərin qanunsuz sahibliyindədir. Həmin avtomobilin kimdə və harada olması barədə məlumatların əldə edilməsi məqsədilə Baş Dövlət Yol Polis İdarəsinə və etibarnamələrin təsdiq edilmiş surətlərinin təqdim edilməsi məqsədilə Mingəçevir şəhər 2 saylı Notariat Kontoruna da sorğular ilə müraciət edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ona məxsus “Chevrolet Aveo” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2012-ci il tarixli avtomobilin məcburi alınaraq ona qaytarılması, bu mümkün olmadıqda avtomobilin dəyərinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, 2013-cü ildə Cavabdeh1 etibarnamə əsasında “Chevrolet Aveo” markalı avtomobil almışdır. Avtomobil tam olaraq onun mülkiyyətinə keçməmişdir. Alqı-satqı edilmədən, şifahi danışıq əsasında həmin avtomobili etibarnamə əsasında əldə etmişdir. Eyni zamanda ona nəqliyyat vasitəsini idarə etmək hüququnun verilməsi haqqında etibarnamə də verilmişdir. Sözügedən avtomobili 2014-cü ildə etibarnamə əsasında İmişli rayon sakininə satmışdır. Daha sonra avtomobilin aqibətindən xəbəri olmamışdır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun verilməsi haqqında etibarnaməyə onun xx.xx.2017-ci il tarixli ərizəsi əsasında xitam verilmişdir. 6-7 il əvvəl İddiaçı ilə Cavabdeh1 ona zəng edərək kredit ödənişləri ilə bağlı problemlərinin olduğunu, avtomobilin harada olmasında onlara kömək etməsini xahiş etmişlər. O da avtomobili İmişli rayon sakininə satdığını, heç bir məlumatının olmadığını bildirmişdir. Sistem üzrə axırıncı onun etibarnaməsi görünə bilər. Avtomobili satarkən alıcı - İmişli rayon sakininin sürücülük vəsiqəsi olmamış və avtomobili mülkiyyəti etibar etmə əsasında satmışdır. Yəni mülki etibarnamə vermişdir. Həmin mülki etibarnamə onda yoxdur. Belə ki, etibarnamə verərkən onda olan etibarnamənin əslini Notariat kontorunda ondan almışlar. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və iddialarının tam təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin cavabdehlər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh2 xx.xx.1963-cü ildə Bərdə rayonu Şirvanlı kəndində anadan olmuşdur, Bərdə rayonu Şirvanlı kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Cavabdeh3 xx.xx.1980-ci ildə İmişli rayonunda anadan olmuşdur, İmişli rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 13 dekabr 2024cü il tarixli, 3-13-16/2-211474/2024 nömrəli məktubundan görünür ki, “Chevrolet Aveo” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən İddiaçı adında qeydiyyatdadır. 31 avqust 2013-cü il tarixli, 7-E-01/771 reyestr nömrəli Etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, daşınmaz əmlak istisna olmaqla onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlarından, o cümlədən, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. -Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. -Etibarnamə 20 (iyirmi) il müddətinə verilir və 31 avqust 2033-cü ilədək qüvvədədir. 09 sentyabr 2013-cü il tarixli, ƏN-İİ 855312 nömrəli etibarnamədən görünür ki, etibar edən-Cavabdeh1 mülkiyyətçi-İddiaçı mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibar edilən-Cavabdeh2 etibarnamə vermişdir. -Bu etibarnamə ilə səlahiyyət başqa şəxsə verilə bilməz. -Etibarnamə beş il on bir ay səkkiz gün müddətinə verilib və xx.xx.2019-cu il tarixədək qüvvədədir. Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin 25 aprel 2025-ci il tarixli 1174/2025 nömrəli məktubundan görünür ki, Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində 22 noyabr 2015-ci il tarixdə Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan İddiaçı məxsus olan bütün əmlak və hüquqların üzərində sərəncam verilməsinə dair etibarnamə üzrə Cavabdeh2 verilmiş səlahiyyətlərin tərəfindən İmişli şəhəri S.Fətəliyev küçəsi ev 2 ünvanında qeydiyyatda olan Cavabdeh3 bütünlüklə ötürülməsi barədə “Elektron notariat” X2 məlumat axtarışı bazasında məlumat aşkar olunmuşdur. “Elektron notariat” X1 çıxarışdan görünür ki, 30 oktyabr 2017-ci il tarixli, 8697 reyestr nömrəli etibarnaməyə əsasən Cavabdeh3 X3 etibarnamə verərək mülkiyyətçi İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlarından, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. xx.xx.2025-ci il tarixli, **********92 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı 31 avqust 2013-cü il tarixli, 7-E-01/771 reyestr nömrəli etibarnaməyə əsasən Cavabdeh1 bütün əmlakını idarə etməyi etibar etmişdir. Sonuncu qeyd olunan etibarnamə əsasında Cavabdeh2 09 sentyabr 2013-cü il tarixli ƏN-İİ 855312 nömrəli etibarnaməyə əsasən mülkiyyətçi-İddiaçı mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə vermişdir. İddiaçı məxsus olan bütün əmlak və hüquqların üzərində sərəncam verilməsinə dair etibarnamə üzrə Cavabdeh2 verilmiş səlahiyyətlərin tərəfindən İmişli şəhəri, S.Fətəliyev küçəsi ev 2 ünvanında qeydiyyatda olan Cavabdeh3 bütünlüklə ötürülməsi barədə etibarnamə verilmişdir. Sonuncu 30 oktyabr 2017-ci il tarixli 8697 reyestr nömrəli etibarnaməyə əsasən X5 adlı şəxsə etibarnamə verərək mülkiyyətçi İddiaçı əmlakının idarə olunmasını etibar etmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən verilmiş etibarnamələr mülki xarakterli etibarnamə olmuş, iddiaçıya məxsus əmlakların idarə olunması üçün verilmişdir. Qeyd olunan etibarnamələrdə İddiaçı mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobil barədə hər hansı bir qeydiyyat aparılmamışdır. Məhkəmə araşdırması ilə İddiaçı mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda kimin istifadəsində və sərəncamında olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı özü isə bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM) 152.8-ci maddəsinə görə, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda kimin istifadəsində və sərəncamında olması barədə məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, iddia təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz tələbini mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Avtomobil tələbi”nə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-1421/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1421/2025
24.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver