Məhkəmə qərarları › İş №e-2(021)-2046/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2046/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2046/2024 10.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya İddiaçı Sığorta Şirkəti ASC) cavabdehlər Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) və Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) qarşı “Pul tələbi”nə dair mülki işə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 Hümbət oğlundan və Cavabdeh1 Mürşüd oğlundan “Hyundai Sonata” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 2550 (iki min beş yüz əlli) manat pulun və ödənilmiş 45.50 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 Mürşüd oğlunun etibarnamə ilə sahibliyində olan və Cavabdeh2 Hümbət oğlu tərəfindən idarə olunan “Mercedes Benz E320” markalı, **-GF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Sonata” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Cavabdeh2 Hümbət oğlunun idarə etdiyi “Mercedes Benz E320” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-də sığortalanmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Hyundai Sonata” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2550 (iki min beş yüz əlli) manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 75701720 nömrəli ödəniş tapşırığına əsasən, “Hyundai Sonata” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2550 (iki min beş yüz əlli) manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh2 Hümbət oğlu və Cavabdeh1 Mürşüd oğluna qarşı subroqasiya hüquqları yaranmışdır. TP- 3640547 saylı qərar və AP-0160239 saylı protokola əsasən Cavabdeh2 Hümbət oğlu İXMnin 332.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh2 Hümbət oğluna etibarnaməsi olmadığı halda nəqliyyat vasitəsini Cavabdeh1 Mürşüd oğlu vermişdir. İş materiallarına əlavə edilmiş izahatda da Cavabdeh2 Hümbət oğlu nəqliyyat vasitəsini xalası oğlu Cavabdeh1 Mürşüd oğlundan aldığını bildirmişdir. Nəqliyyat vasitəsinin etibarnamə ilə Cavabdeh1 Mürşüd oğlunun sahibliyində olması BDYPİ-nin çıxarışından aydın olur. Hesab edirlər ki, 2550 (iki min beş yüz əlli) manat pul hər iki şəxsdən, yəni Cavabdeh2 Hümbət oğlundan və Cavabdeh1 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, o cümlədən, onlara bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərə biləcəkləri bildirilmiş və MPM-nin 284-5.3cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdehlər iddia tələbinə etirazlarının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdıraraq iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh2 xx.xx.1983-cü ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 xx.xx.1982-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri M.F.Axundov küçəsi ev 59-da qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 13 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, DİN-nin Baş X5 İdarəsinin Qeydiyyat-imtahan idarəsinin kompyuter uçot bazasına görə “Mercedes Benz E320CDİ” markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdən Babaşov Tahir Raqub oğlunun adına qeydiyyatdadır və etibarnamə ilə Cavabdeh1 sahibliyindədir (xx.xx.2014-xx.xx.2021). “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında” 21 aprel 2020-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, Cavabdeh2 barəsində Azərbaycan Respublikasının İXM-nin 332.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əliyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” 21 aprel 2020-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 100 manat inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” 02 noyabr 2020-ci il tarixli hesabatdan görünür ki, 09 mart 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Hyundai Sonata” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2550 (iki min beş yüz əlli) manat məbləğində ziyan hesablanmışdır. 04 yanvar 2022-ci il tarixli sığorta aktından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 2550 manat məbləğində zərər dəymiş və həmin məbləğdə sığorta ödənişi edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli 75701720 (4165) nömrəli ödəniş tapşırığından görünür ki, X2 2550 (iki min beş yüz əlli) manat məbləğində sığorta ödənişi ödənilmişdir. 03 noyabr 2020-ci il tarixli Pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 iddiaçı tərəfindən ödənilmiş 2550 manat məbləğində vəsaiti 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nin bank hesabına ödəməsi xahiş edilmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. 19 aprel 2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 iddiaçı tərəfindən ödənilmiş 2550 manat məbləğində vəsaiti 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nin bank hesabına ödəməsi xahiş edilmiş, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC məhkəmədə iddia qaldırmaq üçün 45,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 Mürşüd oğlunun etibarnamə ilə sahibliyində olan və Cavabdeh2 Hümbət oğlu tərəfindən idarə olunan “Mercedes Benz E320” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Sonata” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Cavabdeh2 Hümbət oğlunun idarə etdiyi “Mercedes Benz E320” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Hyundai Sonata” markalı, **- PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2550 (iki min beş yüz əlli) manat məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Hyundai Sonata” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2550 (iki min beş yüz əlli) manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh2 Hümbət oğluna və Cavabdeh1 Mürşüd oğluna qarşı subroqasiya hüquqları yaranmışdır. AP-0160239 saylı protokola və TP- 3640547 saylı qərara əsasən Cavabdeh2 Hümbət oğlu Azərbaycan Respublikasının İXMnin 332.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh1 Mürşüd oğlu tərəfindən nəqliyyat vasitəsi etibarnaməsi olmadığı halda idarə olunması üçün Cavabdeh2 Hümbət oğluna verilmişdir. BDYPİ-nin çıxarışından da aydın olur ki, nəqliyyat vasitəsi etibarnamə ilə Cavabdeh1 Mürşüd oğlunun sahibliyindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, Cavabdeh1 Mürşüd oğlunun etibarnamə ilə sahibliyində olan və Cavabdeh2 Hümbət oğluna etibarnamə olmadan idarə etməsi üçün verilmiş “Mercedes Benz E320” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə 09 mart 2020-ci il tarixdə Cavabdeh2 tərəfindən manevr qaydaları pozularaq yol nəqliyyat hadisəsi törətməsi və X1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2550 manat məbləğində ziyan vurması, vurulmuş ziyanın iddiaçı tərəfindən X2 ödənilməsi məhkəmə iclasında mötəbər sübutlarla təsdiq edildiyindən iddia tələbi təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı Sığorta Şirkəti ASC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 45,50 (qırx beş manat 50 qəpik) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tam təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 45,50 (qırx beş manat 50 qəpik) mаnаt məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216 - 220, 239, 284-1 - 284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “Pul tələbi” nə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2550 (iki min beş yüz əlli) manat sığorta ödənişi və 45,50 (qırx beş manat 50 qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar