Məhkəmə qərarları › İş №e-2(021)-3881/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3881/2023

05.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3881/2023 05.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh “OpelAstra” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, X4 və X1 vurulan yüngül dərəcəli xəsarətə görə ödənilmiş ümumilikdə 2985 manat pulun və ödənilmiş 50.30 manat dövlət rüszumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 16 aprel 2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21011” markalı ** BS *** dövlət nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, nəticədə X8 və X10 yüngül dərəcədə bədən xəsarətləri almışdır. İddiaçı Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “OpelAstra” markalı, ** XE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1645 manat, X7 yüngül dərəcəli xəsarətlərinə görə 750 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdeh tərəfindən 31455 manat pulun 160 manat hissəsi ödənilmiş, 2985 manat hissəsi isə ödənilməmiş qalmışdır. 16 aprel 2020-ci il tarixdə yol həqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranıb. Hesab edirlər ki, 2985 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iştirakı olmadan baxılmasını və iddia ərizəsinə əlavə olunmuş sübutlara əsaslanaraq iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, maddi imkanı pis olduğundan sığorta ödənişini etməmişdir, həmin pulu hissə-hissə ödəyəcəkdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 10 mart 22021-ci il tarixli, 086538 nömrəli sığorta aktının surətindən müəyyən olunur ki, X8 750 manat sığorta ödənişini almışdır. İş materiallarında olan 10 mart 22021-ci il tarixli, 086567 nömrəli sığorta aktının surətindən müəyyən olunur ki, X10 750 manat sığorta ödənişini almışdır. İş materiallarında olan 10 mart 22021-ci il tarixli, 086536 nömrəli sığorta aktının surətindən müəyyən olunur ki, X8 1645 manat sığorta ödənişini almışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-593/2020 saylı, 24 iyun 2020-ci il tarixli İnzibati əta haqında iş üzrə Qərarının surətindən müəyyən olunur ki, X2 Respsublikası İnizbati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqssirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Reespublikası DİN-nin BPQMi-ninMAPS Şöbəsi tərəfindən verilmiş aryaışdan müəyyən olunur ki, xx xxxxx 1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ekspert rəyinin surətindən müəyyən olunur ki, X7 bədəni üzərində aşkar edilmiş xəsarətlər beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, sərnişin olan zaman yol-nəqliyyat hadisəsi nəticsində törənə bilər, mddəti qərarda göstərilən tarixə, yəni 16 aprdel 2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmsına səbəb olan sağlamlığa yüngül dərər vurmaya aiddirlər. İş materiallarında olan Ekspert rəyinin surətindən müəyyən olunur ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər beyin silkələnməsi ilə müşayət olunan alın nahiyəsinin əzilmiş yarası və hematoması küt əşyanın təsirindən törənmişdir, sərnişin olan zaman yol-nəqliyyat hadisəsi nəticsində törənə bilər, mddəti qərarda göstərilən tarixə, yəni 16 aprdel 2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmsına səbəb olan sağlamlığa yüngül dərər vurmaya aiddirlər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəyə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2985 manat sığorta ödənişi məbləğinin və 50.30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının iddia tələbində qeyd etdiyi dəlillər iş materiallarında olan sübutlarla təsdiq edildiyindən və iddiaçı təşkilatın subroqasiya hüququ mövcud olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin maddi imkanının olmaması iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbi təmin edilsin. Cavabdeh 2985 (iki min doqquz yüz səksən beş) manat sığorta ödənişi və 50.30 manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar