Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-212/2025 03.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X12 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Khazar LX” markalı, **-PE-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri qismində 2.689 manat 67 qəpik, iddiaçı tərəfindən inzibati xəta haqqında protokollara görə ödənilmiş cərimələr qismində 2.298 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 88 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “Khazar LX” markalı, **-PE-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri qismində 2.689 manat 67 qəpik, iddiaçı tərəfindən inzibati xəta haqqında protokollara görə ödənilmiş cərimələr qismində 2.298 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 88 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə X1 arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli, MAS-4485 saylı “Daxili lizinq" müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, “Khazar LX" markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil həmin şəxsin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən, lizinq alan illik 24.5 % hesablanmaqla, 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21.802 manat pul vəsaitinin 14.950 manatı əsas məbləğ təşkil edir. 04 yanvar 2022-ci il tarixdə C.Ş.Cavadov, X6 və İddiaçı arasında MAS-4485 saylı öhdəliklərin ötürürülməsi haqqında müqavilə bağlanılmış və 05 oktyabr 2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri N.N.Hüseynov öz üzərinə götürmüşdür. 06 mart 2023-cü il tarixdə N.N.Hüseynov, Cavabdeh və iddiaçı arasında MAS-4485 saylı öhdəliklərin ötürürülməsi haqqında müqavilə bağlanmış və 05 oktyabr 2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri cavabdeh öz üzərinə götürmüş və lizinq obyekti olan “Khazar LX" markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin şəxsin müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Cavabdeh daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə əməl etmədiyi üçün sonuncunun iddiaçı qarşısında öhdəliyi yaranmış və İddiaçı həmin şəxsə qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2(022)- 412/2024 saylı qətnaməsi ilə İddiaçı iddası təmin edilərək, lizinq müqaviləsinin ləğv edilməsi, “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə, yəni iddiaçıya geri qaytarılması və cavabdehdən ümumilikdə 1.112 manat 58 qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətində olan “Khazar LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomaşın 21 avqust 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2.689 manat 67 qəpik məbləğində ziyan dəymişdir. Həmçinin lizinq obyetkti olan nəqliyyat vasitəsi cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta törədilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət yol polisi tərəfindən EQ seriyalı, 16770841 nömrəli inzibati xəta haqqında protokolla 480 manat, EQ seriyalı, 19193481 nömrəli inzibati xəta haqqında protokolla 480 manat, EQ seriyalı, 17168067 nömrəli inzibati xəta haqqında protokolla 480 manat, EQ seriyalı, 23111526 nömrəli inzibati xəta haqqında protokolla 360 manat, EQ seriyalı, 16732706 nömrəli inzibati xəta haqqında protokolla 480 manat və EQ seriyalı, 15074491 nömrəli inzibati xəta haqqında protokolla 18 manat, ümumilikdə 2.298 manat cərimələnmişdir. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ ilə İddiaçınə məxsus nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında tətbiq edilmiş cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq, həmin avtomobilin saxlanılaraq, cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün yol patrul xidməti inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Buna görə də həmin protokollara görə tətbiq edilmiş ümumilikdə 2.298 manat məbləğində cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Sonda, iddiaçının nümayəndəsi “Khazar LX” markalı, **-PE-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri qismində 2.689 manat 67 qəpik, iddiaçı tərəfindən inzibati xəta haqqında protokollara görə ödənilmiş cərimələr qismində 2.298 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 88 qəpik məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi R.A.İsmayılov “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə X2 arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli, MAS-4485 saylı daxili lizinq müqaviləsinin və ona 1 nömrəli Əlavənin surətlərindən görünür ki, ümumi dəyəri 14.950 manat olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən C.Ş.Cavadovun müvəqqəti sahiblik və istifədəsinə vermişdir. C.Ş.Cavadov isə öz növbəsində illik 14.950 manat məbləğində pul vəsaitini və həmin vəsaitə illik 24,5 faiz dərəcəsi ilə hesablanan mükafat məbləğini, 48 ay müddətinə, 05 oktyabr 2025-ci il tarixədək, müəyyənləşdirilmiş qrafik üzrə hissə-hissə İddiaçınə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işdə olan 05 oktyabr 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF803359 ban nömrəli avtomobil İddiaçı tərəfindən C.Ş.Cavadova təhvil verilmişdir. İş materiallarında olan 04 yanvar 2022-ci il il tarixli, MAS-4485 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, C.Ş.Cavadov 05 oktyabr 2021-ci il tarixli, MAS-4485 saylı daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü bütün öhdəlikləri X4 ötürmüş, N.N.Hüeynov isə həmin öhdəlikləri daxili lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İşdə olan 05 yanvar 2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF803359 ban nömrəli avtomobil C.Ş.Cavadov tərəfindən N.N.Hüeynova təhvil verilmişdir. Müli iş materiallarına əlavə edilmiş 06 mart 2023-cü il il tarixli, MAS-4485 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, N.N.Hüeynov 05 oktyabr 2021-ci il tarixli, MAS-4485 saylı daxili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş, Cavabdeh isə həmin öhdəlikləri daxili lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İşdə olan 06 mart 2023-cü il tarixli təhvil-təslim aktının surətindən görünür ki, lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF803359 ban nömrəli avtomobil N.N.Hüeynov tərəfindən Cavabdeh təhvil verilmişdir. Mülki işdə olan Biləsuvar rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2(022)- 412/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilərək, lizinq obyekti olan 2021-ci il buraxılışlı,“Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin Cavabdeh alınaraq, İddiaçınə geri qaytarılması, Cavabdeh əsas borc qismində 928 manat 30 qəpik, mükafat qismində 151 manat 13 qəpik, dəbbə pulu qismində 33 manat 15 qəpik, cəmi 1.112 manat 58 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat 40 qəpik məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 21 avqust 2024-cü il tarixli avtonəqliyyat avsitəsinin təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 ilə digər tərəf X7 arasında “Samand LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq ödənişləri ödənilmədiyinə görə təhvil təslimi aparılmışdır. Həmin aktda “nəqliyyat vasitəsində əzilmiş hissələr:” hissəsində “ön bufer, sağ-sol dumannı yoxdur, sol ön krilo əzik” məzmununda qeydlər aparılmışdır. Həmçinin həmin katda “Təhvil verdim” hissəsində “Əsgərov İbrahim”, “Təhvil aldım” hissəsində isə “X15” sözləri qeyd edilərək, imzalanmışdır. Mülki işdə olan «X16» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən tərtib edilmiş qüsur aktının surətindən görünür ki, “Samand LX” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri ümumi xidmt haqqı qismində 1.735 manat, ehtiyat hissələrinin ümumi dəyəri qismində 544 manat 38 qəpik, əlavə dəyər vergisi qismində 410 manat 29 qəpik, cəmi 2.689 manat 67 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş sənədin rəsmi verilməsinə dair kötüyünün surətindən görünür ki, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə Azərbaycan Respublikası İXM-nin müvafiq maddələrinin tələblərini pozduğuna görə X5 barəsində EQ seriyalı, 15074491 nömrəli inzibati xəta haqqında protokolla 18 manat, Cavabdeh barəsində isə EQ seriyalı, 16770841 nömrəli inzibati xəta haqqında protokolla 480 manat, EQ seriyalı, 19193481 nömrəli inzibati xəta haqqında protokolla 480 manat, EQ seriyalı, 17168067 nömrəli inzibati xəta haqqında protokolla 480 manat, EQ seriyalı, 23111526 nömrəli inzibati xəta haqqında protokolla 360 manat, EQ seriyalı, 16732706 nömrəli inzibati xəta haqqında protokolla 480 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Mülki işdə olan 21 avqust 2024-cü il tarixli, 64211177 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, müştəri Cavid Ələkbərov adına EQ seriyalı, 15074491 nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 547224******4630 nömrəli bank kartı vasitəsilə 18 manat məbləğində cərimə ödənilmişdir. İşdə olan 21 avqust 2024-cü il tarixli, 64211238 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, müştəri Cavabdeh adına EQ seriyalı, 16770841 nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 547224******4630 nömrəli bank kartı vasitəsilə 480 manat məbləğində cərimə ödənilmişdir. İş materiallarına əlavə edilmiş 21 avqust 2024-cü il tarixli, 64211272 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, müştəri Cavabdeh adına EQ seriyalı, 19193481 nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 547224******4630 nömrəli bank kartı vasitəsilə 480 manat məbləğində cərimə ödənilmişdir. Mülki iş materiallarında olan 21 avqust 2024-cü il tarixli, 64211309 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, müştəri Cavabdeh adına EQ seriyalı, 17168067 nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 547224******4630 nömrəli bank kartı vasitəsilə 480 manat məbləğində cərimə ödənilmişdir. İş materiallarına əlavə edilmiş 21 avqust 2024-cü il tarixli, 64211422 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, müştəri Cavabdeh adına EQ seriyalı, 16732706 nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 547224******4630 nömrəli bank kartı vasitəsilə 480 manat məbləğində cərimə ödənilmişdir. Mülki işdə olan 21 avqust 2024-cü il tarixli, 64211378 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, müştəri Cavabdeh adına EQ seriyalı, 23111526 nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 547224******4630 nömrəli bank kartı vasitəsilə 360 manat məbləğində cərimə ödənilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 20 fevral 2025ci il tarixli, e229346/2024-74-7 nömrəli arayışından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(022)- 412/2024 saylı icra sənədi 31 iyul 2024-cü il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, iş üzrə icraata başlanılaraq, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra sənədində göstərilmiş“Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələbkara qaytarılması ilə bağlı Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə rəsmi məlumat daxil olmamışdır. İcra sənədi üzrə tələbin təmin olunması üçün tədbirlər görülür. Mülki işdə olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 03 aprel 2025-ci il tarixli, 229346 nömrəli arayışından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(022)-854 saylı icra sənədi 31 iyul 2024-cü il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, iş üzrə icraata başlanılaraq, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Tələbkar təşkilatın 21 fevral 2025-ci il tarixli, 295 saylı məktubundan görünür ki, icra sənədində göstərilmiş“Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil tələbkara qaytarılmışdır. Eyni zamanda Cavabdeh “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınıb, İddiaçınə qaytarılması ilə bağlı Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatında 03 oktyabr 2022-ci il tarixli, 2-854 saylı icra sənədi də vardır və həmin icra sənədi üzrə 04 iyun 2024-cü il tarixdə akt tərtib edilməklə, “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tələbkar təşkilata təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci amddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmçinin həmin müqavilənin 5.2-ci maddəsinə görə həmin müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), o cümlədən cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh və lizinq alan şəxs Cavabdeh lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun istifadəsində olduğu müddət ərzində 05 oktyabr 2021-ci il tarixli, MAS-4485 saylı daxili lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək, həmin nəqliyyat vasitəsini lazımı keyfiyyətdə saxlamamış, həmçinin avtomaşından istifadə etdiyi vaxtda Azərbaycan Respublikası İXMnin müvafiq tələblərini pozduğu üçün müvafiq inzibati xəta haqqında qərarlarla cəmi 2.298 manat məbləğində cərimə edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, qüsur aktına əsasən “Khazar LX” markalı, **- PE-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri qismində 2.689 manat 67 qəpik, habelə iddiaçı tərəfindən EQ seriyalı, 15074491 nömrəli, EQ seriyalı, 16770841 nömrəli, EQ seriyalı, 19193481 nömrəli, EQ seriyalı, 17168067, EQ seriyalı, 23111526 nömrəli və EQ seriyalı, 16732706 nömrəli inzibati xəta haqqında protokollar üzrə qəbul edilmiş qərarlara əsasən cərimə qismində ödənilmiş cəmi 2.298 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 69 manat 88 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə “Khazar LX” markalı, **-PE-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri qismində 2.689 (iki min altı yüz səksən doqquz) manat 67 (altmış yeddi) qəpik və iddiaçı tərəfindən EQ seriyalı, 15074491 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərara əsasən cərimə qismində ödənilmiş 18 (on səkkiz) manat, EQ seriyalı, 16770841 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərara əsasən cərimə qismində ödənilmiş 480 (dörd yüz səksən) manat, EQ seriyalı, 19193481 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərara əsasən cərimə qismində ödənilmiş 480 (dörd yüz səksən) manat, EQ seriyalı, 17168067 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərara əsasən cərimə qismində ödənilmiş 480 (dörd yüz səksən) manat, EQ seriyalı, 23111526 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərara əsasən cərimə qismində ödənilmiş 360 (üç yüz altmış) manat və EQ seriyalı, 16732706 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərara əsasən cərimə qismində ödənilmiş 480 (dörd yüz səksən) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 (altmış doqquz) manat 88 (səksən səkkiz) qəpik, cəmi 5.057 (beş min əlli yeddi) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-212/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-212/2025
03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver