Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1054/2024 29.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Qubadov Xəyal Böyükxan oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat və dövlət rüsumuna görə ödənilmiş 48 (qırx səkkiz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan onun sağlamlığına az ağır zərər vurmuşdur. O, uzun müddət xəstəxanalarda müalicə almışdır. Hazırda da yeriməkdə çətinlik çəkir.Təqsirləndirilən şəxs Ağayev X1 rayon məhkəməsində ona dəymiş maddi zərərlə bağlı 5000 manat ödəməyi öhdəsinə götürmüş və 2000 manatı elə Nərimanov rayon məhkəməsində ödəmişdir. Qalan 3000 manatı isə 01 may 20024-cü il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürərək iltizam yazmışdır. Həmin iltizam Nərimanov rayon məhkəməsində hakimi Gültəkin Əsədovanın katibinin nəzarətində yazılmışdır. Daha sonra isə məhkəmə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1cimaddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam vermişdir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək ona dəymiş maddi ziyanla bağlı pulu ödəməkdən yayınır. Onun hazırda da müalicələri davam edir. O, 3000 manat borcundan 2024-cü ilin may-iyun ayları hər ay 125 manat olmaqla, cəmi 250 manat ödəmişdir. Hazırda da 2750 manat maddi ziyanla bağlı borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Odur ki, Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat pulun və dövlət rüsumuna görə ödənilmiş 48 (qırx səkkiz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmədə iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən də avtoqəza törətdiyinə görə Nərimanov rayon məhkəməsində barəsində olan cinayət işinə baxılarkən, zərərçəkmiş kimi tanınmış İddiaçı 5000 manat pul verəcəyini öhdəsinə götürmüş və həmin puldan yerindəcə 2000 manatını ödəmiş, lakin 3000 manatını da 24 ay müddətinə hər ay 125 manat ödəyəcəyinə söz vermişdir. Lakin iddiaçıya qalan ödənilməli olan zərərdən iki ay olmaqla hər ay 125 manat, cəmi 250 manat ödəmiş, maddi vəziyyəti pisləşdiyindən tam olaraq ödəniş edə bilməmişdir. Hazırda onun iddiaçıya 2750 manat borcu vardır. İmkanı olan kimi borcunu ödyəcəkdir. Məhkəmə cavabdehin izahatını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 1(005)-199/2024 saylı qərarından görünür ki, Cavabdeh barəsində AR CM-nin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı vurmuş olduğu maddi ziyanla bağlı zərərçəkmiş ondan 5000 manat tələb etmiş və həmin məbləğin 2000 manatını 02 aprel 2024-cü il tarixdə ödədiyini və qalan 3000 manat hissəsini isə 24 ay müddətinə hər ay 125 manat ödəmək şərtilə, 01 may 2024-cü il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsin əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 1(005)-199/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmə məsuliyyətinə verilmiş Cavabdeh barəsində cinayət təqibinə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı ilə barışdığına və ona vurulmuş zərəri ödədiyinə görə xitam verilmişdir. Lakin işin faktiki hallarından görünür ki, iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə iltizam verərək İddiaçı vurmuş olduğu maddi ziyanla bağlı zərərçəkmişin ondan 5000 manat tələb etdiyini, həmin məbləğin 2000 manatını 02 aprel 2024-cü il tarixdə ödədiyini və qalan 3000 manat hissəsini isə 24 ay müddətinə hər ay 125 manat ödəmək şərtilə 01 may 2024-cü il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. İddia ərizəsindən və cavabdehin izahatından görünür ki, Cavabdeh İddiaçı vurulmuş maddi ziyana görə 02 aprel 2024-cü il tarixdə 2000 manat ödəmiş, qalan 3000 manat ödənilməli olan hissəsindən iki ay ərzində hər ay 125 manat ödəməklə, cəmi 2750 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat pul və dövlət rüsumuna görə ödənilmiş 48 (qırx səkkiz) manat pul alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2750 (iki min yeddi yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumuna görə 48 (qırx səkkiz) manat pul alınıb İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mİrzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1054/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1054/2024
29.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver