Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2215/2022 01.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Vaqı̇ f oğlunun Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Vaqı̇ f oğlu Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Vaqı̇ f oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, 01 avqust 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasında səhhəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini , maddi imkanın aşağı olması ilə əlaqədar Gəncə şəhərindən Bərdə rayonuna gedib-gələ bilməyəcəyini qeyd etmiş, mülki işin aidiyyatı üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh tərəfindən verilmiş və iş materiallarına əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Vaqı̇ f oğlunun Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair 2(021)-2215/22 saylı mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsində göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 35,44,45-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Vaqı̇ f oğlunun Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair 2(021)-2215/22 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(021)-2215/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2215/2022
01.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver