Məhkəmə qərarları › İş №e-2(021)-3218/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3218/2022

30.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3218/2022 30.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızı 08 mart 1998-ci ildə Bərdə rayonunda doğulmuş X3 14 aprel 1998-ci il tarixdə Bərdə rayonu ərazisində vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X10 ilə 20 fevral 1997-ci ildə rəsmi nikahla ailə qurmuşdur, birgə nikahlarından 08 mart 1998-ci il təvəllüdlü X7, 01 aprel 2000-ci il təvəllüdlü X17, 07 mart 2001-ci il təvəllüdlü X11 adlı övladları doğulmuşdur. X1 14 aprel 1998-ci ildə vəfat etmişdir. Bir ana kimi körpə övladını erkən itirməyi ona olduqca sarsıdıcı təsir etmiş və buna görə də bu günə qədər mərhumə X1na ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Bununla əlaqədar Bərdə rayon Qeydiyyat Şöbəsinə yazılı olaraq müraciət etsə də, Bərdə rayon Qeydiyyat Şöbəsində məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Qızı Ofelyanın ölümünə dair şəhadətnamənin verilməsi onun üçün hüquq yaradan sənədlərin əldə edilməsi üçün, xüsusilə vərəsəliklə bağlı məsələlərdə zəruri tələbdir. Həmçinin hal-hazırda o, çoxuşaqlı ana kimi pensiyaya çıxmaq istəyir və bu səbəbdən də vəfat etmiş övladının ölümünə dair şəhadətnaməni də müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, İddiaçı bacısıdır, bacısının övladı 08 mart 1998-ci il təvəllüdlü X9 14 aprel 1998-ci ildə vəfat etmişdir, uşaq vəfat edərkən körpə olmuşdur, ölümünü qeyd etdirməyiblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, bacısı qızı Ofelya lap körpə olanda vəfat edibdir, lakin bu günə qədər uşağa ölüm haqqında şəhadətnamə almayıblar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 131899 nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 10 sentyabr 1966-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 15131070 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 08 aprel 1975-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA3915370 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 11 aprel 1972-ci ildə doğulmuşdur. İş materiallarında olan Vİİ-JQ 298463 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə İddiaçı 20 fevral 1997-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan L-AZ 169572 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən müəyyən olunur ki, X18 14 aprel 2000-ci ildə doğulmuşdur, atası X13, anası İddiaçıdır. İş materiallarında olan 09 aprel 2001-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 07 mart 2001-ci ildə doğulmuşdur, atası X13, anası İddiaçıdır. İç materiallarındaa olan 294075 nömrəli arayışdan müəyyən olunur ki, X7 08 mart 1998-ci ildə doğulmuşdur, atası X13, anası İddiaçıdır. İş materiallarında olan Bərdə şəhər, inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4816, 09 sentyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, anasının deməsinə görə X7 1998-ci ildə vəfat etmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli, 555-05/15 nömrəli məktubdan müəyyən olunur ki, İddiaçı ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 14 aprel 1998-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 08 mart 1998-ci ildə doğulmuş X3 14 aprel 1998-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar