Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-2059/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Pambıq İstehsalı və X6 filalına qarşı mülkiyyət hüququnun müdafiəsi, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh "xxxx" MMC və "xxxx" MMC-nin Pambıq İstehsalı və X6 filialı tərəfindən xüsusi mülkiyyətində olan Bərdə şəhəri, keçmiş Nizami küçəsi, hazırkı Heydər Əliyev prospektində yerləşən 0.714 ha torpaq sahəsində həyata keçirilən hüquqa zidd hərəkətlərə son qoyulması, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri Heydər Əliyev prospektində yerlşən 0,714 ha torpaq sahəsinə dair İddiaçı adına AR-nın ƏMDK yanında DƏDRX-nin Bərdə ərazi İdarəsinin 16 avqust 2012-ci il tarixli MA seriyalı ******* olan Çıxarış vardır. Həmin idarə tərəfindən torpaq sagəsinin planı və ölçüsü də tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehlər Azərpambıq ASK MMC və onun filialı olan Bərdə filialı tərəfindən iddiaçının hər hansı bir razılığı olmadan iddiaçının mülkiyyət hüquqlarını kobudcasına pozaraq, idarə etdikləri ağır nəqliyyat vasitələri də daxil olmala digər nəqliyyat vasitələrini, məhsullarını həmin torpaq sahəsində yerləşdirmiş, torpaq sahəsində mövcud tikililəri dağıtmış, əlavə özbaşına tikililər tikmiş və sairə hüquqa zidd hərəkətlər həyata keçirmişdir. Dəfələrlə şifahi və yazılı qaydada zəbt edilmiş xüsusi mülkiyyətinin boşaldılmasını və özbaşınalıqlarına son qoyulmasını tələb etsə də cavabdehlərin həmin hüquqa zidd hərəkətlərə son qoyulmamışdır. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin artırılması tələbinə dair ərizə verərək, cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin Pambıq istehsalı və X6 filialı tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan Bərdə şəhəri keçmiş Nizami küçəsi, hazır ki, Heydər Əliyev prospektində yerləşən 0,714 ha torpaq sahəsində həyata keçirilən hüquqa zidd hərəktələrə son qoyulması, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması, əvvəllki vəziyyətinin bərpa edilməsi, həmin torpaq sahəsində yerləşən bir ədəd dəmir kanstruksiyadan ibarət qapanın (yük çəkilməsi üçün tərəzi), bir ədəd yanacaq saxlanılması üçün dəmir çənin həmin ərazidən çıxarılması, iki ədəd dəmir kanstruksiyadan ibarət talvarın, bir ədəd mişar daşından inşa edilmiş sanitar qovşağın və bir ədəd gözətçi otağı üçün istifadə edilən yardımçı tikilinin cavabdehlərin vəsaiti hesabına sökülərək ərazidən çıxarılması və cavabdehlərdən 34,800 (otuz dörd min səkkiz yüz) manat maddi ziyanın və məhkəmdə iddia qaldırılması üçün ödənilmiş 195 (yüz doxsan beş) manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Pambıq İstehsalı və X6 filalına məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Pambıq İstehsalı və X6 filalının nümayəndələrinin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AA 017028 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İddiaçı Bərdə şəhəri, Nizami küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0.714 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MZ ******* nömrəli çıxrışın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətinə sahibkarlıq fəaliyyəti üçün Bərdə şəhəri, Nizami küçəsində 0.714 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Bərdə Rayonn Məhkəməsinin e-2(021)-2059/2023 saylı, 16 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, İddiaçı Bərdə şəhəri, Nizami küçəsi, hazırki H.Əliyev prospektində yerləşən **********80 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.714 ha torpaq sahəsinin bir hissəsi “X5 Kompleksi” MMC-i tərəfindən stifadə edilir. İddiaçı Bərdə şəhəri, Nizami küçəsi, hazırki H.Əliyev prospektində yerləşən **********80 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.714 ha torpaq sahəsindən, 0.6526 ha hissəsi “X5 Kompleksi” MMC tərəfindən istifadə edilir. İddiaçı Bərdə şəhəri, Nizami küçəsi, hazırki H.Əliyev prospektində yerləşən **********80 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.714 ha torpaq sahəsi üzərində “X5 Kompleksi” MMC-nin istifadəsində olan iki ədəd dəmir konstruksiyadan ibarət talvar, bir ədəd dəmir kanstruksiyadan ibarət qapan (yük çəkilməsi üçün tərəzi), bir ədəd yanacaq saxlanılması üçün dəmir çən, bir ədəd mişar daşından inşa edilmiş sanitar qovşağı və bir ədəd gözətçi otağı üçün istifadə edilən yardımçı tikililər mövcuddur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Bərdə şəhərində ticarət məqsədi üçün 0.6526 ha torpaq sahəsindən 1 ay müddətində icarəyə verilərək 300 manat gəlir əldə etmək olar, 2013-cü ildən 2022-ci il tarixə qədər İddiaçı əldə edə biləcəyi gəlir 34.800 manat qiymətləndirilmişdir. İş materiallarında olan “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə İddiaçı iddasına qarşı etiraz göndərərək, etirazda İddiaçı "xxxx" MMC yə qarşı mülkiyyət hüququnun müdafiəsi, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, Bərdə şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,714 ha torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehlər tərəfindən iddiaçının hər hansı razılığı olmadan mülkiyyət hüquqları kobudcasına pozulmuş və mülkiyyətçiyə ziyan dəymişdir. İlk növbədə qeyd etmək istəyirik ki, cavabdeh şəxs düzgün müəyyən edilməmişdir, eləcə də həmin cavabdehin hüquqi ünvanı üzrə məhkəməyə müraciət edilməmişdir. Belə ki, iddiaçının iddia etdiyi əmlak üzrə mülkiyyətçi "xxxx" Açıq Səhmdar Cəmiyyətidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli 1665 saylı fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "xxxx" ASC) yaradılması və strukturunun təsdiq edilmişdir. Həmin fərmanın 3.5-cimaddəsinə əsasən "xxxx" ASC-nin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində (balansında) olan və "xxxx" ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlak hesabına formalaşması qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - "xxxx" QSC) "xxxx" Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, habelə alınacaq aktivlər üzrə tələb hüququ "xxxx" Açıq Səhmdar Cəmiyyətindən "xxxx" QSC-yə ötürülmüş X2 “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “United Textiles FZE” müəssisəsinin maşın və avadanlıqları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "xxxx" ASC) mülkiyyətinə (balansına) verilməsi qərara alınmışdır. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanına əsasən iddiaçının iddia etdiyi əmlak "xxxx" QSC-nin mülkiyyətindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil-təslim aktı üzrə ötürülmüşdür. Bundan sonra, iddia edilən bu əmlak üzrə mülkiyyətçi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11 saylı, 19 fevral 2019-cu il tarixli əmrə əsasən "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Yuxarıda qeyd edilənləri və təsdiqedici sənədləri nəzərə alaraq iş üzrə cavabdeh düzgün seçilməmiş və həmin cavabdehin hüquqi ünvanı üzrə məhkəmədə işə baxılmadığı üçün aidiyyət qaydaları pozulmuşdur. İddiaçının iddia ərizəsi formal mülahizələrə əsaslanmaqla əsassız olaraq tərtib edilmişdir. İddiaçı "xxxx" MMC yə qarşı mülkiyyət hüququnun müdafiəsi, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiası aidiyyəti cavabdehə, eləcə də ərazi aidiyyətinə riayət edilməyi üçün iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" MMC yə qarşı mülkiyyət hüququnun müdafiəsi, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair” iddiası aidiyyəti cavabdehə, eləcə də ərazi aidiyyətinə riayət edilməyi üçün iddia ərizəsinin geri qaytarılmasını göstərmişdir. İş materiallarında olan “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə vəsatət göndərərək, İddiaçı iddasının geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Sənaye Korparasiya ASC-nin 15 nömrəli, 04 mart 2019cu il tarixli əmrində Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nümrəli Fərmanının icrasının təmin edilməsi məqsədi İİə "xxxx" QSC BOKT-dan təhvil alınmış əmlaklardan səmərəli və təyinatı üzrə istifadə edilməsi məqsədi ilə “X1” ASC-nin təsisçiyi ilə "Azərpambıq ASK” MMC yaradılmışdır. Hazırda "xxxx" MMC-nin fəaliyyətinin genişləndirilməsi, səmərəliliyinin yüksəldilməsi, rentabelliyinin artırılması məqsədi ilə "xxxx" ASC-nin balansında olan bir sıra əmlakların "xxxx" MMC-nin balansına ötürülməsi zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq və "X1” ASC-nin Nizamnaməsinin 2.2.34-cü, 6.4.1-ci bəndlərini rəhbər tutaraq əmr edilmişdir: Bu əmrin 01 nömrəli əlavəsində göstərilən 15 484 243 manat dəyərində əsas vəsaitlər "xxxx" ASC-nin balansından çıxarılaraq "xxxx" MMC-nin balansına ötürülsün. Ümumi şöbəyə tapşırılsın ki, "xxxx" ASC-nin bütün aidiyyəti struktur bölmələri bu əmrlə tanış edilsin. İş materiallarında olan 04 mart 2019-cu il tarixi təhvil-təslim aktının surətindən müəyyən olunur ki, "xxxx" MMC-nin nizamnamə fondduna 15484243 mnat dəyərində əsas vəsaitlərin təhvil verilməsi aktlaşdırılmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdehlər “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Pambıq İstehsalı və X6 filalının iddiaçının 0.714 ha torpaq sahəsini zəbt etməsi və həmin torpaq sahəsindən istifadə etməklə ona 34.800 manat maddi ziyan vurmaları sübuta yetirilmişdir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş mütəxəssis rəyində cavabdehlər “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Pambıq İstehsalı və X6 filalının iddiaçının torpaq sahəsini zəbt etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən 0.714 ha torpaq sahəsi cavabdehlər “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Pambıq İstehsalı və X6 filalı tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli və iddiaçının mülkiyyətində olan Bərdə rayonu şəhəri, keçmiş Nizami küçəsi, hazır ki, H.Əliyev prospektində yerləşən 0.714 ha torpaq sahəsini qanunsuz zəbt etmiş cavabdehlər “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Pambıq İstehsalı və X6 filalı həmin torpaq sahəsindən çıxarılmalı, maddi ziyana görə 34.800 manat cavabdehlər X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Pambıq İstehsalı və X6 filalından tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 195 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “X5 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Pambıq İstehsalı və X6 filalına qarşı mülkiyyət hüququnun müdafiəsi, cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması və ziyan tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin Pambıq istehsalı və X6 filialı tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan Bərdə şəhəri keçmiş Nizami küçəsi, hazır ki, Heydər Əliyev prospektində yerləşən 0,714 ha torpaq sahəsində həyata keçirilən hüquqa zidd hərəktələrə son qoyulsun. Cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsi boşaldısın, əvvəlki vəziyyəti bərpa edilsin, həmin torpaq sahəsində yerləşən bir ədəd dəmir konstruksiyadan ibarət qapan (yük çəkilməsi üçün tərəzi), bir ədəd yanacaq saxlanılması üçün dəmir çən həmin ərazidən çıxarılsın, iki ədəd dəmir konstruksiyadan ibarət talvar, bir ədəd mişar daşından inşa edilmiş sanitar qovşağ və bir ədəd gözətçi otağı üçün istifadə edilən yardımçı tikili cavabdehlərin vəsaiti hesabına sökülsün və ərazidən çıxarılsın. Cavabdehlərdən müştərək qaydada 34,800 (otuz dörd min səkkiz yüz) manat maddi ziyan və məhkəmdə iddia qaldırılması üçün ödənilmiş 195 (yüz doxsan beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(021)-2059/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-2059/2023
26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver