Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-167/2024 07.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X8 oğlunun katibliyi ilə, Ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı sığortalı X5 ilə bağlanmış Mİ0126/23 nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası müqaviləsinə əsasən sığortalanmış “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan qismində faydalanan şəxs R.R.Xanızadəyə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.758 manat 44 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı sığortalı X5 ilə bağlanmış Mİ0126/23 nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası müqaviləsinə əsasən sığortalanmış “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan qismində faydalanan şəxs R.R.Xanızadəyə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 4.758 manat 44 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyəti ilə X5 ilə bağlanmış 18 aprel 2023-cü il tarixli avtonəqliyyat vasitələri sahiblərinin tam sığortası müqaviləsinə əsasən “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. 28 aprel 2023-cü il tarixdə həmin nəqliyyat vasitəsi Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aşaraq zədələnmişdir. Xəzər Rayon Dövlət Yol Polisi İdarəsinin qərarı ilə Cavabdeh həmin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən R.R.Xanızadəyə 9.758 manat 44 qəpik məbləğində sığorta ödənişi edilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli hesab edilmiş Cavabdeh sığortaşısı «A-Group Sığorta şirkəti» açıq səhmdar cəmiyyəti tərəfindən 5.000 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. Buna görə də Cavabdeh tərəfindən ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən R.R.Xanızadəyə ödənilmiş 9.758 manat 44 qəpik məbləğində sığorta ödənişinin qalan hissəsinin əvəzi qismində 4.758 manat 44 qəpik məbləğində pul vəsaiti subroqasiya hüququ əsasında iddiaçıya ödənilməlidir. Sonda, iddiaçının nümayəndəsi Cavabdeh sığorta ödənişinin əvəzi qismində 4.758 manat 44 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi F.R.Ələkbərov 13 dekabr 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində mülki iş üzrə bütün məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdeh faktiki olduğu yer məlum olmadığına görə onun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mİ0126/23 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsindən görülür ki, sığortaçı ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən X1 mülkiyyətində olan “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin tam sığotası – atılmış və ya düşmüş əşya, avtonəqliyyat hadisələri, heyvanların hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, təbii fəlakət, üçüncü şəxsin qanunazadd hərəkəti, yanğın və partlayış risklərindən sığortalanmışdır. Həmin nəqliyyat vasitəsinin sığorta müddəti 18 aprel 2023-cü il tarixdən, saat 00:00-dan 17 aprel 2024-cü il tarixədək, saat 23:59-dək müəyyən edilmişdir. Həmin müqavilə üzrə faydalanan şəxs qismində R.R.Xanızadə təyin edilmişdir. İşdə olan Xəzər Rayon Dövlət Yol Polisi İdarəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışının surətindən görünür ki, 28 aprel 2023-cü il tarixdə, saat 13:30-da Şuvəlan-Buzovna yeni yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olan və qəza baş verdiyi vaxt X2 idarə etdiyi “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sonuncu avtomaşının arxa hissəsindən toqquşmuşdur. Hadisə nəticəsində “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa bamper və digər hissələri zədələnmişdir. Buna görə də “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində inzibati icraat başlanmışdır. Mülki iş materiallarına əlavə edilmiş Xəzər Rayon Dövlət Yol Polisi İdarəsinin polis leytenantı X6 tərəfindən tərtib edilmiş 28 aprel 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 28 aprel 2023-cü il tarixdə, saat 13:30-da Şuvəlan-Buzovna yeni yolunda baş vermiş yol-nəqliyyat hadisəsinin - Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ƏN-Vİ seriyalı, 510491 nömrəli etibarnamənin surətindən görünür ki, “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti həmin nəqliyyat vasitənin mülkiyyətçisi R.R.Xanızadə tərəfindən X3 etibar edilmişdir. Mülki iş materiallarında olan nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında ƏN- Vİİİ seriyalı, 532942 nömrəli etibarnamənin surətindən görünür ki, “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti həmin nəqliyyat vasitənin mülkiyyətçisi X4 tərəfindən Cavabdeh 31 oktyabr 2023-cü il, saat 23:59-dək etibar edilmişdir. İşdə olan “Toyota – Abşeron Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin texniki servis departementinin S0094906 saylı qiymətləndirmə haqqında arayışının surətindən görünür ki, “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 10.610 manat 44 qəpik məbləğində ziyan dəymişdir. Mülki iş materiallarına əlavə edilmiş MİG-0036/23 saylı sığorta ödənişi ilə bağlı aktın surətindən görnürü ki, 28 aprel 2023-cü il tarixdə “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş vermiş qəza zamanı sonuncu avtomaşına dəymiş ziyan məbləği 10.610 manat 44 qəpik və köhnəlmə məbləği 652 manat məbləğində müəyyən edilərək, ödənilməli olan sığorta ödənişi 9.758 manat 44 qəpik məbləğində hesablanmışdır. Həmin sığorta ödənişi “Toyota – Abşeron Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin bank hesabına köçürülmə yolu ilə təqdim edilir. İşdə olan 01 sentyabr 2023-cü il tarixli, 736 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, 9.758 manat 44 qəpik məbləğində sığorta ödənişi ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən “Toyota – Abşeron Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin AZ23BRES**********0250541501 nömrəli bank hesabına köçürülmüşdür. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Mİ0126/23 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsi ilə sığortaçı ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən R.R.Xanızadənin mülkiyyətində olan “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi tam şəkildə risklərdən sığortalanmışdır. Həmin müqavilə üzrə faydalanan şəxs qismində R.R.Xanızadə təyin edilmişdir. 28 aprel 2023-cü il tarixdə, saat 13:30-da Şuvəlan-Buzovna yeni yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “Ford Transit” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa bamper və digər hissələri zədələnmişdir. Buna görə də Xəzər Rayon Dövlət Yol Polisi İdarəsinin polis leytenantı R.V.Əsgərovun 28 aprel 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qəza nəticəsində “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarı cəmi 10.610 manat 44 qəpik məbləğində hesablanmışdır. 01 sentyabr 2023-cü il tarixdə 9.758 manat 44 qəpik məbləğində sığorta ödənişi ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyəti tərəfindən “Toyota Highlander” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirini həyata keçirən “Toyota – Abşeron Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin bank hesabına köçürülməklə faydalanan şəxsə təqdim edilmişdir. Cavabdeh sığortaçısı «A-Group Sığorta şirkəti» açıq səhmdar cəmiyyəti tərəfindən 5.000 manat məbləğində pul vəsaiti ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyətinə ödənilmiş və hazırda faydalan şəxsə iddiaçı tərəfindən ödənilmiş 9.758 manat 44 qəpik məbləğində sığorta ödənişinin qalıq hissəsinin miqdarı 4.758 manat 44 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Həmin Məcəllənin 884.6-cı maddəsinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Həmin Məcəllənin 888.2-ci maddəsinin tələbinə görə əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 901.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir Həmin Məcəllənin 922-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1-ci maddəsinə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələb; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədvə s. mövcud olduqda, sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 və 936.5-ci maddələrinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh subroqasiya hüququ əsasında faydalanan şəxsə ödənilmiş sığorta ödənişinin bir hissəsinin əvəzi qismində 4.758 manat 44 qəpik məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh ləğv prosesində olan «Günay Sığorta» açıq səhmdar cəmiyyətinin xeyrinə 18 aprel 2023-cü il tarixli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası müqaviləsinə əsasən faydalan şəxsə ödənilmiş sığorta ödənişinin bir hissəsinin əvəzi qismində 4.758 (dörd min yeddi yüz əlli səkkiz) manat 44 (qırx dörd) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 (altmış səkkiz) manat 40 (qırx) qəpik, cəmi 4.826 (dörd min səkkiz yüz iyirmi altı) manat 84 (səksən dörd) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-167/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-167/2024
07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver