Məhkəmə qərarları › İş №e-2(021)-2540/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-2540/2024

08.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-2540/2024 08.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı, cavabdeh “DOST” X1rşı “İtirilmiş torpaq sahəsinin əvəzinə naturada kompensasiyanın verilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib Müəyyənetdim: İddiaçı məhkəməyə müraciət edərək, onun mülkiyyətində olmuş 1428 kv.m-dən ibarət torpaq sahəsinin əvəzinə, onun hazırda mülkiyyətində olan 3533,74 kv.m-dən ibarət torpaq sahəsinə bitişik və dövlət mülkiyyətində olan torpaq sahəsindən 1428 kv.m.-dən ibarət torpaq sahəsinin naturada kompensasiya kimi onun mülkiyyətinə verilməsi ödəliyinin cavabdeh Bərdə İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 152.1.3-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, Bərdə rayon İcra hakimiyyətinin üzərinə göstərilən öhdəliyin qoyulması tələbi inzibati məhkəmə icraatının predmetidir. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən İddiaçı, cavabdeh “DOST” X1rşı “İtirilmiş torpaq sahəsinin əvəzinə naturada kompensasiyanın verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: İddiaçı, cavabdeh “DOST” X1rşı “İtirilmiş torpaq sahəsinin əvəzinə naturada kompensasiyanın verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim : Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar