Məhkəmə qərarları › İş №e-2(021)-1846/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1846/2024

01.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1846/2024 01.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və cavabdeh XXX Cavabdeh1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər XXX Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 qarşı “Əmlak və pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən evdən ona məxsus siyahıda qeyd edilən əşyaların cavabdehlər XXX Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsinə, əşyaların qaytarılması mümkün olmadıqda onların dəyəri olan 15940 (on beş min doqquz yüz qırx) manat məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsinə, tərəfindən cavabdeh XXX Cavabdeh1 kreditinə dair ödənilmiş 370 manat və 400 ABŞ dolları (ödəniş gününə mərkəzi bankın məzənnəsinə uyğun olaraq) məbləğində pulun cavabdeh XXX Cavabdeh1 alınaraq ona ödənilməsinə, dövlət rüsumu qismində ödənilmiş 100 manatın cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Dəymədağlı kəndində anadan olaraq yaşamışdır. Mərhum atası X9 xx.xx.2019-cu ildə vəfat etdikdən sonra cavabdehlər onu ata evindən qovmuşlar və ona həmin evdən istifadə etməyə belə imkan verməmişlər. Qeyd etmək istəyir ki, o daim Bakı şəhərində yaşamış, lakin ata və anasının bütün xərcləri, o cümlədən sözügedən evin təchizatı daima onun vəsaiti hesabına ödənilmişdir. Hal-hazırdada xəstə anasına öz evində-Bakı şəhərində baxır, onun bütün xərclərini çəkir. Lakin bütün bunlara baxmayaraq o ata evində ona məxsus əmlakları götürə bilmir. Həmin evdə cavabdehlər yaşayır. Cavabdehlər ona məxsus əmlaklarını götürməyə imkan verməmişlər. Dəfələrlə cəhd etsə də cavabdehlər əmlakını götürməyə şərait yaratmamışlar. Mərhum atasının ölümündən sonra miras qalmış evə və torpaq sahəsinə anası X2 ¾ hissə payı, Cavabdeh1 XXX Vəzir oğlunun isə ¼ hissə payı tanınmış və müvafiq olaraq dövlət qeydiyyatına alınmışdır, sözügedən əmlaklar da həmin evdə qalmış və cavabdehlərin yəni Cavabdeh1 XXX Vəzir oğlunun və onun həyat yoldaşı olan Cavabdeh2 istifadəsindədir. Bərdə rayonu Dəymədağlı kəndində evlərində olan əmlaklar onun şəxsi əmlakıdır. Həmin əmlaklar:- 1 ədəd 1200 manat dəyərində 60 m-lik kondisioner, 1 ədəd 750 manat dəyərində paltaryuyan maşın, 1 ədəd 400 manat dəyərində soyuducu, 1 ədəd 360 manat dəyətində qaz cihazı, 1 ədəd 150 manat dəyərində “Supra” markalı televizor, 1 ədəd 210 manat dəyərində televizor altı, 1 ədəd 90 manat dəyərində bişirmə sobası, 1 ədəd 200 manat dəyərində qədimi divan, 2 ədəd (biri böyük, biri balaca) 450 manat dəyərində Şifoner paltar dolabı, 1 ədəd 1500 manat dəyərində qonaq otağı mebeli (stenka), 1 ədəd 200 manat dəyərində döşək üzü dəstləri yığılan çamadan (mələfə və yorğan üzü), 10 kq 100 manat dəyərində təmizlənmiş döşək yunu, 13 ədəd 1300 manat dəyərində yorğan, 17 ədəd 2550 manat dəyərində döşək, 7 ədəd müxtəliş ölçülü 900 manat dəyərində xalça, 4 ədəd 200 manat dəyərində odeyal, çarpayı-6 ədəd qoşa-1 ədəd 200 manat dəyərində, tək 5 ədəd 250 manat dəyərində, 4 ədəd 200 manat dəyərində divan üstü döşəkçə, 13 ədəd 650 manat dəyərində yataq yasdığı (quş tükü ilə), 1 ədəd 50 manat dəyərində yemək masası, 6 ədəd 240 manat dəyərində stul, 350 manat dəyərində 10 metr pərdə, 1 ədəd 250 manat dəyərində samovar, 350 manat dəyərində qonaq otağı üçün qabaq stolu, 1 ədəd 700 manat dəyərində “LG” markalı təzə televizor, 1 ədəd 580 manat dəyərində “Samsung” markalı kondisioner, 1 ədəd 340 manat dəyərində “Nort” markalı paltaryuyan maşın, 2 ədəd hər biri 260 manat cəmi 520 manat dəyərində quyu üçün su matoru, 10 ədəd hər birinin dəyəri 100 manat cəmi 1000 manat olan həyət üçün dəmir stol (məclis üçün 3,5 x 1,5), 1 ədədinin qiyməti 50 manat olan 900 manat dəyərində 18 ədəd oturacaq üçün skameykadan (3,5 x 0,40) ibarətdir. Bundan əlavə Cavabdeh1 XXX Vəzir oğlunun Bank olmayan kredit təşkilatlarından götürdüuyü kreditlərə dair ödənişlər etmişdir. Həmin ödənişlər onun tərəfindən bu günə qədər ona geri ödənilməmişdir. Belə ki, onda qalmış qəbzlərə əsasən Cavabdeh1 XXX Vəzir oğlunun GL QSC-dən götürdüyü kreditə dair 370 manat, "xxxx" BOKT ASC-dən götürdüyü kreditə dair isə 400 ABŞ dolları ödənilmişdir. Bundan əlavə xatırladığı odur ki, daha böyük məbləğlər ödəmiş, sadəcə həmin ödənişlərin qəbzləri onda qalmamışdır. İddiaçı nümayəndəsi (vəkili) Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək Bərdə rayonu Dəymədağlı kəndində yerləşən evdən iddiaçıya məxsus əşyaların cavabdehlər Cavabdeh1 XXX Vəzir oğlundan və Cavabdeh2 alınaraq iddiaçıya verilməsinə, əşyaların qaytarılması mümükün olmadıqda onların dəyəri olan 15.940 (on beş min doqquz qırx) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsinə, cavabdeh XXX Cavabdeh1 kreditinə dair ödənilmiş məbləğlərin 4070 manat və 1200 ABŞ dolları (ödəniş gününə mərkəzi bankın məzənnəsinə uyğun olaraq) pulun cavabdeh XXX Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsinə, dövlət rüsumu qismində ödənilmiş 100 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, evdə olan əşyalardan 1 ədəd 60 km-lik kondisioner, 1 ədəd paltaryuyan maşın, 1 ədəd soyuducu, 1 ədəd qaz cihazı, 1 ədəd “Samsung” markalı kondisioner, 1 ədəd “Nort” markalı paltaryuyan maşın, 1 ədəd quyu üçün su matoru ona məxsusdur. Bundan başqa atası sağlığında ona 100 qramlıq qızıl sep vermiş. Həmin sepi banka qoyaraq pul götürmüşdür. Banka olan borcunu ödəyə bilmədiyindən iddiaçı bankın pulunu ödəyərək sepi götürmüşdür. İddianın etiraf etdiyi qaydada təmin, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, iddiaçı bioloji bacısıdır. O qonşuluqda yaşayır. Cavabdehlərin yaşadıqları evdə olan bütün əşyalar təzədir və həmin əşyaların hamısını iddiaçı almışdır. Hazırda analarına da iddiaçı baxır. Atasının vəfatından sonra iddiaçı ilə Cavabdeh1 arasında narazılıqlar olmuşdur. Atasının bütün qazancı və obyektləri Cavabdeh1 qalmışdır. Evdə olan paltaryuyanı, soyuducunu iddiaçı “Kontakt home”-dən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, paltaryuyanı, soyuducunu iddiaçı “Kontakt home”-dən almış və kreditini də iddiaçı özü ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) və cavabdehin izahatlarını dinləyib, şahidləri dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 07558048 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıə Vəzir qızı xx.xx.1973-cü ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuşdur, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, XXX Cavabdeh1 xx.xx.1977-ci ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuşdur. Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatdadır. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 avqust 2019-cu il tarixli AZ-İİ 036312 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 30 aprel 2019-cu ildə ölmüşdür. “Qanun üzrə vərəsəlik hüququ haqqında” 08 iyun 2021-ci il tarixli şəhadətnamədən görünür ki, X3 vərəsəsi olan arvadı X4 miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: -7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2009 tarixdə X6 verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Dəymədağıldı kəndində 0.25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 238,9 kv/m, yaşayış sahəsi 120.1 kv/m, yardımçı sahəsi 118.8 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən və -7 saylı Ərazi İdarəsi tərəfindən 19.06,2009 tarixdə X6 verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə rayonu Dəymədağıldı ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan torpaq sahəsindən ibarətdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 238,9 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ¼ hissədə XXX Cavabdeh1, ¾ hissədə X4 adına qeydiyyata alınmışdır. 29 sentyabr 2017-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" BOKT ASC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" BOKT ASC-nə 200 ABŞ dolları məbləğində ödəniş etmişdir. 30 oktyabr 2017-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" BOKT ASC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" BOKT ASC-nə 200 ABŞ dolları məbləğində ödəniş etmişdir. 29 dekabr 2017-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" BOKT ASC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" BOKT ASC-nə 400 ABŞ dolları məbləğində ödəniş etmişdir. 09 fevral 2018-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" BOKT ASC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" BOKT ASC-nə 400 ABŞ dolları məbləğində ödəniş etmişdir. 07 iyun 2018-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" QSC-nə 370 manat məbləğində ödəniş etmişdir. 05 iyul 2018-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" QSC-nə 370 manat məbləğində ödəniş etmişdir. 07 avqust 2018-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" QSC-nə 370 manat məbləğində ödəniş etmişdir. 10 sentyabr 2018-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" QSC-nə 370 manat məbləğində ödəniş etmişdir. 16 oktyabr 2018-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" QSC-nə 370 manat məbləğində ödəniş etmişdir. 13 dekabr 2018-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" QSC-nə 740 manat məbləğində ödəniş etmişdir. 07 yanvar 2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" QSC-nə 370 manat məbləğində ödəniş etmişdir. 07 fevral 2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" QSC-nə 370 manat məbləğində ödəniş etmişdir. 07 mart 2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" QSC-nə 370 manat məbləğində ödəniş etmişdir. 04 aprel 2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliyinin icrası ilə əlaqədar olaraq İddiaçı "xxxx" QSC-nə 370 manat məbləğində ödəniş etmişdir. 18 aprel 2024-cü il tarixli 57162308 nömrəli çek məlumatından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumu ödəmişdir. 01 iyun 2024-cü il tarixli 59760319 nömrəli çek məlumatından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, işin gerçək halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 bacı-qardaş olmaqla Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən ata evlərində yaşamışlar. İddiaçı hazırda həmin evdə yaşamasa da ona məxsus əmlaklar həmin evdə qalmışdır. İddiaçı iddia ərizəsində cavabdehlərdən 1 ədəd 1200 manat dəyərində 60 km-lik kondisioner, 1 ədəd 750 manat dəyərində paltaryuyan maşın, 1 ədəd 400 manat dəyərində soyuducu, 1 ədəd 360 manat dəyətində qaz cihazı, 1 ədəd 150 manat dəyərində “Supra” markalı televizor, 1 ədəd 210 manat dəyərində televizor altı, 1 ədəd 90 manat dəyərində bişirmə sobası, 1 ədəd 200 manat dəyərində qədimi divan, 2 ədəd (biri böyük, biri balaca) 450 manat dəyərində Şifoner paltar dolabı, 1 ədəd 1500 manat dəyərində qonaq otağı mebeli (stenka), 1 ədəd 200 manat dəyərində döşək üzü dəstləri yığılan çamadan (mələfə və yorğan üzü), 10 kq 100 manat dəyərində təmizlənmiş döşək yunu, 13 ədəd 1300 manat dəyərində yorğan, 17 ədəd 2550 manat dəyərində döşək, 7 ədəd müxtəliş ölçülü 900 manat dəyərində xalça, 4 ədəd 200 manat dəyərində odeyal, çarpayı-6 ədəd qoşa-1 ədəd 200 manat dəyərində, tək 5 ədəd 250 manat dəyərində, 4 ədəd 200 manat dəyərində divan üstü döşəkçə, 13 ədəd 650 manat dəyərində yataq yasdığı (quş tükü ilə), 1 ədəd 50 manat dəyərində yemək masası, 6 ədəd 240 manat dəyərində stul, 350 manat dəyərində 10 metr pərdə, 1 ədəd 250 manat dəyərində samovar, 350 manat dəyərində qonaq otağı üçün qabaq stolu, 1 ədəd 700 manat dəyərində “LG” markalı təzə televizor, 1 ədəd 580 manat dəyərində “Samsung” markalı kondisioner, 1 ədəd 340 manat dəyərində “Nort” markalı paltaryuyan maşın, 2 ədəd hər biri 260 manat cəmi 520 manat dəyərində quyu üçün su matoru, 10 ədəd hər birinin dəyəri 100 manat cəmi 1000 manat olan həyət üçün dəmir stol (məclis üçün 3,5 x 1,5), 1 ədədinin qiyməti 50 manat olan 900 manat dəyərində 18 ədəd oturacaq üçün skameyka tələb etsə də, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında kondisionerlərin, soyuducunun, 1 ədəd su matorunun, paltaryuyan maşınların, qaz cihazının ona məxsus olduğunu bildirmiş, iddiaçı isə qeyd olunan əmlakların onun olması barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 1 ədəd 150 manat dəyərində “Supra” markalı televizor, 1 ədəd 210 manat dəyərində televizor altı, 1 ədəd 90 manat dəyərində bişirmə sobası, 1 ədəd 200 manat dəyərində qədimi divan, 2 ədəd (biri böyük, biri balaca) 450 manat dəyərində Şifoner paltar dolabı, 1 ədəd 1500 manat dəyərində qonaq otağı mebeli (stenka), 1 ədəd 200 manat dəyərində döşək üzü dəstləri yığılan çamadan (mələfə və yorğan üzü), 10 kq 100 manat dəyərində təmizlənmiş döşək yunu, 13 ədəd 1300 manat dəyərində yorğan, 17 ədəd 2550 manat dəyərində döşək, 7 ədəd müxtəliş ölçülü 900 manat dəyərində xalça, 4 ədəd 200 manat dəyərində odeyal, çarpayı-6 ədəd qoşa-1 ədəd 200 manat dəyərində, tək 5 ədəd 250 manat dəyərində, 4 ədəd 200 manat dəyərində divan üstü döşəkçə, 13 ədəd 650 manat dəyərində yataq yasdığı (quş tükü ilə), 1 ədəd 50 manat dəyərində yemək masası, 6 ədəd 240 manat dəyərində stul, 350 manat dəyərində 10 metr pərdə, 1 ədəd 250 manat dəyərində samovar, 350 manat dəyərində qonaq otağı üçün qabaq stolu, 1 ədəd 700 manat dəyərində “LG” markalı təzə televizor, 10 ədəd hər birinin dəyəri 100 manat cəmi 1000 manat olan həyət üçün dəmir stol (məclis üçün 3,5 x 1,5), 1 ədədinin qiyməti 50 manat olan 900 manat dəyərində 18 ədəd oturacaq üçün skameyka, 1 ədəd 1200 manat dəyərində 60 m-lik kondisioner, 1 ədəd 750 manat dəyərində paltaryuyan maşın, 1 ədəd 400 manat dəyərində soyuducu, 1 ədəd 360 manat dəyətində qaz cihazı, 1 ədəd 580 manat dəyərində “Samsung” markalı kondisioner, 1 ədəd 340 manat dəyərində “Nort” markalı paltaryuyan maşın, 1 ədəd hər biri 260 manat dəyərində quyu üçün su matoru tələbinə dair hissədə təmin edilməli, 1 ədəd 260 manat dəyərində quyu üçün su matoru tələbinə dair hissədə isə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin Cavabdeh1 XXX Vəzir oğlunun kreditinə dair ödənilmiş məbləğlərin 4070 manat və 1200 ABŞ dolları (ödəniş gününə mərkəzi bankın məzənnəsinə uyğun olaraq) pulun Cavabdeh1 XXX Vəzir oğlundan alınaraq iddiaçıya ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 "xxxx" BOKT ASC və "xxxx" QSC qarşısında olan öhdəliyinə görə 1200 ABŞ dolları və 4070 manat məbləğində ödəniş etməsi iş materiallarında olan Xəzinə mədaxil orderləri ilə öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə də təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında atası tərəfindən ona 100 qramlıq qızıl sepin verildiyini, həmin sepi banka qoyaraq pul götürdüyünü, banka olan borcunu ödəyə bilmədiyindən iddiaçı bankın pulunu ödəyərək sepi götürdüyünü qeyd etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə görə, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X5 X1 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 1 ədəd 150 manat dəyərində “Supra” markalı televizor, 1 ədəd 210 manat dəyərində televizor altı, 1 ədəd 90 manat dəyərində bişirmə sobası, 1 ədəd 200 manat dəyərində qədimi divan, 2 ədəd (biri böyük, biri balaca) 450 manat dəyərində Şifoner paltar dolabı, 1 ədəd 1500 manat dəyərində qonaq otağı mebeli (stenka), 1 ədəd 200 manat dəyərində döşək üzü dəstləri yığılan çamadan (mələfə və yorğan üzü), 10 kq 100 manat dəyərində təmizlənmiş döşək yunu, 13 ədəd 1300 manat dəyərində yorğan, 17 ədəd 2550 manat dəyərində döşək, 7 ədəd müxtəlif ölçülü 900 manat dəyərində xalça, 4 ədəd 200 manat dəyərində odeyal, çarpayı-6 ədəd qoşa-1 ədəd 200 manat dəyərində, tək 5 ədəd 250 manat dəyərində, 4 ədəd 200 manat dəyərində divan üstü döşəkçə, 13 ədəd 650 manat dəyərində yataq yasdığı (quş tükü ilə), 1 ədəd 50 manat dəyərində yemək masası, 6 ədəd 240 manat dəyərində stul, 350 manat dəyərində 10 metr pərdə, 1 ədəd 250 manat dəyərində samovar, 350 manat dəyərində qonaq otağı üçün qabaq stolu, 1 ədəd 700 manat dəyərində “LG” markalı təzə televizor, 10 ədəd hər birinin dəyəri 100 manat cəmi 1000 manat olan həyət üçün dəmir stol (məclis üçün 3,5 x 1,5), 1 ədədinin qiyməti 50 manat olan 900 manat dəyərində 18 ədəd oturacaq üçün skameyka həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri, həmçinin Cavabdeh1 1200 ABŞ dolları məbləğində pul icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və 4070 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 198 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 198 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər XXX Cavabdeh1 və Cavabdeh2 qarşı “Əmlak və pul tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdehlər XXX Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1 ədəd 150 manat dəyərində “Supra” markalı televizor, 1 ədəd 210 manat dəyərində televizor altı, 1 ədəd 90 manat dəyərində bişirmə sobası, 1 ədəd 200 manat dəyərində qədimi divan, 2 ədəd (biri böyük, biri balaca) 450 manat dəyərində Şifoner paltar dolabı, 1 ədəd 1500 manat dəyərində qonaq otağı mebeli (stenka), 1 ədəd 200 manat dəyərində döşək üzü dəstləri yığılan çamadan (mələfə və yorğan üzü), 10 kq 100 manat dəyərində təmizlənmiş döşək yunu, 13 ədəd 1300 manat dəyərində yorğan, 17 ədəd 2550 manat dəyərində döşək, 7 ədəd müxtəlif ölçülü 900 manat dəyərində xalça, 4 ədəd 200 manat dəyərində odeyal, çarpayı-6 ədəd qoşa-1 ədəd 200 manat dəyərində, tək 5 ədəd 250 manat dəyərində, 4 ədəd 200 manat dəyərində divan üstü döşəkçə, 13 ədəd 650 manat dəyərində yataq yasdığı (quş tükü ilə), 1 ədəd 50 manat dəyərində yemək masası, 6 ədəd 240 manat dəyərində stul, 350 manat dəyərində 10 metr pərdə, 1 ədəd 250 manat dəyərində samovar, 350 manat dəyərində qonaq otağı üçün qabaq stolu, 1 ədəd 700 manat dəyərində “LG” markalı təzə televizor, 10 ədəd hər birinin dəyəri 100 manat cəmi 1000 manat olan həyət üçün dəmir stol (məclis üçün 3,5 x 1,5), 1 ədədinin qiyməti 50 manat olan 900 manat dəyərində 18 ədəd oturacaq üçün skameyka, 1 ədəd 1200 manat dəyərində 60 m-lik kondisioner, 1 ədəd 750 manat dəyərində paltaryuyan maşın, 1 ədəd 400 manat dəyərində soyuducu, 1 ədəd 360 manat dəyətində qaz cihazı, 1 ədəd 580 manat dəyərində “Samsung” markalı kondisioner, 1 ədəd 340 manat dəyərində “Nort” markalı paltaryuyan maşın, 1 ədəd 260 manat dəyərində quyu üçün su matoru, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınaraq İddiaçı verilsin. Cavabdeh XXX Cavabdeh1 1200 (bir min iki yüz) ABŞ dolları məbləğində pul icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və 4070 (dörd min yetmiş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdehlər XXX Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 198 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim : Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar